» » » Vergi əməkdaşlarına növbəti təlim keçilib

Vergi əməkdaşlarına növbəti təlim keçilib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi təlimVergilər Nazirliyinin Tədris Mərkəzinin təşkil etdiyi növbəti təlim 2019-cu və 2020-ci illərdə Vergi Məcəlləsinə edilən dəyişikliklərə həsr olunub. Nazirliyin Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsində keçilmiş təlimdə dinləyicilərə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin qısa xülasəsi təqdim edilib, əmtəəsiz əməliyyatlar (13.2.81-ci maddə) və bu əməliyyatların cinayət-hüquqi töfsifi, əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs (78.4-cü maddə), riskli vergi ödəyicisi (13.2.82), ümidsiz borcların silinməsi (93.1.1-cü maddə), vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri (85.4-cü maddə) və aktual olan digər mövzular təhlil edilib.

Təlimi Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev və Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Malik Əkbərov aparıb.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi təlim