» » » Gəlir vergisi ödəyiciləri üçün daha bir yenilik

Gəlir vergisi ödəyiciləri üçün daha bir yenilik

posted in: Vergi, Xəbər | 0
birbank biznes

gəlir vergisi2020-ci ildən mənfəət və gəlir vergisi ödəyicilərinın hesablarında dəyişikliklər həmin şəxslərin xərclərinin dəqiq rəsmiləşdirilməsi məqsədi daşıyır.

İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərkən gəlirlərin və xərclərin uçotunun aparılması üçün Vergi Məcəlləsinin 108-ci maddəsinə dəyişiklik olunduğunu bildirib. Məcəlləyə edilən dəyişikliyə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar da aparıldıqda həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır.

Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.

Tutaq ki, gəlir vergisi ödəyicisi olan şəxs həm ticarətlə, həm də icarə fəaliyyət ilə məşğul olur. Ticarət sahibkarlıq fəaliyyətinə aid olsa da, icarə fəaliyyəti qeyri-sahibkarlıq hesab olunur. Bu səbəbdən vergi ödəyicisi qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı nəinki gəlirlərin, hətta xərclərin də uçotunu ayrıca aparacaq.

Xərcin tam olaraq hansı fəaliyyətə uyğun olmasını müəyyənləşdirmək mümkün olmadıqda, gəlirlərin xüsusi çəkisinə diqqət yetirilməlidir. Tutaq ki, gəlir vergisi ödəyicisinin 300 manatlıq xərci var. Buraya həm sahibkarlıq, həm də qeyri-sahibkarlıq fəaliyyətində istifadə olunan xərclər daxildir. Vergi ödəyicisinin illik 40.000 manat gəliri olarsa və onun 25.000 manatı sahibkarlıq fəaliyyətindən formalaşarsa, xərclər bu cür bölüşdürüləcək:

25.000/ 40.000×100=62,50%
300×62,50%=187,50 manat
300-187,50=112,50 manat

187,50 manat sahibkarlıq fəaliyyəti üzrə xərclərə aid ediləcək. Qeyri-sahibkarlıq fəaliyyəti üçün xərclərdə isə 112,50 manat nəzərə alınacaq.

Qeyd edək ki, Vergilər Nazirliyinin Bəyannamələrin və kameral vergi yoxlamalarına nəzarət Baş idarəsinin rəis müavini Elmir Ramazanov bildirib ki, gəlir vergisi bəyannaməsində bir yox, iki sütunun olması nəzərdə tutulur: “Bir sütunda sahibkarlıq, digər sütunda qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəlirlər öz əksini tapacaq. Eyni yanaşma xərclər bölməsində də tətbiq ediləcək, yəni sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti üzrə xərclər təsnifləşdiriləcək”.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gəlir vergisi ödəyiciləri