» » » ƏDV-dən azad olunan əməliyyatlar

ƏDV-dən azad olunan əməliyyatlar

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDVVergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, mal əti satışı Əlavə Dəyər Vergisindən azad edilib. Bəs Əlavə Dəyər Vergisi ödəyicisi olan şirkət eyni zamanda digər malların satışını da həyata keçirirsə, ay ərzində bütün ƏDV-ni əvəzləşdirə bilərmi?

Vergilər Nazirliyindən bildirilib ki, vergi ödəyicisi tərəfindən Əlavə Dəyər Vergisinə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən Əlavə Dəyər Vergisinin əvəzləşdirilməsi üçün iki hal nəzərdə tutulub:

  • həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında Əlavə Dəyər Vergisi ödənilməklə və Əlavə Dəyər Vergisindən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (Əlavə Dəyər Vergisindən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda Əlavə Dəyər Vergisi tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir;
  • mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar üzrə ayrı-ayrılıqda aparılmadıqda isə Əlavə Dəyər Vergisi üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV