Əlavə iş yerində gəlir vergisi necə hesablanır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

gəlir vergisi əlavə iş yeriSual: Fiziki şəxsin əlavə iş yeri olduqda, əlavə iş yerindən ona ödənilən əmək haqqından gəlir vergisi hansı formada tutulur?

Cavab: Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Sorğunuzda qeyd olunan şəxsin ikinci iş yeri dövlət sektoru olarsa, 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissədən 25 faiz dərəcə ilə vergi hesablanır.  İkinci iş yeri müvafiq meyarlara əsasən neft-qaz olmayan və qeyri-dövlət sektoru hesab olunduğu halda 101.1-1–ci maddəyə əsasən, 8000 manata qədər 0 faiz dərəcə ilə, 8000 manatdan artıq məbləğdən 14 faiz dərəcə ilə vergi hesablanır.

Vergi güzəştlərinin əsas iş yerində tətbiq olunduğunu nəzərə alaraq, ikinci iş yerində əldə olunan gəlirdən vergi hər hansı güzəşt tətbiq edilmədən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, 101.1-2-ci, 102.8-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gəlir vergisi əlavə iş yeri

Bu şəxslərə vəsait bundan sonra nağdsız qaydada ödənilməlidir

posted in: Xəbər | 0

nağdsız“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə nağdsız

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanının 13.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 110, № 7, maddə 512; 2002, № 9, maddə 580; 2005, № 6, maddə 559; 2006, № 8, maddə 730; 2009, № 9, maddə 755; 2010, № 1, maddə 67; 2016, № 12, maddə 2230; 2018, № 2, maddə 362, № 5, maddə 1112; 2019, № 3, maddə 544) 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“4. Bu Qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata uyğun olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrıca sətirlə nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödənilir.”.

  1. Bu Qərar 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 31 yanvar 2020-ci il
№ 30

Mənbə: cabmin.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
nağdsız

Elektron alış aktı forması aktivləşdirilib

posted in: Xəbər | 0

Elektron alış aktı forması2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Məcəlləyə “Malların alış aktı” adlı 71-2-ci maddə əlavə edilib. Məcəllənin 71-2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. (Elektron alış aktı forması)

Vergi Məcəlləsinin 71-2.2-ci maddəsində isə göstərilib ki, elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

Məcəllənin 71-2.3-cü maddəsinə görə, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Həmin müddəaları şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi ödəyicisi malların alış aktları ilə mal aldıqda 5 gün müddətində elektron alış aktı da tərtib edəcək. Malların alış aktı sırf vergi ödəyicisi olmayan şəxslər tərəfindən mallar alındıqda tərtib olunur. 1 yanvar 2020-ci il tarixdən etibarən tətbiq edilən elektron alış aktlarının vergi orqanlarına təqdim olunması nəticəsində isə artıq vergi orqanı elektron bazada malların alış aktı vasitəsilə malları satan şəxslər haqqında məlumat toplayaraq emal etmək imkanına malik olacaq.

Misal 1: “A” MMC malların alış aktı sənədi ilə bazarda F. Qasımovdan 3.000 manatlıq kənd təsərrüfatı malları alıb. Bu zaman malların alış aktı tərtib olunsa da, vergi orqanına 5 gün ərzində elektron alış aktı təqdim olunmalıdır. Vergi orqanı elektron alış sənədi ilə həyata keçirilən əməliyyatlar üzrə vergi ödəyicisi olmayan F.Qasımovun dövriyyəsi haqqında məlumat əldə etmiş olacaq.

Vergi ödəyicisi elektron alış aktı ilə yanaşı, kağız əsaslı malların alış aktını da tərtib etməlidir. Amma bir halda kağızda malların alış aktının tərtib edilməsinə ehtiyac olmaması mümkündür. Bu məsələyə Vergi Məcəlləsinin 71-2.3-cü maddəsində aydınlıq gətirilib. Həmin maddəyə əsasən, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Misal 2: “A” MMC vergi ödəyicisi olmayan M.Əliyevdən 200 manatlıq kənd təsərrüfatı məhsullarını qəbul edir. Vergi ödəyicisi olmayan şəxs tərəfindən malların təqdim edilməsi vergi ödəyicisinin ərazisində baş verdiyi üçün vergi ödəyicisi elektron alış sənədini hazırlayaraq vergi ödəyicisinə imzalatdırır. Bu proses zamanı “Malların alış aktı”nın imzalanmasına ehtiyac yoxdur.

“Malların alış aktı” və ya elektron alış sənədi sırf malların alışını təsdiq edən sənəd hesab olunur. Vergi ödəyicisi malları vergi ödəyicisi olmayan şəxslərdən nağd şəkildə əldə etdikdə kassa məxaric orderi yazıb, qarşı tərəfin şəxsiyyət vəsiqəsinin surətini ona əlavə etməlidir.

Onu da deyək ki, Vergilər Nazirliyi artıq elekton alış aktı formasını elektron qaimə-faktura bölməsində aktivləşdirib. Proqram təminatında “Yeni akt” adı ilə təqdim olunan bölmədə iki növ: onlayn və kağız daşıyıcında təqdim olunan akt forması qeyd olunub.

Elektron alış aktında vergi ödəyicisi olmayan qarşı tərəfin şəxsiyyət vəsiqəsində qeyd edilən FİN, adı, soyadı, atasının adı, telefon nömrəsi, alınan malın kodu, adı, miqdarı, məbləği və s. məlumatlar qeyd edilir. Bundan əlavə, elektron alış aktına “vergiyə cəlb olunan” və “vergidən azad olunan” sətirləri də əlavə edilib.

Qeyd edək ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Bu cür hesablaşmalar zamanı “vergiyə cəlb olunan” sətri seçilməlidir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Elektron alış aktı forması, Elektron alış aktı forması

Vergi ödəyicisinin ödədiyi MDSS haqları barədə arayışın verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Vergi ödəyicisinin ödədiyi məcburi dövlət sosial sığorta haqları barədə arayışın verilməsi. MDSS haqları

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 15 və 24-cü maddələri – “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun – Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, Naxçıvan MR VN- nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin bəyannamələrin yoxlanılması və uçotun MGD-nin Könüllü vergi əməletməsinin təhlili və daxilolmaların uçotu idarəsi idarəsi, BŞLGDnin, BŞKSİD-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarələri, ƏVD-nin və ƏVİ-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbələri RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

– Vergi ödəyicisinin ödədiyi məcburi dövlət sosial sığorta haqları barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
 MDSS haqları