» » » Qonşu ölkədə bir milyondan artıq sahibkar mənfəət vergisindən azad edilib

Qonşu ölkədə bir milyondan artıq sahibkar mənfəət vergisindən azad edilib

posted in: Uncategorized, Xəbər | 0
birbank biznes

Qazaxıstanda bir milyondan artıq sahibkar mənfəət vergisindən azad edilib. mənfəət vergisi

Qazaxıstan qanunvericiliyində edilmiş son dəyişikliyə əsasən, bir milyondan artıq sahibkar 2023-cü ilin yanvarına qədər korporativ, sosial və torpaq vergisi ödəməyəcək. Dövlət Gəlirləri İdarəsinin mərkəzi kommunikasiya şöbəsindən bildirilib ki, sahibkarlar vergi hesabatı təqdim etməli və nəzarət-kassa aparatlarından istifadə etməlidirlər.

Bundan əlavə, kiçik və orta biznes subyektləri də üç il ərzində nəzarət orqanlarının yoxlamalarından azad edilib. Dövlət Gəlirləri İdarəsi sədrinin müavini Janibak Nurcanov bildirib ki, yoxlamaların dayandırılması sahibkarlıq subyektlərinin öz fəaliyyətlərinin yoxlanılması barədə müraciətləri əsasında aparılan yoxlamalara və yerin təkinin istifadəçilərinə şamil olunmayacaq.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mənfəət vergisi