Daha çox8
Daha çox8

Onlayn alış-veriş zamanı ƏDV hesablanması

posted in: Vergi, Xəbər | 0

ƏDVFiziki şəxsin bank hesabından onlayn mal alışı zamanı qeyri-rezidentə aparılan ödənişlərdən bank tərəfindən 18 faiz dərəcə ilə verginin tutulması ilə bağlı bəzi suallar yaranır. ƏDV

Vergilər Nazirliyinin izahında bildirir ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə Əlavə Dəyər Vergisi hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən Əlavə Dəyər Vergisi tutulmur.

Hesabdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV

1.8 milyard manat vergi ödəyən yerli şirkət

posted in: Vergi, Xəbər | 0

vergi“Azercell” fəaliyyət dövründə dövlət büdcəsinə 1,845 mlrd. manat köçürüb. vergi

Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telekom” 2019-cu ildə dövlət büdcəsinə 112 mln. manat ödəniş həyata keçirib.

Bunu “Azercell”in ötən ilin yekunlarına dair təşkil etdiyi konfransda çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, ümumilikdə, 23 il ərzində bu rəqəm 1,845 mlrd. manat olub.

“Şirkət tərəfindən ölkənin telekommunikasiya sahəsinin inkişafına ötən il 94,5 mln. ABŞ dollarından çox, ümumilikdə isə 1,621 mlrd. dollardan artıq sərmayə yatırıb. 2019-cu ildə sosial layihələrə ümumilikdə 253 min dollardan artıq vəsait sərf edilib ki, bu göstərici 23 il ərzində 19 mln. dolları ötüb”, – deyə V. Mürsəliyev qeyd edib.

  1. Mürsəliyev onu da əlavə edib ki, 2019-cu il ərzində “Azercell” 1 617 ədəd yeni radio baza stansiyası (RBS) qurub ki, bunlardan 1 217 ədədi 4G şəbəkəsini dəstəkləyir: “Şəbəkə vasitəsilə ötürülən internet trafikin həcmi 304% artıb. Ötən ilin sonu şirkət tərəfindən ölkədə və Cənubi Qafqazda ilk 5G pilot şəbəkəsi istifadəyə verildi”.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi

Azərbaycanda sahibkarların idxal bəyannamələri ilə bağlı məhkəmə işlərinə xitam verilə bilər

posted in: Bank, Xəbər | 0

İdxal bəyannamələri xitamAzərbaycanda valyuta rejiminin liberallaşması heç bir risk yaratmayacaq.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Alim Quliyev deyib.

“Qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması 270 günü keçdikdə inzibati məsuliyyət yaranırdı. Bununla bağlı prosedurlar başlayırdı. Biz bu 270 günü 2 il müddətinə uzatdıq. Müddətin uzadılması  liberallaşma məqsədilədir”, – deyə A. Quliyev bildirib.

O qeyd edib ki, müddətin 2 il uzadılması heç bir risk yaratmır: “Bu gün ölkədə tədiyyə balansı kifayət qədər profisitlidir. Gömrük nəzarəti valyuta rejiminə nəzarətdə müasirləşib, elektron nəzarət var”.

Qeyd edək ki, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.

“Bəzən elə fakt olurdu ki, 90 min manatlıq mal gəlib, 10 min dollarlıq mal gəlməyibsə, buna göz yumulacaq. Hazırda valyuta rejimi imkan verir ki, hər bir vətəndaş bu məbləği çıxara bilsin. Ona görə də ondan çox məbləğlərin valyuta rejimini tətbiq etdik”, – deyə AMB-nin rəsmisi qeyd edib.

O həmçinin bildirib ki, 2019-cu ildə 13 minə yaxın inzibati məsuliyyət  məsələləri banklar tərəfindən AMB-yə göndərilib. Bunun 8 mini məhkəmələrə göndərilib. 5 minə yaxını inzibati xətalar tətbiq olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20.02.2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub. Dəyişikliklərə əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 gündən ən geci 2 il müddətinə qədər uzadılıb, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.

Məlum olduğu kimi cari ilin əvvəlində Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurası təsis edilib. Bu Şurada qaldırılan prioritet məsələlərdən biri də ölkədə mövcud valyuta rejimi çərçivəsində idxal əməliyyatlarının tənzimlənməsinin liberallaşdırılması ilə bağlı olub.

Qaydalara dəyişikliklər Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra qüvvəyə minəcək.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İdxal bəyannamələri xitam

Mənfəət vergisinə cəlb edilməyən əməliyyatlar

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər Vergi MəcəlləsiVergi Məcəlləsində 2020-ci il yanvarın 1-dən vergidən azadan olunan, qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlarla yanaşı “mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar” ifadəsi yer alıb.

Bununla bağlı Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin 1 yanvar 2020-ci ildən qüvvəyə minən müddəalarına əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.

Bu maddədə mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar dedikdə, mənfəət vergisinin vergitutma obyektini yaratmayan gəlirlər nəzərdə tutulur və vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı mənfəət vergisinin vergitutma obyektini yaratmayan gəlirlər əldə edildikdə, bu gəlirlərin əldə olunması ilə bağlı çəkilmiş, lakin bölüşdürülməsi mümkün olmayan xərclər vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında gəlirdən çıxılır. Belə əməliyyatlara nümunə olaraq, ölkə daxilində daşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi ödəyicisini göstərmək olar.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mənfəət vergisi
error: Content is protected !!