» » » İdxal olunmuş kənd təsərrüfatı məhsullarının bazarlarda səyyar satışı necə rəsmiləşdirilir?

İdxal olunmuş kənd təsərrüfatı məhsullarının bazarlarda səyyar satışı necə rəsmiləşdirilir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

kənd təsərrüfatı səyyar satışSual: Bilmək istəyirdim ki. Vergi Məcələsinin 16.1.8.2-ci maddəsi idxal olunmuş kənd təsərrüfatı məhsulların bazarlarda səyyar satışına şamil edilirmi? səyyar satış

Cavab: Bildiririk ki, kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı fəaliyyəti nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməli olmayan fəaliyyət növlərinə aid edilmiş və belə fəaliyyətlə məşğul olan vergi ödəyicisi nağd hesablaşmalarını forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ilkin uçot sənədi hesab edilən ciddi hesabat blankları ilə rəsmiləşdirməlidir.

Qeyd olunan maddədə məhsulların yerli istehsal və ya idxal olunmuş məhsul olması şərtləndirilmir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu maddələri.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
kənd təsərrüfatı səyyar satış