Ötən il səyyar vergi yoxlamaları 44 faiz azalıb

posted in: Vergi, Xəbər | 0

gəlir vergisi əlavə iş yeri2019-cu ildə səyyar vergi yoxlamaları 44 faiz azalıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, aparılan islahatlar vergi daxilolmalarına da müsbət təsir göstərib. Keçən il qeyri-neft sektorunda 9,2 faiz artım olub.

Kölgə iqtisadiyyatına birbaşa bağlı olduğundan istehsal sahəsində büdcəyə hesablamalar 34,6 faiz, ticarət sahəsində isə 7,2 faiz artıb.

Mənbə: azertag.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Səyyar vergi yoxlamaları

Bəyannamələrin , hesabatların, arayışların qəbulu

posted in: Vergi, Xidmət, Xəbər | 0

təsisXidmətin adı: Bəyannamələrin , hesabatların, arayışların qəbulu. bəyannamələr, hesabatlar, arayışlar

Xidmətin göstərilməsi üçün tələb olunanlar: – bəyannamələr, hesabatlar, arayışlar

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 72-ci maddəsi – Vergilər nazirinin 11.10.2018- ci il tarixli 1817040100875700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının, RVŞ-nin vergi ödəyicilərinə xidmət strukturları, ünvanlı xidmət zamanı, Naxçıvan MR VN-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordina siya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVDnin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarlar

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili strukturları, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri

İcra müddəti: Dərhal

Xidmətin nəticəsində təqdim edilən sənədlər: Sənəd qəbul edilməsi barədə Bildiriş

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb (bax 5.2.1-e, 5.2.2-e və 5.2.3-e nömrəli xidmətlərə)

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
bəyannamələr, hesabatlar, arayışlar

Hüquqi şəxsin qeydiyyatı üçün hansı sənədlər tələb olunur?

posted in: Xəbər | 0

qeydiyyatHüquqi şəxsin qeydiyyatı üçün hansı sənədlər tələb olunur? Əgər təsisçi və ASAN imza olmasa, təyin ediləcək direktor adına yazılan etibarnamə ilə qeydiyyatdan keçmək mümkündürmü? qeydiyyat

Vergilər Nazirliyindən bildirilib ki, yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onun hüquqi ünvanı üzrə qeydiyyatını aparan müvafiq vergi orqanına “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.

Ərizə ilə birlikdə hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə (2 nüsxədə), hüquqi şəxs statusu almaq istəyən qurumun yaradılması, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında təsisçi (təsisçilər və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən təsdiq edilmiş qərarlar, “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”nin təsisçilər barədə əlavəsi (qurumun təsisçisi hüquqi şəxs olduqda “Təsisçi-hüquqi şəxslər barədə məlumat”, onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti, fiziki şəxs olduqda isə “Təsisçi-fiziki şəxslər barədə məlumat”, onun şəxsiyyətini təsdiq edən sənədin surəti), təsisçilər tərəfindən icraedici səlahiyyətlərə malik olan qanuni təmsilçinin və ya rəhbərin təyin edilməsi barədə qərarın surəti (qanuni təmsilçinin və ya rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti), hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd, məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə, yəni 3 aydan çox olmayan müddətdə ödənilməsi nəzərdə tutulmayıbsa, nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd ((bank qəbzi, daşınmaz əmlakın ipotekası və sair), habelə nizamnamə kapitalına pul formasında ödənilməyən əmlak qoyulduqda əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi), dövlət rüsumunun ödənilməsi haqqında sənəd və ərizə təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda etibarnamə təqdim olunur.

Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri tərəfindən təsis edilən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatının heç bir rüsum ödənilmədən elektron qaydada aparılması da mümkündür. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyatı gücləndirilmiş elektron imzadan (o cümlədən ASAN İmzadan) istifadə etməklə, eyni zamanda elektron imza olmadan da İnternet Vergi İdarəsi portalının “Onlayn kargüzarlıq və e-VHF” bölməsinin “H/Ş elektron qeydiyyatı” hissəsinə daxil olaraq həyata keçirilir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
qeydiyyat

2020-ci ildə qeydiyyatdan keçmiş vergi ödəyiciləri bu vergi güzəştindən yararlana bilməyəcəklər

posted in: sual-cavab, Vergi, Xəbər | 0

vergi güzəştiSual: 15.01.2020-ci il tarixdə vergi uçotuna alınmışam və pərakəndə ticarətlə məşğulam. Obyektimdə Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş yeni nəsil nəzarət-kassa aparatları quraşdırmışam. Bu halda, yeni kassa aparatına görə güzəştdən yararlana bilərəmmi? vergi güzəşti

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin “Qeyd” hissəsinə əsasən, bu qrafik təsdiq edildikdən sonra yeni uçota alınmış təsərrüfat subyektlərində (obyektlərində) qrafikə uyğun quraşdırılacaq nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə edilməlidir.

Bundan əlavə, nəzarət-kassa aparatı 2019-cu il yanvarın 1-dən sonra quraşdırıldıqda, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədiyi halda, nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir. Qeyd olunanlara əsasən, 1 yanvar 2020-ci il tarixdən vergi uçotuna alınaraq sahibkarlıq fəaliyyəti göstərən şəxslərin ticarət obyektlərində quraşdırılmış və qanunla müəyyən edilmiş tələblərə cavab verən nəzarət-kassa aparatlarının alınmasına və quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir.

Əsas: Vergi Məcəlləsi, 77.7-ci maddə.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi güzəşti