Təsis paylarının yüklü olub olmaması barədə arayışın verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

təsisXidmətin adı: Təsis paylarının yüklü olub olmaması barədə arayışın verilməsi.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 15 və 24-cü maddələri – “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun – Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, Naxçıvan MR VN-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri

İcra müddəti: 5 iş günü.

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

– Təsis paylarının yüklü olub-olmaması barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir

Tələb olunanlar: – Sərbəst formada müraciət ərizəsi

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
təsis

Azərbaycanda neçə nəfər 8 000 manatdan çox əmək haqqı alır?

posted in: Xəbər | 0

əmək haqqı“Azərbaycanda vergi güzəştləri həmişəlik deyil, müəyyən müddətə tətbiq olunur. Bu güzəştlərin yerini doldurmaq üçün potensial kifayət qədər böyükdür”. əmək haqqı

Bunu açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, bu güzəştlərin hesabına dövlət büdcəsinin itkilər olduqca çox olsa da, dolayısı ilə həmin itkilər kompensasiya olunur.

“Məsələn, kənd təsərrüfatı sahəsini götürsək, burdan 20 ildən çoxdur ki, torpaq vergisindən başqa heç bir vergi tutulmur. Bu güzəştin də məbləği 100 milyonlarla manatla ölçülür. Büdcə bu pulu ala bilərdi, amma kənd təsərrüfatı məhsulları istehsalçılarının sərəncamında qalır. Həmçinin keçən ildən əmək haqqısı 8 000 manata qədər olan, qeyri-neft sektorunda və özəl sektorda işləyən şəxslərdən gəlir vergisi tutulmur. Azərbaycanda 8 000 manatdan çox əmək haqqı alanların sayı 600-dən bir qədər çoxdur. Bu da büdcə üçün maliyyə itkisi hesab edilə bilər, amma biz elə hesab etmirik. Bunlar hamısı ondan ötrüdür ki, uçot düzəldilsin, şəffaflıq təmin olunsun. Yəni dürüstlük bu itkiləri kompensasiya edir. Ötən il büdcəyə 1 milyard manat əlavə vəsaitin toplanması elə bunun hesabınadır. Yəni uçot, dürüstləşmə, şəffaflaşma, dövriyyələrin və yayınanların üzə çıxarılması, vergiyə cəlb olunması bunların hamısını kompensasiya edir. Düşünürəm ki, nəticələr gələcəkdə bundan da yaxşı olacaq”, – Sahib Ələkbərov qeyd edib.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək haqqı

Əmtəəsiz əməliyyatlar aparan vergi ödəyiciləri üçün qaydalar sərtləşdirilib

posted in: Xəbər | 0

əmtəəsiz əməliyyatlarƏmtəəsiz əməliyyatlar aparan vergi ödəyiciləri üçün qaydalar sərtləşdirilib.

Bakıda “Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru” başlığı altında keçirilən konfransdakı çıxışında Vergilər nazirinin müavini İlkin Vəliyev vergi orqanlarının fəaliyyətinin əsas strateji istiqamətlərini qeyd edərək, bunun “kölgə iqtisadiyyatı”nın həcminin azaldılmasına yönəlik olduğunu vurğulayıb. Əmtəəsiz əməliyyatlar

“Vergi inzibatçılığında şəffaflığa aparan yol” mövzusunda çıxış edən İ.Vəliyev həmin strateji istiqamətlər üzrə inzibatçılığın təmin edilməsi məqsədilə 69 elektron xidmətin yaradıldığını deyib. 2019 və 2020-ci illərdə Vergi Məcəlləsində edilən dəyişikliklər barədə bildirilib ki, bu ildən bəzi aksizli malların aksiz dərəcələri artırılıb, bəzi malların aksiz dərəcələri isə optimallaşdırılıb.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergitutma metodu ləğv edilib. Hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin ƏDV-yə və mənfəət vergisinə cəlb edilməsi qərara alınıb. Eləcə də “Malların alış aktı” ciddi hesabat blankı elektronlaşdırılıb, heyvan ətinin satışı 4 il ərzində ƏDV-dən azad edilib, quş əti satışının ƏDV-dən azadolma müddəti daha 4 il müddətinə uzadılıb, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan sahəsi istisnasız vergidən azad edilib.

İ.Vəliyevin sözlərinə görə, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə 2020-ci ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizinin həmin fiziki şəxslərə qaytarılması, əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı nəzarətin gücləndirilməsi əksini tapıb: “Əmtəəsiz əməliyyatların aparılması aşkar edilərsə, vergi öhdəliklərinin benefisiarın, yəni bu işdən faydalanan şəxsin üzərinə qoyulması nəzərdə tutulub. Əgər əmtəəsiz əməliyyat həyata keçirilirsə və sənəd varsa, həmin sənədin xərc maddəsi kimi qəbul olunmaması, eyni zamanda, həmin mallar ƏDV ödəyicisindən alınarsa, ƏDV-nin əvəzləşdirilməməsi kimi şərtlər qoyulub”.

İ.Vəliyev qeyd edib ki, bu dəyişikliklər vergilər üzrə göstəricilərə də müsbət təsir göstərib. “Kölgə iqtisadiyyatı”nın azaldılmasının ən mühüm göstəricilərindən biri dövriyyələrin artımıdır. Qeyri-neft sektorunda dövriyyələr 9,5 faiz, ticarət sektorunda 23,6 faiz, pərakəndə ticarətdə isə 33 faiz artıb. İaşə xidmətində dövriyyə artımı 22,8 faiz olub.

