Maliyyə Nazirliyi 18 milyon manat artıq və əsassız ödənişi büdcəyə qaytardı

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə NazirliyiMaliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti ötən il 13 büdcə təşkilatına və nəzarət zərfi dövlətə məxsus bir səhmdar cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb.

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda hənçinin deyilir ki, 4 büdcə təşkilatının maliyyə-təsərrüfat fəaliyyəti təftiş edilib, eləcə də regional maliyyə müfəttişlikləri bir neçə şəhər və rayonda fəaliyyət göstərən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirib. Aşkar olunan 26,292 milyon manat məbləğində artıq və əsassız ödənişlərin 14,965 milyon manatını yoxlamaların gedişində təqsirkar şəxslər bərpa edib.

Belə ki, Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC-nin 2017-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayına qədər fəaliyyət dövrünü əhatə edən yoxlama ilə ciddi nöqsanlara yol verildiyi, 2006-2019-cu illərdə lizinqə verilmiş kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq və damazlıq heyvanlar üzrə gecikdirilmiş borcların yarandığı, kənd təsərrüfatı məhsulları istehsalçılarının sifarişləri əsasında alınmış texnoloji avadanlıqların dəyərini sifarişçilər ödəmədiyindən anbarlarda saxlanaraq təyinatı üzrə istifadə edilmədiyi aşkar edilib.

Yoxlama zamanı bir sıra təchizatçı şirkətlərin öhdəlikləri və lizinq müqavilələri üzrə ödənilməmiş borclardan 14,3 milyon manat vəsaitin “Aqrolizinq”in hesabına, 0,052 milyon manat vəsaitin isə dövlət büdcəsinə qaytarılması təmin edilib, həmçinin, bəzi şirkətlərə göstərilmiş aqrotexniki xidmətlər üzrə 7,5 milyon manat dövlət vəsaitinin 2020-ci ilin sentyabr ayına qədər geri qaytarılması öhdəliyi üzrə təminedici tədbirlər həyata keçirilib.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin apardığı yoxlamalar zamanı aşkar olunan bəzi nöqsanların ciddiliyi nəzərə alınaraq 5 büdcə təşkilatı üzrə 1,676 milyon manat məbləğində artıq və əsassız ödənişlərə dair yoxlama materialları, eləcə də “Aqrolizinq” üzrə əvvəlki illərdə texnoloji avadanlıqların və damazlıq heyvanların alınması üçün köçürülmüş 11,259 milyon manat məbləğində vəsaitin müqabilində malları təhvil verməyən və ya vəsaiti geri qaytarmayan şirkətlər barədə materiallar hüquqi qiymət verilməsi üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilib.

Hesabat dövründə Xidmətin mütəxəssisləri aidiyyəti hüquq mühafizə orqanlarının müraciətlərinə və məhkəmə qərarlarına əsasən 13 təşkilatda aparılan yoxlama ilə 3,523 milyon manat məbləğində artıq və əsassız ödənişləri aşkar edərək (3,296 milyon manatı bərpa edilib) yoxlama materiallarını müvafiq qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə təqdim edib.

Vətəndaş müraciətlərinə əsasən isə Xidmətin əməkdaşları 20 qurumda zəruri araşdırmalar aparıb, cəmi 0,007 milyon manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyini aşkar edərək (0,004 milyon manatı bərpa edilib) aparılmış yoxlamaların nəticələri üzrə tərtib edilən sənədləri müvafiq tədbirlər görülməsi üçün prokurorluq orqanlarına göndərib.

Yoxlamalar zamanı büdcə təşkilatlarında nöqsanlara yol verən vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 73 nəfər vəzifəli şəxsə 0,066 milyon manat məbləğində cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib, aşkar edilən 0,043 milyon manat məbləğində artıq və əsassız ödənişlərlə əlaqədar (0,033 milyon manatı bərpa edilib) 3 qurum üzrə yoxlamaların nəticələrinə dair tərtib edilmiş sənədlər vəzifəli şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.

Ümumilikdə, 2019-cu ildə aparılan bütün nəzarət tədbirləri ilə aşkar olunan 29,822 milyon manat məbləğində artıq və əsassız ödənişlərin 18,264 milyon manatını yoxlamaların gedişində təqsirkar şəxslər bərpa edib.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Maliyyə Nazirliyi

Statistika hesabatlarının təqdimetmə müddətləri dəyişdirilib

posted in: Xəbər | 0

statistika hesabatlarıDövlət Statistika Komitəsi “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” 4-əmək №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” qərarında dəyişiklik edib. statistika hesabatları

Dəyişiklik rəsmi statistika hesabatı ilə bağlıdır.

İndiyə qədər kiçik sahibkarlıq subyekti olmayanlar aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək, kiçik sahibkarlıq subyektləri isə rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 18-dək hesabatı yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməli idi. Qərara əsasən, kiçik sahibkarlıq subyektlərinin rəsmi statistika hesabatını təqdlim etməsi müddəti dəyişib, publik hüquqi şəxslər, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatlarının rəsmi statistika hesabatını təqdim etməsi müddəti dəqiqləşib.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Statistika hesabatları

Pensiyaçılara əmlak vergisində güzəştlər

posted in: sual-cavab, Vergi, Xəbər | 0

pensiyaçı əmlak vergisiMənzillərini, digər əmlaklarını sənədləşdirən vətəndaşların əmlak vergisini ödəmələri ilə bağlı müəyyən suallar yaranır. Bu suallardan biri də budur ki, Yeni Günəşli qəsəbəsində 67,9 kvadratmetr, 5 otaqlı mənzil sahibi olan təqaüdçü vətəndaş nə qədər vergi ödəməlidir? əmlak vergisi

Vergilər Nazirliyindən bildirilib ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə Bakı şəhəri üzrə müəyyən olunan 0,4 manat vergi dərəcəsi, habelə Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin zonaları üzrə müəyyən olunan müvafiq əmsal tətbiq edilir.

Qeyd olunan Bakı şəhərinin Suraxanı rayonunda yerləşən binalar 9-cu zonaya aid edilir və onlara tətbiq olunan əmsal 0,85-ə bərabərdir. Qeyd olunan halda həmin mənzil üçün əmlak vergisinin məbləği 12,88 manat olacaq:

(67,9 – 30) x 0,4 x 0,85 = 12,88 manat.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, pensiyaçıların binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Ona görə də sözügedən mənzilə görə əmlak vergisi ödəmək öhdəliyi yaranmır.

Bundan başqa, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların sahəsi 10.000 kvadratmetrədək olduqda, Vergi Məcəlləsinin 206.3-cü maddəsində qeyd olunan dərəcələrlə torpaq vergisi hesablanır.

Ayrılıqda bir neçə şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin (məsələn, bina evlərinin) altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi həmin şəxslərə məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmlak vergisi pensiyaçı

Elektron bəyannamənin qəbulu

posted in: Vergi, Xidmət, Xəbər | 0

bəyannamələr, hesabatlar, arayışlarXidmətin adı: Elektron bəyannamənin qəbulu

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 16 və 72-ci maddələri – AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri – NK-nin 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası” – NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və ARnın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.1-ci bəndi – VN Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron bəyannamənin qəbulu” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.etaxes.gov.az)

Müraciəti emal edən struktur vahidi: VN-nin İqtisadi təhlil departamenti və Rəqəmsal vergi inzibatçılığı departamenti

İcra müddəti: Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər: Bəyannamənin qəbul edilməsi haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

 Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
elektron bəyyannamə