» » » Rusiyada sadələşdirilmiş vergi ödəyiciləri bəyannamə verməkdən azad ediləcək

Rusiyada sadələşdirilmiş vergi ödəyiciləri bəyannamə verməkdən azad ediləcək

posted in: Xəbər | 0
birbank biznes

Rusiya Federasiyasının Dövlət Duması birinci oxunuşda qəbul etdiyi müvafiq qanun layihəsinə əsasən, sadələşdirilmiş vergi ödəyiciləri “USN-onlayn” sisteminə keçə biləcəklər. Federal Vergi Xidməti (FVX) bu sistem vasitəsilə onlayn kassalardan alınan məlumatlar əsasında vergini müstəqil şəkildə tuta biləcək. Başqa sözlə, USN-ə keçmiş sahibkarların bəyannamə təqdim etməsinə və mənfəətin uçotu dəftərini aparmasına ehtiyac qalmayacaq.

Deklarasiyasız rejimə keçmək üçün FVX-nin saytında “Vergi ödəyicisinin şəxsi kabineti” üzərindən keçidin vaxtı göstərilməklə ərizə vermək kifayət edəcək. Köçürülmüş məbləğ haqqında bildiriş şirkətə və ya fərdi sahibkara vergi xidməti göndərcək. Bu addımın atılması vergi orqanları ilə kiçik və orta biznes subyektləri arasındakı münasibətlərin sadələşməsinə şərait yaradacaq və 1,2 milyon vergi ödəyicisini bəyannamə verməkdən azad edəcək.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
bəyannamə