Elektron audit vasitəsilə risk qruplarının müəyyən edilməsi mümkün olacaq

posted in: Xəbər | 0

Elektron auditPrezident İlham Əliyevin “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 25 fevral 2020-ci il tarixli Fərmanı ölkəmizdə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlərin müasir texnologiyaların geniş tətbiqi şəraitində səmərəliliyinin artırılmasına xidmət edir. (Elektron audit)

Qeyri-formal məşğulluq ölkədə kölgə iqtisadiyyatının yayılmasına rəvac verərək rəqabət mühitinə mənfi təsir göstərməklə yanaşı, işçilərin əmək və sosial hüquqlarının pozulmasına, onların sosial sığorta sistemindən və nəticədə gələcək sosial təminatdan kənarda qalmasına, vergidən yayınmaqla dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxarır. Bu səbəbdən qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi dövlət üçün əsas prioritetlərdən biridir.  Qeyri-formal məşğulluğun qarşısının alınmasında müasir texnologiyanın üstünlüklərindən istifadə olunması bu sahədə səmərəliliyin və effektivliyin artırılmasında mühüm rol oynayır.

“Məşğulluq haqqında” 2018-ci il 29 iyun tarixli Qanunda “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının yaradılması nəzərdə tutulub. Dövlət başçısının  həmin Qanunun tətbiqi barədə 2018-ci il 24 avqust tarixli Fərmanında “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı barədə təkliflərin hazırlanması tapşırılmışdır. 25 fevral 2020-ci il tarixli Fərmanla artıq həmin siyahı təsdiq edilib. Siyahıda aidiyyəti qurumların (20-yə yaxın qurum) informasiya sistemləri və ehtiyatları əhatə olunur.

Məşğulluq sahəsində lazımi məlumatları özündə əks etdirən bu informasiya sistemləri və ehtiyatlarının “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası nəticəsində qeyri-formal məşğulluğun aşkar edilməsi imkanları, ümumən müasir texnologiyadan geniş istifadə şəraitində nəzarət tədbirlərinin səmərəliliyi əhəmiyyətli dərəcədə artacaq.  Belə ki, artıq iş yerinə getmədən sahibkar – məmur təması minimuma endirilməklə, işəgötürən barədə müxtəlif dövlət qurumlarının elektron informasiya sistemlərindəki məlumatların yoxlanılması ilə, elektron audit vasitəsilə risk qruplarının müəyyən edilməsi mümkün olacaq. Nəticə etibarilə qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlərin görülməsi təmin olunacaq.

Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Elektron audit, 

Əmək haqqından tutulmalar

posted in: Xəbər | 0

əmək haqqıQanunvericiliyə əsasən, işçinin əmək haqqından vergi və digər ödənişlər tutulur. Mövzuya hüquqşünas Şəhriyar Həbilov münasibət bildirib. əmək haqqı

Hər bir işçinin əmək haqqından işəgötürən tərəfindən aşağıdakı tutulmalar həyata keçirilir:

  • gəlir vergisi (Vergi Məcəlləsinə müvafiq olaraq bəzi kateqoriya şəxslərə münasibətdə güzəştlər, habelə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinin 2019-cu il yanvarın 1-dən 7 il müddətində yalnız 8.000 manatdan çox olan məbləğinin gəlir vergisinə cəlb olunmalı olduğu nəzərə alınmaqla);
  • işsizlikdən sığorta haqqı;
  • icbari tibbi sığorta haqqı;
  • məcburi dövlət sosial sığorta haqqı;
  • məhkəmə aktları və ya notariusun icra qeydi, yaxud səlahiyyətli orqanların qərarlarına əsasən tələb edilən icra ödənişləri. Bu məbləğlərin tutulması üçün müvafiq icra sənədi işçinin iş yerinə göndərilir.

