Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasında dəyişiklik edilib

posted in: Xəbər | 0

karantin“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 may tarixli 1026 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 may tarixli 1026 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 may tarixli 1026 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etsinlər.

3. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş Naziri

Əli Əsədov

Bakı şəhəri, 31 may 2020-ci il

Mənbə: cabmin.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Xidmətinin proqram təminatı təkmilləşdiriləcək

posted in: Vergi, Xəbər | 0

Vergi Xidmətinin proqram təminatı təkmilləşdiriləcək

icazəİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Proqram kassa sisteminin avtomatlaşdırılmış informasiya sistemi” proqram təminatının təkmilləşdirilməsi və proqram təminatına texniki dəstəyin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalına istinadən xəbər verilir ki, tenderin qalibi “Nuqa Development” ASC-dir.

Qalib şirkətə 986 min manat ödəniləcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib köməkçisi – Ramsüd MMC

Mühasib köməkçisi, vakansiyaVakansiya: Mühasib köməkçisi tələb olunur.

İşəgötürən: Ramsüd MMC.

Şəhər: Bakı

Yaş: 22 – 35 yaş

Cins: Qadın

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: Gülnaz xanım

Telefon: 0125141612 / 0503353255

E-mail: ramsudmmc@gmail.com / info@finstaff.az

Əmək haqqı: 400 AZN

Vakansiya barədə məlumat:

-Baş mühasibin verdiyi bütün tapşırıqları yerinə yetirmək

– İşçilərin işə qəbulu (əmr, ərizə müqavilə tərtibi), e-gov.az portalından istifadə etmə bacarığı, Əmək haqqı cədvəlinin tərtibi və s. bilməli

– Bütün növ vergi, dsmf, statistika və məşğulluq hesabatının verilməsi

İş şərtləri

– İş qrafiki: 1-5 günlər, 09:00-dan 18:00-dək, 6-cı gün 10:00-dan 16:00-dək

– İş ünvanı: Keşlə qəsəbəsi Abdulla Mirzəyev 21

Mühasib köməkçisi üçün tələblər:

– Xanım namizədlər

– Orta ixtisas və ya Ali təhsil

– Office proqramlarında, əsasən EXCELL və WORD proqramlarında işləmə bacarığı olmalıdır

– CV-lər yalnız Azərbaycan dilində və şəkilli olmalıdır. CV göndərərkən başlığına mühasib köməkçisi sözünü yazmalısınız. Xahiş edirik ancaq CV ilə müraciət edəsiniz: ramsudmmc@gmail.com / info@finstaff.az

Mənbə: finstaff.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ötən il 81,7 milyard manat dəyərində əlavə dəyər istehsal olunub

posted in: Xəbər | 0

Ötən il 81,7 milyard manat dəyərində əlavə dəyər istehsal olunub

elektron kabinet vergi, əlavə dəyər2019-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) faktiki göstəricisi həm real, həm də nominal ifadədə proqnozlardan az olub. Bu barədə qurumun “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

Bununla belə, Rəyə əsasən, ÜDM-in real artımı nominal artımını üstələyib, neft ÜDM-də bu fərq əhəmiyyətli olub.

Ötən il ölkədə 81,7 milyard manat dəyərində əlavə dəyər istehsal olunub, məhsul və xidmətlərin real ifadədə dəyəri əvvəlki illə müqayisədə 0,7 faiz bəndi sürəti – 2,2% artıb.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun