» » » Vergi Məcəlləsində olan dəyişikliklərdən sonra ƏDV üzrə öhdəliklərin mühasibat uçotunda əks etdirilməsi

Vergi Məcəlləsində olan dəyişikliklərdən sonra ƏDV üzrə öhdəliklərin mühasibat uçotunda əks etdirilməsi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV-nin hesablanmasıVergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra əlavə dəyər vergisi (ƏDV) üzrə öhdəliklərin mühasibat uçotunda əks etdirilməsində yeniliklər gözlənilir. İndiyədək sahibkarlar müştərilərin ödəmə etmədiyi hallarda və ya nə zaman ödəmə etməyindən asılı olmayaraq həmin vergiləri öz büdcələrindən ödəməli olurdular. Mühasibat və vergi üzrə ekspert Ramin Ramazanov Vergi Məcəlləsində edilən dəyişikliklərlə bu uyğunsuzluğun aradan qaldırıldığını vurğulayıb. 1 yanvar 2020-ci ildən mal və xidmətlərin təqdim edilməsi zamanı Əlavə Dəyər Vergisi üzrə öhdəlik müştəri hesabından sahibkara ödəmə daxil olduqda yaranacaq.
Son dəyişikliklərə qədər tətbiq olunan Əlavə Dəyər Vergisi üzrə vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi eyni zamanda mühasiblər üçün də mürəkkəb idi və aşağıdakı problemləri yaradırdı ki, bunlar da hamısı əlavə vaxt itkisi idi:  ƏDV-nin hesablanması

  1. Əlavə Dəyər Vergisi üzrə vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi mexanizminin çətinliyi.
    2. ƏDV-nin mühasibat uçotunda Əks etdirilməsinin mürəkkəb mexanizmi (30 gün məsələsi)
    3. Ödəmənin fərqli vaxtlarda olduğu şirkətlərdə hər ay kameral uyğunsuzluq məktubunun gəlməsi
    4. Əgər Əvvəlki ayın sonuncu günlərində verilmiş VHF üzrə ödəmələr ayin 20-si və 30-u aralığında daxil olardısa dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin verilməsi”.

Məcəlləyə edilən dəyişikliklərdən sonra Əlavə Dəyər Vergisi öhdəliyi yalnız qarşı tərəfdən hesaba pul daxil olduqdan sonra yaranacaq. Bu o deməkdir ki, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır:

– nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt;
– maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və s. kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt

Bunun muhasibat uçotunda necə nəzərə alınmasına gəldikdə ötən il qüvvədə olan Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə və 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda sayılırdı. Lakin bu müddət az olduğundan buna çox fikir verilmirdi və mal və xidmətlərin satışı zamanı əksər hallarda birbaşa ƏDV öhdəliyi yaradılırdı. Vergi Məcəlləsinə edilən son dəyişiklərə əsasən, vergi tutulan əməliyytın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.

Ödəmədən sonra yaranacaq Əlavə Dəyər Vergisi öhdəlikləri barədə məlumatın əldə edilməsini istəyən şəxslərin, xususilə köhnə hesablar planından istifadə edənlərin yeni bir hesabdan istifadə etməsini tövsiyə edirik. Bu hesabı asan başa düşülməsi üçün gələcək dövrün ƏDV öhdəliyi də adlandıra bilərik.

Misal. 10.01.2020-ci il tarixində Əlavə Dəyər Vergisi ödəyicisi 10.000 manat dəyərində xidmət təqdim edib. Alıcı isə ödənişi 01.03.2020-ci il tarixində edəcək. O zaman əməliyyatları, o cümlədən ƏDV öhdəliyini uçotda aşağıdakı kimi göstərməliyik:

Tarix Əməliyyatın adı Debet Kredit
10.01.2020 Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları 10 000
10.01.2020 Satış 10 000
10.01.2020 Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları 1800
10.01.2020 Gələcək dövrün ƏDV öhdəliyi 1800
10.03.2020 Bank hesabı 10 000
10.03.2020 Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları 10 000
10.03.2020 ƏDV depozit hesabı 1800
10.03.2020 Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları 1800
10.03.2020 Gələcək dövrün ƏDV öhdəliyi 1800
10.03.2020 Vergi öhdəlikləri (ƏDV borcu) 1800

Müəllif: Ramin Ramazanov



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV-nin hesablanması EDV ƏDV-nin hesablanması EDV