Mikayıl Cabbarov: “Zərgərlik bazarı ilə bağlı aparılan təhlillər çatışmazlıqların olduğunu göstərir”

posted in: Xəbər | 0

Zərgərlik bazarıAzərbaycanda zərgərlik bazarı ilə bağlı aparılan təhlillər bir sıra çatışmazlıqların olduğunu göstərir.

Bunu “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar” mövzusunda Bakıda keçirilən sahibkarlara görüşdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bazar iştirakçıları tərəfindən xammal və məmulatların idxalında qeyri-rəsmi əməliyyatların geniş hal kimi yayılması, ikinci əl məmulatların rəsmi qaydada almaq imkanının bir çox halda olmadığı, affinajın (qızılın təmizlənməsi – red.) bir neçə böyük bazar iştirakçıları tərəfindən kiçik həcmlərdə həyata keçirilməsi, bazarın ixrac imkanlarına da, bazarın vəziyyətinə də ciddi dərəcədə zəiflədir.

“Qızıl və qiymətli daşların keyfiyyətinə nəzarətin istənilən səviyyədə olmaması, həmçinin maliyyələşdirilmə və stimullaşdırma mexanizmlərinin yoxluğu, həm istehlakçıların  hüquqlarına, həm də bizim strateji hədəflərimizə zərbə vuran məqamlardan biridir. Sirr deyil ki, sektorda qeyri-şəffaf əmək münasibətləri hallarına da tez-tez rast gəlinir. Düşünürəm ki, bu çatışmazlığı aradan qaldırılması istiqamətində birgə iş aparılmalıdır”, – deyə nazir bildirib.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Zərgərlik bazarı

Azərbaycanda rəsmi işsiz şəxslərin sayı açıqlanıb

posted in: Xəbər | 0

işsizBu ilin yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 190,1 min nəfər olub, onlardan 4 938,5 min nəfərini məşğul əhali təşkil edib. işsiz

Ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,1%, məşğul əhalinin sayı isə 1,2% artıb.

2020-ci il fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 86,2 min nəfər olub, onların 37,7%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 295,6 manat təşkil edib.

Mənbə: fins.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
işsiz

Azərbaycana gətirilən energetik içkilər üçün vahid aksiz dərəcəsi müəyyən edilib

posted in: Xəbər | 0

vahid aksiz dərəcəsiAzərbaycan Respublikasının ərazisinə gətirilən energetik içkilər üçün vahid aksiz dərəcəsi müəyyən edilib.

Bu Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər və meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərin hər litri üçün 3 manat, tutumu 2 litrdən az olan alkoqollu energetik içkilərin hər litri üçün 2 manat aksiz dərəcəsi tətbiq edilib.

Dəyişikliyə əsasən, ölkəyə idxal edilən energetik içkilərin hər litri üçün vahid aksiz dərəcəsi – 3.1 manat tətbiq olunacaq.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra – martın 19-da qüvvəyə minir.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vahid aksiz dərəcəsi

Mikayıl Cabbarov: “Güzəştlər o şəxslərə verilir və veriləcək ki, şəffaf fəaliyyət göstərəcək”

posted in: Xəbər | 0

Güzəştlər“Azərbaycanda qızıl sənayesinin inkişaf etdirilməsi perspektivlərini müzakirə edərkən problemləri də nəzərə almalıyıq. İqtisadiyyatın şaxələndirilməsinin mühüm hissəsi dağ-mədən sənayesinin inkişafıdır”. güzəştlər

Bu fikirləri İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla keçirilən görüşdə deyib: “Son illər ölkəmiz qızıl hasilatı sahəsində mühüm nailiyyətlər əldə edib. Regionlarda qızıl istehsalı ilə yanaşı, digər qiymətli metalların da istehsal potensialı böyükdür. Azərbaycanın zərgərlik sahəsində tarixi ənənələri mövcuddur. Biz sıfırdan hər hansı işi başlamırıq. Zərgərlik sənayesinin yüksəldilməsi üçün ciddi dəstək verilməsi vacibdir. Stimullaşdırıcı amillərin artırılması zərgərlik sənayesinin inkişafında əhəmiyyətli ola bilər”.

Bununla yanaşı, nazirin sözlərinə görə, bu sahədə də şəffaflığın təmin edilməsi vacib məsələdir: “Biz “kölgə iqtisadiyyatı”nın bu sahədə azaldılmasına nail olmalıyıq. Güzəştlər o şəxslərə verilir və veriləcək ki, şəffaf fəaliyyət göstərəcək. Bu sahədə rəqabət mühitinin olması da bizim üçün əsas məqsədlərdən biridir. Zərgərlik sahəsində aparılan təhlillər burada rəqabət mühiti ilə bağlı bir sıra çatışmazlıqların olduğunu göstərir. Bu, həm istehlakçıların hüquqlarına, həm də bizim imicimizə zərbə vuran məqamlardan biridir. Nəticə etibarı ilə qanuna riayət edən uduzur. Bu, ədalətli deyil. Biz bununla birmənalı şəkildə barışmayacağıq. Bazarda ədalətli rəqabətin və şəffaflığın təmin edilməsi dövlətin aidiyyəti strukturlarının üzərinə düşən əsas hədəflərindən biridir. Zərgərlik sahəsində çətinlikləri müəyyən etmək üçün qısa müddət ərzində ixtisaslaşmış assosiasiyanın yaradılması təqdirəlayiqdir” .

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Güzəştlər