Azərbaycanda orta aylıq əmək haqqı apreldə azalıb

posted in: Xəbər | 0

Azərbaycanda orta aylıq əmək haqqı apreldə azalıb

orta aylıq əmək haqqıBu il yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 736,2 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,7% çoxdur. Bununla belə, yanvar-mart aylarının yekununa nisbətən ölkədə maaşların orta həddi 1,1% azalıb.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 92,8 min nəfər və yaxud 5,9% artaraq 1 676,1 min nəfər olub, onlardan 926,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 749,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,9%-i təhsil, 17,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8%-i tikinti, 6,8%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bakı Dövlət Universitetinin tələbələrinə “Smart tələbə kartı” təqdim edildi

posted in: Bank, Xəbər | 0

Smart tələbə kartıBakı Dövlət Universitetinin tələbələrinə Kapital Bank-ın “Smart tələbə kart”ları təqdim edilib. Bu kartlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və BDU-nun təşəbbüsü, Kapital Bank və Mastercard-ın dəstəyi ilə həyata keçirilib. Məlumat üçün qeyd edək ki, “Smart tələbə kartı” vasitəsilə tələbələr təqaüdlərini alacaq, eyni zamanda ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirəcəklər. Kart sahibi olan tələbələr regionlarda yaşayan valideynlərinin göndərmək istədiyi maliyyə vəsaitini də məhz bu kartlara yüklənilməklə çox rahat şəkildə əldə edəcəklər.

Tələbələr smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartı-nın əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsi də nəzərdə tutulub. Həmçinin müəllimlər üçün də xüsusi kartların hazırlanması üzrə işlər davam edir və təhsil bərpa olunduqdan sonra ilk dəfə təqdimatı baş tutacaq.

Qeyd edək ki, indiyədək UNEC, Bakı Mühəndislik Universiteti və digər başqa peşə məktəblərinin tələbələrinə də smart tələbə kartları təqdim edilib. Gələcəkdə digər ali məktəblərə də analoji kartlar veriləcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi güzəştləri sığorta sisteminə müsbət təsir göstərəcək

posted in: Xəbər | 0

Vergi güzəştləri sığorta sisteminə müsbət təsir göstərəcək

sahibkarlar vergi məcəlləsiVergi Məcəlləsinə edilmiş son dəyişikliklər ictimaiyyət arasında rəğbətlə qarşılanıb. Sığorta mütəxəssisi İlkin İbrahimov bu dəyişikliklərin sığorta sisteminə müsbət təsir göstərəcəyini vurğulayıb.

Dəyişikliyə əsasən, sahibkarların bir sıra vergiləri ödəməkdən azad edilməsi, bəzi sahibkarlara tətillərin verilməsi nəticəsində bu ilin sonuna qədər onlar öz vəsaitlərinə müəyyən qədər qənaət edə və həmin məbləğləri digər sahələrə yönəldə biləcəklər.

Vergi rejiminin yumşaldılması sahibkarları digər alətlərə üz tutmağa sövq edir. Vergi məbləğlərinin azaldılması sahibkarların sığortaya marağını artıra bilər.

Əvvəllər bəzi sahibkarlar vergi yükünü və digər problemləri əsas gətirərək sığortadan yayınmağa çalışırdılar. Dəyişiklikdən sonra sahibkarlar qənaət etdikləri vəsaitləri əmlaklarının sığortasına yönəltmək barədə düşünə biləcəklər. Bununla da gələcəkdə sahibkarların üzləşdikləri risk faktorları əsaslı şəkildə azalacaq. Bu baxımdan, hesab edirəm ki, sığorta ilə bağlı ictimaiyyət arasında maarifləndirici və məlumatlandırıcı müzakirələrin aparılmasına ehtiyac var.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib olmaq üçün 5 səbəb

posted in: muhasibat, Məqalə | 0

 

Mühasib olmaqMühasib olmaq üçün 5 səbəb

Mühasib kimi karyera qurmaq bir çox insan üçün böyük məna kəsb edir. Siz öz yolunuzu seçərkən, məhz mühasibliyi seçməyiniz üçün ən yaxşı səbəblərdən bəzilərini sizə təqdim edəcəyik. Bu iş sizə təhlükəsizlik verir, digər işlərə nisbətən çox iş və az təhsil tələb edir. Müsbətdir, çünki müəssisələrin çoxunda mühasiblərə ehtiyac var. Siz rahat uzanıb öz istirahətinizi edə bilərsiniz, sizin yeni sənaye haqqında məlumatlar əldə edə bilməyiniz üçün kifayət qədər potensialınız var.

