» » » Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində yeni xidmət istifadəyə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində yeni xidmət istifadəyə verildi

posted in: Xəbər | 0
birbank biznes
xidmət
Web

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi  internet səhifəsində (sosial.gov.az) onlayn əlaqə xidməti bu gündən istifadəyə verildi. Məqsəd vətəndaşlarla ünsiyyət  və onların nazirliyə müraciət imkanlarının daha da genişləndirilməsi, vətəndaş müraciətlərinin, sorğularının real vaxt rejimində də operatv cavablandırılması mexanizminin tətbiqidir. (xidmət)

Bu xidmət vasitəsilə vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə aid olan bütün məsələlər üzrə (sosial müdafiə, əlilliyin müəyyən edilməsi və reabilitasiya, məşğulluq, əmək qanunvericiliyi, elektron xidmətlər və s.) suallarını yaza bilərlər.

Nazirliyin rəsmi  internet səhifəsinə daxil olan şəxs səhifədə onlayn əlaqə (canlı çat) xidməti işarəsinə toxunduqdan sonra açılan lövhədə öz sualını (və ya suallarını) qeyd edir. Bu suallar 142-Çağrı mərkəzinin

operatorları tərəfindən avtomatik qeydə alınır və cavablandırılır.

Cavablandırma xidmətinin sonunda vətəndaş onlayn əlaqə vasitəsilə göstərilən bu xidmətin keyfiyyətinin qiymətləndirilməsi üçün təklif olunan sorğuda da iştirak edə bilər.

Onlayn əlaqə xidməti həftənin I-V günləri saat 09.00-dan saat 18.00-dək, şənbə günləri isə saat 10.00-dan saat 13.00-dək canlı rejimdə fəaliyyət göstərəcək.

Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
xidmət