Kənd təsərrüfatı məhsullarının alğı-satqısının sənədləşdirilməsi

posted in: Xəbər | 0

kənd təsərrüfatı uçotPərakəndə ticarət fəaliyyəti ilə məşğul oluram. Bir sıra hallarda vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan kənd təsərrüfatı məhsullarının istehsalçılarından müxtəlif növ kənd təsərrüfatı məhsulları alıram. Alınmış mallar hansı qaydada sənədləşdirilməlidir?

Vergilər Nazirliyinin şərhinə əsasən, 1 yanvar 2020-ci ilədək vergi orqanında uçotda olmayan fiziki şəxslərdən mallar alınarkən yalnız “Malların alış aktı” ciddi hesabat blankı tərtib edilirdi. 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, malların alış aktı elektronlaşdırılıb. Belə ki, vergi ödəyicisi tərəfindən tərtib olunmuş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab olunur və kağız daşıyıcıda ciddi hesabat blankı olan “Malların alış aktı”nın tərtib edilməsinə zərurət yaranmır.

Malların alışına görə ilkin olaraq kağız daşıyıcıda “Malların alış aktı” tərtib edildiyi halda, həmin alış aktı əsasında malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib olunur.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
kənd təsərrüfatı

Qonşu ölkədə bir milyondan artıq sahibkar mənfəət vergisindən azad edilib

posted in: Uncategorized, Xəbər | 0

Qazaxıstanda bir milyondan artıq sahibkar mənfəət vergisindən azad edilib. mənfəət vergisi

Qazaxıstan qanunvericiliyində edilmiş son dəyişikliyə əsasən, bir milyondan artıq sahibkar 2023-cü ilin yanvarına qədər korporativ, sosial və torpaq vergisi ödəməyəcək. Dövlət Gəlirləri İdarəsinin mərkəzi kommunikasiya şöbəsindən bildirilib ki, sahibkarlar vergi hesabatı təqdim etməli və nəzarət-kassa aparatlarından istifadə etməlidirlər.

Bundan əlavə, kiçik və orta biznes subyektləri də üç il ərzində nəzarət orqanlarının yoxlamalarından azad edilib. Dövlət Gəlirləri İdarəsi sədrinin müavini Janibak Nurcanov bildirib ki, yoxlamaların dayandırılması sahibkarlıq subyektlərinin öz fəaliyyətlərinin yoxlanılması barədə müraciətləri əsasında aparılan yoxlamalara və yerin təkinin istifadəçilərinə şamil olunmayacaq.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mənfəət vergisi

8 saatlıq iş rejimini pozanlarla bağlı səyyar yoxlamalar olacaq

posted in: Vergi, Xəbər | 0

8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu iki istiqamətdə işləyəcək. səyyar yoxlamalar

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, ilkin olaraq bu sahədə olan şikayətlərin, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, işə götürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıqların edilməsi istiqamətində olacaq.

“İkinci mərhələdə iş yerlərində müvafiq səyyar yoxlamalar mərhələsi olacaq. Hazırda təkliflər hazırlanır, hökümətə təklif ediləcək və müvafiq qərardan sonra təmin ediləcək. Araşdırmalarımız, monitorinqimizin biznes mühitinə mənfi təsir göstərməməsinə çalışırıq. Ona görə də ilk mərhələdə xərəbdarlığın edilməsi, işçiyə və işəgötürənə hüquq və vəzifələrini izah edilməsi olacaq. Xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə, müvafiq inzibati cərimə mexanizmi tətbiq ediləcək. Şikayətlərin dinamikasına uyğun olaraq hansısa sektorlar üzrə monitorinqlərdə daha çox fokuslaşma ola bilər”, – deyə nazir qeyd edib.

Mənbə: azvision.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
səyyar yoxlamalar

DGK yanvarda büdcəyə ödənişləri 1% artırdı

posted in: Xəbər | 0

DGKGömrükçülər yanvarda büdcəyə ödənişləri 1% artırdı DGK

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 333,701 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin yanvar ayı müqayisədə 4,056 milyon manat və yaxud  1,2% çoxdur.

DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumları illik müqayisədə 7,881 milyon manat və yaxud 10,3% artaraq 84,361 milyon manat olub.

Həmçinin ƏDV üzrə daxilolmalar 2,856 milyon manat və yaxud 1,2% artaraq 235,905 milyon manat, aksizlər 7,183 milyon manat və yaxud 42,6% azalaraq 9,679 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 501 min manat və yaxud 15,4% artaraq 3,756 min manat təşkil edib.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
DGK