Nazir müavini malların, işlərin, xidmətlərin təqdim edilməsinin sənədlə müşayiət edilməsi faktlarına da toxunub. Respublika üzrə mallar, işlər, xidmətlər təqdim edilən zaman sənədlə rəsmiləşdirilmə 6,7 faiz artıb: “Əsas 2 sahədə – ticarət və istehsal sektorunda artım daha çox olub. Ticarət sektorunda malların pərakəndə ticarətçilərə paylaşdırılmasını nəzərə alsaq, burada rəsmiləşdirmə 14,9 faiz artaraq 81,3 faizə çatıb. Topdansatış sahəsində malların təqdim edilməsi tamamilə sənədlə aparılır. İstehsal sektorunda isə rəsmiləşdirmə göstəricisi 8,6 faiz artaraq 74,4 faizə çatıb”.

Nazir müavini bunların təsdiqi üçün ƏDV-nin depozit hesabında olan hərəkətlərə nəzər yetirilməli olduğunu deyib. Ötən il ƏDV depozit hesabının bankdan mədaxil olan hissəsi 21 faiz artaraq 2,2 milyard manata çatıb. Səyyar vergi yoxlamaları isə 44 faiz azalıb. İslahatlar vergi daxilolmalarına da müsbət təsir göstərib. Qeyri-neft sektorunda 9,2 faiz artım olub. “Kölgə iqtisadiyyatı”na birbaşa bağlı olduğundan istehsal sahəsində büdcəyə hesablamalar 34,6 faiz, ticarət sahəsində isə 7,2 faiz artıb.

İ.Vəliyevin sözlərinə görə, ötən il əməkhaqqı fondunda 19 faiz, muzdlu işçi sayında isə 18,3 faizlik artım olub. “Kölgə iqtisadiyyatı”nın azaldılması üçün bunların kifayət etmədiyini bildirib: “Ümumilikdə “kölgə iqtisadiyyatı”nın azaldılması üçün nağd dövriyyələrə də nəzarət edilməsi mütləqdir. Bunun çıxış yolu kimi 2019-cu ildən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqinə başlanılıb. Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq, bu proses 4 mərhələdən ibarətdir. İlk 2 mərhələ 2019-cu ildə 91 faiz icra edilib. 2020-ci ildə 3-cü mərhələnin icrasına başlanılıb və artıq 17,1 faizi icra edilib. Tam olaraq bütün vergi ödəyicilərinin əhatə edilməsi 2022-ci il dekabrın 31-də başa çatacaq. Bu dövrədək vergi orqanları nağd əməliyyatları həyata keçirən bütün obyektləri, əsasən də pərakəndə ticarət və ictimai iaşə obyektlərini yeni nəsil NKA-lar ilə təmin etməlidirlər”.

Nazir müavini qeyd edib ki, hazırda 9100-ə yaxın NKA quraşdırılıb və indiyədək onlar vasitəsilə 105 milyon çek çap olunub. 1 milyard 295 milyona yaxın dövriyyə keçib: “Yeni nəsil NKA-ların tətbiqini sürətləndirəcəyimizə inanırıq. 2022-ci ilin sonu bir qədər uzundur, çalışırıq ki, bu prosesi daha qısa müddətdə yekunlaşdıraq. Həmin NKA-lar vasitəsilə tam nağd dövriyyələrə nəzarət edə bilirik. Bununla “kölgə iqtisadiyyatı”nın azalmasında gələcək addımları müəyyən etmək üçün vəziyyətə daha düzgün qiymət vermək mümkün olacaq”.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmtəəsiz əməliyyatlar

BirBank “Visa Cashless Forum”da iştirak edib

posted in: Uncategorized | 0

Visa Cashless Forum BirBankBirBank “Visa Cashless Forum”da iştirak edib.


BirBank 12 fevral 2020-ci il tarixlərində Bakıda keçirilən “Visa Cashless Forum Azerbaijan 2020” tədbirində iştirak edib. Tədbirdə dövlət qurumlarının, bankların, özəl şirkətlərin nümayəndələri, həmçinin Visa şirkətinin menecerləri iştirak və çıxış ediblər.

Çıxış edənlər sırasında həmçinin Kapital Bank-ın Marketinq və Məhsullar İdarəsinin Baş Direktoru Samir Məmmədov da var idi. O, öz çıxışı zamanı BirBank mobil tətbiqi barədə ətraflı məlumat verdi. 1 milyondan çox istifadəçisi olan BirBank ölkənin ən tanınmış tətbiqi olmaqla yanaşı, iOs və Android əməliyyat sistemində tövsiyə olunan tətbiqlərin ilk onluğunda yer alır. Özündə bir sıra innovativ funksiyaları birləşdirən BirBank NFC təmassız ödəniş funksiyasını, QR kod vasitəsilə nağdılaşma, digital kart kimi qabaqcıl rəqəmsal bank məhsullarını müştərilərə təqdim edir.

“Təbii ki, belə bir möhtəşəm tədbirin Bakıda keçirilməsi çox sevindirici bir haldır. Tədbir çərçivəsində müxtəlif qurumlardan olan mütəxəssislərlə fikir və təcrübə mübadiləsi, eləcə də yeni texnologiyalar haqqında müzakirələr aparıldı. Düşünürəm ki, bank sektorunun gələcəyi məhz müasir texnologiyalar üzərində qurulur. Biz də öz növbəmizdə, rəqəmsal transformasiya və nağdsız ödənişlərin stimullaşdırılması sahəsində mühüm işlər görürük”, – deyə, Kapital Bank-ın Marketinq və Məhsullar İdarəsinin Baş Direktoru Samir Məmmədov bildirib.

Qeyd edək ki, Visa beynəlxalq ödəniş sistemi tərəfindən və Azərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə Azərbaycanda ilk dəfə təşkil olunan forum “Driving the Future” (“Gələcəyə doğru hərəkət”) mövzusu altında keçirilib.

İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə yalnız Kapital Bank-ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Visa Cashless Forum BirBank