» » » Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (8-ci hissə)

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (8-ci hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibatlığın roluMühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr

8-ci hissə

Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz.

Hesabdarlığın başlanğıcını bizdən əsrlərin dərinliyi gizlədir. İbtidai insanın onun sadə təsərrüfatını təşkil edən əşyaları necə hesabladığı bizə məlum deyil. Bununla bağlı bizə heç bir abidə gəlib çatmayıb.

D.A. Xmelnitskiy

Uçotu inkişaf etmiş sisteminin ilk izlərini biz Nil, Dəclə və Fərat çayları vadilərində tapırıq.

Y.V. Sokolov

Mühasibatlıq yunanlara hələ miladdan əvvəl məlum idi.

O.O. Bauer

Hesabdarlıqla məşğul olan şəxslər arasında hesablama sənətinin nə qədər qədim olması ilə bağlı təsəvvürə malik olanlar çox azdır.

A.M. Galagan

Hələ də müəyyən adamlar vardır ki, mühasibatlığı qədimliyi  üzündən tərifləyib göylərə qaldırmağa və mühasibat ilə təbii elmlər arasında xoşagəlməz müqayisə aparmağa cəsarət edirlər.  Onlar tibb, biologiya və kimyanın hələ də fantastik xurafatlarla dolu bir vəziyyətdə olduğu dövrdə, mühasibatlığın əsas müddəalarının artıq o zaman olduqca inkişaf etmiş olması ilə qürurlanırdılar.

G.R. Gatfeld

Hesabdarlıq – qoy bizi mübaliğədə ittiham etməsinlər – bəşəriyyətin ibtidai dövrünün müasiri idi. Hətta daha da irəli gedə və söylyə bilərik ki, onsuz insan cəmiyyəti və hətta ailə belə yarana bilməzdi.

E. Leote

Uçot ən qədim dövrdə yaranmış və insanların fəaliyyətinin inkişafına uyğun və buna müvafiq olaraq inkişaf etmişdi.

İ. Seslavinskiy

Mühasibat düşüncəsinin tarixi mühasibat uçotunun inkişafı prosesinin mövcudluğu ilə deyil, mahiyyət ilə məşğul olur.

Y.V. Sokolov

İnsan ruhunun ən dərinliyindən gələn ilk ideya iqtisadi ideyadır. O, insanla birlikdə doğulur, onunla böyüyür və yalnız məzar çuxurunda onu tərk edir. İnsanın ana təbiət qarşısında qoyduğu ehtiyaclar, müqavimət göstərmək və ondan imtina etmək ehtiyacı bu əbədi ideyanın səbəb və stimuludur.

Bonalumi

Məqalənin 9-cu hissəsini buradan oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibatlığın rolu