» » » Vergi güzəştləri sığorta sisteminə müsbət təsir göstərəcək

Vergi güzəştləri sığorta sisteminə müsbət təsir göstərəcək

posted in: Xəbər | 0
birbank biznes

Vergi güzəştləri sığorta sisteminə müsbət təsir göstərəcək

sahibkarlar vergi məcəlləsiVergi Məcəlləsinə edilmiş son dəyişikliklər ictimaiyyət arasında rəğbətlə qarşılanıb. Sığorta mütəxəssisi İlkin İbrahimov bu dəyişikliklərin sığorta sisteminə müsbət təsir göstərəcəyini vurğulayıb.

Dəyişikliyə əsasən, sahibkarların bir sıra vergiləri ödəməkdən azad edilməsi, bəzi sahibkarlara tətillərin verilməsi nəticəsində bu ilin sonuna qədər onlar öz vəsaitlərinə müəyyən qədər qənaət edə və həmin məbləğləri digər sahələrə yönəldə biləcəklər.

Vergi rejiminin yumşaldılması sahibkarları digər alətlərə üz tutmağa sövq edir. Vergi məbləğlərinin azaldılması sahibkarların sığortaya marağını artıra bilər.

Əvvəllər bəzi sahibkarlar vergi yükünü və digər problemləri əsas gətirərək sığortadan yayınmağa çalışırdılar. Dəyişiklikdən sonra sahibkarlar qənaət etdikləri vəsaitləri əmlaklarının sığortasına yönəltmək barədə düşünə biləcəklər. Bununla da gələcəkdə sahibkarların üzləşdikləri risk faktorları əsaslı şəkildə azalacaq. Bu baxımdan, hesab edirəm ki, sığorta ilə bağlı ictimaiyyət arasında maarifləndirici və məlumatlandırıcı müzakirələrin aparılmasına ehtiyac var.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun