Rezidentlik barədə arayış (DTA-01 forması)

posted in: Xəbər | 0

rezidentlikAzərbaycanda daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı və vergi rezidenti bunu təsdiqləyən müvafiq rəsmi şəhadətnaməni, sertifikatı, yaxud başqa adda sənədi hansı qaydada və hansı dövlət orqanından ala bilər? rezidentlik

Vergilər Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının rezidenti olan şəxsə rezidentlik barədə arayış onun AR-da uçotda olduğu vergi orqanı tərəfindən verilməlidir. Fiziki şəxsin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, vergi uçotuna alınması nəzərdə tutulmadığı hallarda isə həmin fiziki şəxs rezidentlik barədə arayış almaq üçün qeydiyyatda olduğu və ya yaşadığı yeri üzrə vergi orqanına müraciət etməlidir.

Arayışın alınması üçün DTA-01 forması və ya Razılığa gələn digər dövlətin xüsusi forması müraciət edən şəxs tərəfindən 3 nüsxədə olmaqla, təsdiqlənmə barədə sərbəst formada müraciət məktubu və formaya əlavə olunan sənədlərlə birgə müvafiq vergi orqanına təqdim edilir. Ərizənin vergi orqanına təqdim edilməsi şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə vergi orqanına gəlməklə və ya poçt vasitəsilə edilir. Formanın təsdiq edilmiş nüsxələrindən biri vergi orqanında saxlanılır. Digər ikisi isə müraciət edən şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) verilir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
rezidentlik

2020-ci ilin mart ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqqları barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

ödənilməli vergilərHesabatlar və ödənilməli vergilər barədə yaddaş

2020-ci ilin mart ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə

  • Əlavə dəyər vergisinin bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisinin bəyannaməsi,
  • Mədən vergisinin bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi

2020-ci ilin mart ayının 27-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və bu bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2020-ci ilin mart ayının 27-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

Xüsusi notariusların 2020-ci ilin fevral ayı üzrə hesabladığı gəlir vergisi 2020-ci ilin mart ayının 27-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. (2020-ci ilin 1-ci rübü üzrə bəyannamə car ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).

Muzdlu işlə əlaqədar 2020-ci ilin fevral ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2020-ci ilin mart ayının 27-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2020-ci ilin fevral ayı üzrə hesablanmış sığorta haqları 2020-ci ilin mart ayının 16-dan gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

Qeyd: “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta haqqı üzrə hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” formasında təsdiq edildiyindən muzdlu işlə əlaqədar ödənilmiş vergi və məcburi dövlət sosial sığortası, həmçinin işsizlikdən sığorta üzrə ödənilmiş sığorta haqları barədə 2020-ci ilin I rübü üzrə bəyannamə qeyd edilən vahid bəyannamə formasında cari ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir.

2019-cu ilin yekunlarına görə

hüquqi şəxslər tərəfindən Mənfəət və Əmlak vergisinin bəyannaməsi,
fiziki şəxslər tərəfindən Gəlir vergisinin bəyannaməsi

2020-ci ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. Hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Qeyd:

15.03.2020-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixədək ödənilməli sığorta haqlarının ödənilməsinin son müddəti 16.03.2020-ci il tarixə
20.03.2020-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixlərdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin və hesablanmış vergilərin ödənilməsinin son müddəti 27.03.2020-ci il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ödənilməli vergilər

Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün müraciətlərin qəbulu

posted in: Vergi, Xidmət, Xəbər | 0

Şəxsi hesab vərəqəsiXidmətin adı: Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün müraciətlərin qəbulu. Şəxsi hesab vərəqəsi

Tələb olunanlar: – VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 87.2-ci maddəsi – “İnformasiya əldə etmək haqqında” 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun10-cu maddəsi – AR Prezidentinin 29.03. 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AR-nın VN haqqında Əsasnamə”nin 8.2 və 8.4-1-ci bəndləri – AR Prezidentinin 23.05.2011- ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2- 1-ci hissələri – NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və ARnın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.13-cü bəndi – VN Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün müraciətin qəbulu” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.etaxes.gov.az)

Müraciəti emal edən struktur vahidi: VN-nin Rəqəmsal vergi inzibatçılığı departamenti

İcra müddəti: 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Şəxsi hesab vərəqəsindən çıxarış (elektron kabinetə göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Şəxsi hesab vərəqəsi

Qeyri-formal məşğulluğa nəzarət gücləndirilir

posted in: Xəbər | 0

Qeyri-formal məşğulluğa nəzarət məşğulluq“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyev fərman imzalayıb.

Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyi imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının əmək müqaviləsi bildirişi üzrə elektron infiormasiya sisteminə inteqrasiyası əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən “ “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı yaradılacaq.

Faylı yükləyin:  Qeyri-formal məşğulluğa nəzarət (353 downloads )

Mənbə: president.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Qeyri-formal məşğulluğa nəzarət