2019-cu ildə muzdla çalışanların orta aylıq əmək haqqı 2018-ci ilə nisbətən 16,6 faiz artıb
Ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2018-ci ilə nisbətən 16,6 faiz artaraq 634,8 manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əmək haqqı neft-qaz sektorunda 3.108,4 manat, qeyri neft-qaz sektorunda 579,1 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 531,2 manat, özəl müəssisələrdə isə 766,9 manat təşkil edib.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat, və anbar təsərrüfatı, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Mənbə: vergiler.az
Teleqram qrupumuza üzv olun
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
orta aylıq nominal əmək haqqı emek
Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə hesabatların qəbul edilməsi
Xidmətin adı: Məcburi dövlət sosial sığortası (MDSS) və işsizlik sığortası üzrə hesabatların qəbul edilməsi
Xidmətin göstərilməsi üçün tələb olunanlar: Gücləndirilmiş elektron imza
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
– VM-nin 16 və 72-ci maddələri – AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri
Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.etaxes.gov.az)
Müraciəti emal edən struktur vahidi: VN-nin İqtisadi təhlili departamenti və Rəqəmsal vergi inzibatçılığı departamenti
İcra müddəti: Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)
Xidmətin nəticəsində təqdim edilən sənədlər: Hesabatın təqdim edilməsi haqqında arayış
Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb
Mənbə: taxes.gov.az
Teleqram qrupumuza üzv olun
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
MDSS işsizlik sığortası
Kapital Bank növbəti ali məktəbdə “Smart tələbə kartı” təqdim etdi
21 fevral 2020-ci il tarixində Bakı Mühəndislik Universitetində (BMU) yeni “Smart tələbə kartı”nın təqdimat mərasimi keçirildi. Yeni məhsul Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və BMU-nun təşəbbüsü, Kapital Bank və Mastercard-ın dəstəyi ilə həyata keçirib.
Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, BMU-nun rektoru, professor Havar Məmmədov, Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə, Mastercard-ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar, universitetin müəllim-tələbə heyəti və media nümayəndələri iştirak ediblər.
“Bakı Mühəndislik Universiteti smart tələbə kartına keçən sayca ikinci ali məktəbdir. Ötən ilin noyabr ayında biz analoji tədbiri UNEC-də keçirdik. Yaxın zamanlarda ölkənin bir sıra ali məktəblərində də smart tələbə kartları təqdim ediləcək. Qeyd edim ki, bu kartlar vasitəsilə tələbələr təqaüdlərini almaqla yanaşı ödəniş kartlarının digər funksiyalarından da istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulub”, – deyə, Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə bildirib.
Tədbirin sonunda BMU-nun fərqlənən 20 nəfər tələbəsinə smart tələbə kartları təqdim edildi.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Nazirlər Kabinetinin rəsmi saytının adı dəyişib.