Eləcə də:

  • işəgötürənə işçinin təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği. (işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə);
  • müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;
  • işçi xidməti ezamiyyətə göndərilərkən ona avans verilibsə artıq qalmış məbləğ;
  • işçiyə səhv riyazi hesablamalar nəticəsində artıq ödənilmiş məbləğlər – yalnız ödənişdən sonrakı 1 ay müddətində;
  • təsərrüfat ehtiyacları ilə bağlı verilmiş artıq qalan, yaxud xərclənməyən məbləğlər;
  • kollektiv müqavilələrdə nəzərdə tutulan və ya müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları;
  • işçinin kommunal ödənişləri, bankdan aldığı ssudaları, kreditləri və ya digər şəxsi borcları – işçinin işəgötürənə həmin ödənişlərin onun əmək haqqından tutulmasına dair ərizəsi əsasında.

Qanunvericiliyə əsasən, əmək haqqından 20 faiz, bir neçə icra sənədi olduqda 50 faiz, bəzi hallarda (aliment ödənişi, sağlamlığa ziyan vurulması və s.) isə 70 faiz tutulmalara yol verilməsi mümkündür.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək haqqı

İşçinin əsas və əlavə iş yerlərindən əldə etdiyi gəlirindən vergi və sosial sığorta haqqının tutulması

posted in: Vergi, Xəbər | 0

sosial sığorta haqqı vergiVergilər Nazirliyi işçinin əsas və əlavə iş yerlərindən əldə etdiyi gəlirindən vergi və sosial sığorta haqqının tutulması və işəgötürən tərəfindən əmək haqqından əlavə verilən maddi yardımın sosial sığorta haqqına cəlb edilməsi ilə bağlı açıqlama verib.

İşçinin əsas və əlavə iş yeri üzrə əldə etdiyi gəlirlərindən vergi və sosial sığorta haqqının tutulması ilə bağlı bildiririk ki, eyni işəgötürən müəssisə ilə həm əsas əmək müqaviləsi, həm də əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq eyni iş yerində çalışan işçinin hər iki əmək müqaviləsindən əldə etdiyi muzdlu işlə əlaqədar aylıq gəlirləri cəmlənərək gəlir vergisi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur.

Eyni zamanda, bildirilir ki, işəgötürən tərəfindən işçiyə verilən maddi yardım işçinin məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirinə aid edilməklə ümumi qaydada məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində maddi yardım sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi müəyyən edilməmişdir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sosial sığorta haqqı vergi

Koronavirus səbəbindən ƏDV artımı ləğv edildi

posted in: Məqalə, Vergi, Xəbər | 0

ƏDV artımı KoronavirusKoronavirus epidemiyasının yayılmasının iqtisadiyyata olan mənfi təsirləri Sinqapur hakimiyyətini ƏDV artımını ləğv etməyə məcbur etdi. Hökumətin sözügedən məsələ ilə bağlı qərarını baş nazirin müavini və maliyyə naziri Hen Svi Kit bəyan edib. ƏDV artımı

“İqtisadiyyatın mövcud vəziyyətini nəzərə alaraq dövlətin gəlir və xərclərini qiymətləndirdikdən sonra gələn il 9% vergi artımının ləğv edilməsi qərara alındı”, – onun fevralın 18-də parlamentdə etdiyi çıxışı TASS agentliyi yayıb.

Sinqapurda ƏDV 7% səviyyəsində qalacaq və epidemiya nəticəsində yaranan zərərlərlə əlaqədar bir sıra iqtisadi sahələrə vergi güzəştləri veriləcəkdir. Beləliklə, Çangi hava limanı daşınmaz əmlak vergisinə görə 15%, otellər isə 30% endirim alacaq.

Bundan bir qədər əvvəl isə  Sinqapur səlahiyyətlilərinin Çindən qayıtdıqdan sonra ev karantininə əməl etməyən adamlara cəza tətbiq etdikləri məlum olub.  Burada cərimələrdən və hətta yarım il müddətinə həbslərdən söhbət gedir.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Koronavirus ƏDV artımı