Nisbətən az təhsil
Siz mühasib olmaq üçün pulunuzun və vaxtınızın çox hissəsini sərf etməyə məcbur deyilsiniz. Mühasiblərin əksər hissəsi yalnız bakalavr dərəcəsinə malikdirlər.

Bu təhsil 4 il müddətində davam edir, lakin istisna hallarda daha da az ola bilər. Bir mühasib kimi, siz davamlı olaraq öz biliklərinizi yeniləmək üçün təhsil kursu keçməlisiniz. Ümumiyyətlə isə, bu sahədə öz karyeranızı qurmaq üçün magistr dərəcəsini almağınıza ehtiyac yoxdur. Bu, sizin nisbətən daha gənc yaşlarda iş tapmağınıza imkan verir və öz sahələrində işə başlamaq üçün daha çox öhdəliyi olan digər insanlara nisbətən daha çox məsuliyyət tələb edir.

Başlanğıc üçün yaxşı əmək haqqı

Dünya statistikasına görə əksər mühasibat işləri iş faydaları ilə yanaşı, hər il təxminən  40,000 $ əmək haqqı ilə başlayır. Bu, nisbətən aşağı təhsil səviyyəsini nəzərə almaqla, başlamaq üçün ən ideal pillədir. Əmək Statistika Bürosunun verdiyi məlumata görə, 90% mühasib ildə 40,000 $ məvacib əldə edir və bu sahədə orta əmək haqqı ildə 60,000 $ dır. Ölkəmizdə isə bu məbləğ illik 4,000 manatdan 100,000 manatadək ola bilər.

İnkişaf üçün otaq

Mühasibat sahəsində daha böyük müştərilər üçün daha çox məsuliyyətli olmaq və daha çox iş götürmək məqsədilə xüsusi inkişaf otaqları var. Xüsusilə siz böyük bir şirkətə başlanğıc səviyyədə qoşulmusunuzsa, gələcəkdə o şirkətlə daha uğurlu əməkdaşlıqlar qura biləcəyinizdən tam əmin ola bilərsiniz. Və bu inkişaf əmək haqqında da özünü biruzə verir, sizin əmək haqqınız artmağa başlayır. Dünyada təxminən 25% mühasib ildə 80,000 $ qazanır. Mühasiblərin 10%i isə hətta 6 rəqəmli əmək haqqı əldə edir.

İş təhlükəsizliyi

Mühasiblərə yüksək tələbat var və bu da öz növbəsində gələcək illərdə biznes mühasibat xidmətlərinin başlamasına və daha çox inkişaf etməsinə səbəb olacaqdır. Hətta siz işinizi itirsəniz belə, siz öz təcrübə və bacarığınızla minlərlə belə iş tapa bilərsiniz. Biznesmenlərə və fiziki şəxslərin hər zaman mühasiblərə ehtiyacları var. Buna görə də, sizin bacarıq və təcrübələriniz hər zaman gərəkli olacaqdır.

Praktiki Büdcə Bacarıqları

Yüksək maaş alan insanların bir çoxları hələ də bilmirlər ki, öz pullarını necə idarə etsinlər. Beləliklə, öz əmək haqlarını lazımsız xərclərlə tükədirlər. Lakin bir mühasib kimi siz pulu idarə  edə bilmə bacarığına sahibsiniz və öz pullarınızı xüsusi, şəxsi hesab sayəsində idarə edə bilərsiniz. Bu sizə şəxsi maliyyə məqsədlərinizə çatmaqda daha çox köməkçi olacaqdır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun