» » » 8 saatlıq iş rejimini pozanlarla bağlı səyyar yoxlamalar olacaq

8 saatlıq iş rejimini pozanlarla bağlı səyyar yoxlamalar olacaq

posted in: Vergi, Xəbər | 0
birbank biznes

8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu iki istiqamətdə işləyəcək. səyyar yoxlamalar

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, ilkin olaraq bu sahədə olan şikayətlərin, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, işə götürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıqların edilməsi istiqamətində olacaq.

“İkinci mərhələdə iş yerlərində müvafiq səyyar yoxlamalar mərhələsi olacaq. Hazırda təkliflər hazırlanır, hökümətə təklif ediləcək və müvafiq qərardan sonra təmin ediləcək. Araşdırmalarımız, monitorinqimizin biznes mühitinə mənfi təsir göstərməməsinə çalışırıq. Ona görə də ilk mərhələdə xərəbdarlığın edilməsi, işçiyə və işəgötürənə hüquq və vəzifələrini izah edilməsi olacaq. Xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə, müvafiq inzibati cərimə mexanizmi tətbiq ediləcək. Şikayətlərin dinamikasına uyğun olaraq hansısa sektorlar üzrə monitorinqlərdə daha çox fokuslaşma ola bilər”, – deyə nazir qeyd edib.

Mənbə: azvision.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
səyyar yoxlamalar