Vergilər Nazirliyində necə könüllü kimi çalışmaq olar? Son tarix 6 mart

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi Könüllü“Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq vergi orqanlarında könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı növbəti mərhələ elan olunur. (Vergilər Nazirliyi)

Vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Bakı şəhəri və respublikamızın regionlarında fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmək üçün 06.03.2020-ci il tarixinədək Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə onlayn müraciət edə bilərlər.

Müraciətlərin araşdırılması və könüllülərin seçilməsi Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş ehtiyaclara və müraciət edənlərin faktiki yaşadıqları (və ya təhsil aldıqları) ünvana uyğun aparılacaqdır.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergilər Nazirliyi Könüllü

Üzləşmə aktının verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

üzləşmə aktıXidmətin adı: Üzləşmə aktının verilməsi. Üzləşmə aktı

Xidmətin göstərilməsi üçün tələb olunanlar: – Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 87.2-ci maddəsi – “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun – Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi öhdəliklərinin icrasına nəzarət strukturları, RVŞnin Hüquq və vergi öhdəliklərinin icrasına nəzarət strukturları, Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin vergi borclarının məcburi alınması strukturları, digər vergi orqanlarının vergi öhdəliklərinin icrasına nəzarət strukturları

İcra müddəti: 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Üzləşmə aktı

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb (bax 5.4-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
üzləşmə aktı

Vergi əməkdaşlarına növbəti təlim keçilib

posted in: Vergi, Xəbər | 0

vergi təlimVergilər Nazirliyinin Tədris Mərkəzinin təşkil etdiyi növbəti təlim 2019-cu və 2020-ci illərdə Vergi Məcəlləsinə edilən dəyişikliklərə həsr olunub. Nazirliyin Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsində keçilmiş təlimdə dinləyicilərə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin qısa xülasəsi təqdim edilib, əmtəəsiz əməliyyatlar (13.2.81-ci maddə) və bu əməliyyatların cinayət-hüquqi töfsifi, əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs (78.4-cü maddə), riskli vergi ödəyicisi (13.2.82), ümidsiz borcların silinməsi (93.1.1-cü maddə), vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri (85.4-cü maddə) və aktual olan digər mövzular təhlil edilib.

Təlimi Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev və Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Malik Əkbərov aparıb.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi təlim

Rusiyada sadələşdirilmiş vergi ödəyiciləri bəyannamə verməkdən azad ediləcək

posted in: Xəbər | 0

Rusiya Federasiyasının Dövlət Duması birinci oxunuşda qəbul etdiyi müvafiq qanun layihəsinə əsasən, sadələşdirilmiş vergi ödəyiciləri “USN-onlayn” sisteminə keçə biləcəklər. Federal Vergi Xidməti (FVX) bu sistem vasitəsilə onlayn kassalardan alınan məlumatlar əsasında vergini müstəqil şəkildə tuta biləcək. Başqa sözlə, USN-ə keçmiş sahibkarların bəyannamə təqdim etməsinə və mənfəətin uçotu dəftərini aparmasına ehtiyac qalmayacaq.

Deklarasiyasız rejimə keçmək üçün FVX-nin saytında “Vergi ödəyicisinin şəxsi kabineti” üzərindən keçidin vaxtı göstərilməklə ərizə vermək kifayət edəcək. Köçürülmüş məbləğ haqqında bildiriş şirkətə və ya fərdi sahibkara vergi xidməti göndərcək. Bu addımın atılması vergi orqanları ilə kiçik və orta biznes subyektləri arasındakı münasibətlərin sadələşməsinə şərait yaradacaq və 1,2 milyon vergi ödəyicisini bəyannamə verməkdən azad edəcək.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
bəyannamə