Rusiyanın xarici bank hesabı olan vətəndaşları gəlirlərini itirə bilərlər

posted in: Xəbər | 0

xarici bank hesabıAvrasiya İqtisadi İttifaqına üzv olmayan və ya Rusiya ilə vergilərə dair informasiya mübadiləsi aparmayan ölkələrdə bank hesabı olan vətəndaşlar həmin hesablara daxil olan pul vəsaitlərinin 75 faizindən məhrum edilə bilər. Burada, söhbət səhm dividendlərindən, eləcə də Türkiyə, ABŞ, Böyük Britaniya, Tailand kimi ölkələrdəki daşınmaz əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlərdən gedir. xarici bank hesabı

Əgər vətəndaşların bank hesabları Rusiya ilə aralarında vergi informasiyalarının avtomatik mübadilə edildiyi Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə keçirilməsə, həmin vəsaitlərə cərimə qoyulacaq.

Bu vəziyyət valyutaların tənzimlənməsi və ona nəzarət haqqında qanun layihəsində edilən düzəlişlərlə bağlı yaranıb. Rusiyanın vergi sahəsində informasiya mübadiləsi apardığı ölkələrin siyahısı Federal Vergi Xidmətinin əmrində göstərilib və həmin sənədə əsaslanan vergi ödəyiciləri məsuliyyətə cəlb edilməkdən ehtiyatlanırlar.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
xarici bank hesabı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində yeni xidmət istifadəyə verildi

posted in: Xəbər | 0
xidmət
Web

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi  internet səhifəsində (sosial.gov.az) onlayn əlaqə xidməti bu gündən istifadəyə verildi. Məqsəd vətəndaşlarla ünsiyyət  və onların nazirliyə müraciət imkanlarının daha da genişləndirilməsi, vətəndaş müraciətlərinin, sorğularının real vaxt rejimində də operatv cavablandırılması mexanizminin tətbiqidir. (xidmət)

Bu xidmət vasitəsilə vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə aid olan bütün məsələlər üzrə (sosial müdafiə, əlilliyin müəyyən edilməsi və reabilitasiya, məşğulluq, əmək qanunvericiliyi, elektron xidmətlər və s.) suallarını yaza bilərlər.

Nazirliyin rəsmi  internet səhifəsinə daxil olan şəxs səhifədə onlayn əlaqə (canlı çat) xidməti işarəsinə toxunduqdan sonra açılan lövhədə öz sualını (və ya suallarını) qeyd edir. Bu suallar 142-Çağrı mərkəzinin

operatorları tərəfindən avtomatik qeydə alınır və cavablandırılır.

Cavablandırma xidmətinin sonunda vətəndaş onlayn əlaqə vasitəsilə göstərilən bu xidmətin keyfiyyətinin qiymətləndirilməsi üçün təklif olunan sorğuda da iştirak edə bilər.

Onlayn əlaqə xidməti həftənin I-V günləri saat 09.00-dan saat 18.00-dək, şənbə günləri isə saat 10.00-dan saat 13.00-dək canlı rejimdə fəaliyyət göstərəcək.

Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
xidmət

“Aqrolizinq” auditor seçib

posted in: Audit, Xəbər | 0

auditorKənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC-nin 2018-2019-cu illəri əhatə edən maliyyə hesabatının auditi ilə bağlı elan edilmiş açıq tenderin nəticəsi məlum olub. auditor

Tenderin qalibi “Himmara Audit” MMC-dir.

Qalib auditora 35 min manat ödəniləcək.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
auditor

Nazir: “Vergi daxilolmalarının 9%-i nəzarət tədbirləri hesabına təmin edilib”

posted in: Xəbər | 0

pensiya təminatı“Təhlillər göstərir ki, kölgə dövriyyəsinin ağarması sürətlənib”. nəzarət tədbirləri Vergi daxilolmaları

Bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov “Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru” mövzusunda Bakıda keçirilən konfransda çıxış edərkən bildirib.

“Bizim münasibətlərin şəffaflaşdırılmasından geriyə yolumuz yoxdur. Bu, ticarət, əməliyyat sənədləri, əmək müqavilələri sayında biruzə verir”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, aktiv ƏDV ödəyicilərinin sayı 37,5% artıb: “Ötən il səyyar vergi yoxlamaları 44% azalıb, aktiv vergi ödəyicilərinin hər 1 000 nəfərindən sadəcə ikisində vergi yoxlaması aparılıb. Vergi daxilolmalarının 91%-i könüllü, cəmi 9%-i müxtəlif nəzarət tədbirləri hesabına təmin edilib”.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
nəzarət tədbirləri Vergi daxilolmaları