Azərbaycanda ötən il 5,7 min nəfərə yaxın işçi ixtisara düşüb

posted in: Xəbər | 0

işçi ixtisar2019-cu il ərzində Azərbaycanda 9,4 min iş yeri bağlanıb. işçi ixtisar

Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə, bu dövrdə bağlanmış iş yerlərinin 51,5%-i qeyri-dövlət sektorunun payına düşüb.

İş yerlərinin 39,8%-i (3 741,2) müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,2%-i (5 658,8) isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.    

Xatırladaq ki, 2019-cu il ərzində ölkədə 192 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 27%-i qeyri-dövlət sektorunda açılıb.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
işçi ixtisar

Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

posted in: Xəbər | 0

Mayın 14-15-də Bakıda “FinTex Sammit 2020” – maliyyə və texnologiyalar sərgisi keçiriləcək.

Bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyindən bildirilib.

Məlumata görə, tədbirin mövzusu “Bankçılıq və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Maliyyə Texnologiyaları və Təhlükəsizlik” olacaq.

Sərgi “VISA” beynəlxalq kart təşkilatı ilə birlikdə, ABA-nın, Azərbaycan Mərkəzi Bankının, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə təşkil olunur.

Tədbir maliyyə texnologiyaları, rəqəmsallaşma, ödənişlər ekosistemi sahəsində yeni və qarşıdan gələn trendlər ilə bağlı fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır. Bu platforma yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal valyutaların, banklar və fintexlərin əməkdaşlıq imkanlarının və belə yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışlarının müzakirəsinə imkan yaradan məkandır. Bura həm də bu cür yeni məhsul və xidmətlər üçün hüquqi bazanın yaradılması ilə bağlı ən yaxşı təcrübələrin nəzərdən keçirildiyi və bu proseslərin maliyyə dayanıqlılığı və maliyyə inklüzivliyinin möhkəmləndirilməsinə və müştəri məmnuniyyətinə göstərdiyi təsirin öyrənildiyi yerdir.

Sammit müvafiq dövlət orqanlarının, maliyyə və bankçılıq üzrə tənzimləyici orqanların baş icraçı direktorları və menecmentini, kommersiya banklarının və maliyyə texnologiyaları şirkətlərinin yuxarı menecmentini, kommersiya və ictimai təşkilatlarının menecerlərini, digər qərarverici və təsiredici şəxsləri, bir sıra beynəlxalq maliyyə institutları və yerli səfirliklərin nümayəndələrini, akademikləri, maliyyə və bankçılıq məhsulları və xidmətləri təklif edən qabaqcıl şirkətləri və digər maraqlı tərəfləri bir araya toplayır.

Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiyalar Günləri” elan ediləcək və əlaqədar olaraq müxtəlif kənar tədbirlər (görüşlər, seminarlar, müsabiqələr və s.) keçiriləcək.

Forumun əsas mövzuları:

– Banklar və Fintex: inkişaf edən münasibətlər;

– Ödənişlər və bank xidmətləri;

– Bankların elektron ticarətdə meydana çıxan rolu;

– Robotexnikaya keçid;

– Hüquqi çərçivə;

– Kiber təhdidlər və təhlükəsizlik;

– Pərakəndə bankçılıq: Daha güclü;

– Açıq bankçılıq: dəyişən maliyyə xidmətləri;

– Kriptosistem;

– Ağıllı bank texnologiyaları;

– Maliyyə xidmətlərində trendlər;

– Müştəri mərkəzli dünya (müştəri mərkəzlilik);

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
texnologiyalar maliyyə

Rəşad Əhmədov: “Daşınmaz əmlakın icbari sığortası elektronlaşdırılacaq”

posted in: Xəbər | 0

icbari sığorta daşınmaz əmlak elektron“Daşınmaz əmlakın icbari sığortası bazarının həcminin artırılması, eyni zamanda bu sahənin elektronlaşdırılmasının da məcburiliyini göstərir. Bildiyiniz kimi artıq Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılır”. icbari sığorta daşınmaz əmlak elektron

Bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib.

Onun sözlərinə görə, avtonəqliyyat vasitələri sahibləri sığorta şirkətlərinə elektron qaydada müraciət edir. Daxili İşlər Nazirliyi və İcbari Sığorta Bürosunun informasiya sistemləri inteqrasiya olunduğu üçün sığorta şəhadətnamələri elektron qaydada verilir.

O qeyd edib ki, buna bənzər sistemi biz daşınmaz əmlakın icbari sığortasının hər 3 növünə tətbiq etmək istəyirik: “Bu dəyişiklikləri həyata keçirmək üçün qanunvericilikdə dəyişiklik etmək lazımdır. Lakin Nazirlər Kabinetində keçirilən müşavirədə bu layihənin qanun qəbul edilmədən test rejimində tətbiq edilməsi barədə qərar verilib və biz artıq bu layihənin icrasına başlamışıq”.

Xatırladaq ki, 2016-cı il noyabrın 1-dən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin bağlanılması kağız daşıyıcılardan elektron sənəd formasına keçirilib.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
icbari sığorta daşınmaz əmlak elektron

“Milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin bu il fevralın 20-si tarixli qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub. (valyuta rejimi

Məlumata görə, dəyişikliklərə əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.

Qərar son illər ölkənin tədiyə balansı göstəricilərində müşahidə edilən yaxşılaşma prosesləri, gömrük nəzarətinin, bütövlükdə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələri nəzərə alınmaqla qəbul edilmişdir. Belə ki, hazırda tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin ümumi daxili məhsula nisbəti ikirəqəmli ədədlərlə ölçülür. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft ixracının təşviqi istiqamətində görülmüş işlər profisitli tədiyə balansının formalaşmasında həlledici rol oynamışdır. Cari əməliyyatlar hesabı ilə yanaşı son illər kapitalın və maliyyənin hərəkəti hesabında da əhəmiyyətli yaxşılaşma qeydə alınıb.

Valyuta rejiminin liberallaşdırılması həm də ölkədə sahibkarlıq üçün fəaliyət mühitinin daha da yaxşılaşdırılmasına dəstək olacaqdır. Məlum olduğu kimi, cari ilin əvvəlində Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurası təsis edilmişdir. Bu Şurada qaldırılan prioritet məsələlərdən biri də ölkədə mövcud valyuta rejimi çərçivəsində idxal əməliyyatlarının tənzimlənməsinin liberallaşdırılması ilə bağlı olub.

Qeyd edək ki, yuxarıda adı çəkilən Qaydalara dəyişikliklər Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra qüvvəyə minəcəkdir.

Mənbə: report.az


)


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
valyuta rejimi, valyuta rejimi, valyuta rejimi, valyuta rejimi,