icaze.e-gov.az portalında qüvvədə olan icazələrin sayı məlum olub

posted in: Xəbər | 0

icaze.e-gov.azicaze.e-gov.az portalında 242 minə yaxın icazə qüvvədə olub.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib.

Belə ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək məhdudiyyətlərin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilib.

Əməkdaşlar üçün icazənin alınması ilə bağlı 15 200 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 241 689 icazə qüvvədə olub.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu müəssisələr lisenziyaya görə rüsumdan azad edilir

posted in: Xəbər | 0

Dövlət ali təhsil müəssisələri lisenziyaya görə rüsumdan azad edilir

orta aylıq əmək haqqıAzərbaycanda dövlət peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə dövlət rüsumunun tutulmaması təklif edilir.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanun 22.0.5.3, 22.0.5.4 və 22.0.5.5-ci bəndlərinə dəyişiklik olunur.

Dəyişiklliklə, dövlət peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə dövlət rüsumu tutulmayacaq.

Qeyd edək ki, hazırda peşə təhsili müəssisələrinə lisenziyaların verilməsinə görə 2 min manat, orta ixtisas təhsili müəssisələrinə lisenziyaların verilməsinə görə 2 min manat, ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə 13 750 manat dövlət rüsumu tutulur. Qanunvericiliyə dəyişiklik yalnız dövlət təhsil müəssisələrinə aiddir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Standard & Poor’s agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

posted in: Bank, Xəbər | 0

Kapital Bank-ın reytinqiStandard & Poor’s Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini “stabil” proqnozda müəyyənləşdirərək, “BB-/B” səviyyəsində təsdiqləyib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Agentliyin fikrincə, Kapital Bank növbəti il ərzində kifayət qədər likvidlik ehtiyatları, adekvat kapitallaşma səviyyəsi və stabil depozit portfeli sayəsində COVID-19 pandemiyası və neft qiymətinin düşməsi səbəbidnəd dünyada yaşanan iqtisadi tənəzzül şəraitinə bənzər yerli və xarici banklara nisbətən daha effektiv müqavimət göstərə biləcək. Həmçinin, Kapital Bank-ın risk və kapital mövqeyinin daha güclü olduğu söylənilir.

Hesabatda qeyd olunur ki, 2020-2021-ci illər üçün Kapital Bank-ın kredit və depozit portfelində 10% -15% səviyyəsində illik artım gözlənilir ki, bu da proqnozlardan təxminən 5%-10% yüksəkdir. Qlobal iqtisadi artımın ləngiməsi dövründə Bank diqqətini rəqəmsallaşma və müştəri xidmətinin yaxşılaşdırılması sahəsinə yönəldəcəyi də vurğulanıb.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Uçot siyasətinin formalaşdırılması

posted in: Xəbər | 0

uçot siyasətiUçot siyasəti barədə


Uçot siyasətini təşkilati-hüquqi formalarından asılı olmayaraq bütün müəssisələr formalaşdırır. Amma bunu qanunvericiliyə, öz təşəbbüsü ilə mühasibat hesablarını tam və ya qismən dərc edənlər açıqlayırlar.

Təşkilatın mühasibat uçotu siyasətinin müəyyən istiqamətdə idarə edilməsi və mühasibat uçotunun təşkili, qanunvericilik və mühasibat uçotu üzrə normativ aktlar tərəfindən yol verilən bir neçə üsuldan birinin seçilməsindən ibarətdir.

Əgər, konkret bir məsələ üzrə tənzimləyici sənədlərdə konkret mühasibat uçotunun aparılması üsulları müəyyən edilməyibsə, onda uçot siyasətinin formalaşması zamanı təşkilat mühasibat uçotu üzrə hazırki müddəalardan irəli gələn müvafiq üsula uyğun hazırlayır.

Uçot siyasəti baş mühasib (mühasib) tərəfindən formalaşdırılır və təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunur. Təşkilat tərəfindən qəbul olunan uçot siyasəti müvafiq təşkilati və inzibati sənəd ilə (əmr, sərəncam və digər) rəsmiləşdirilir. Əmrlə təsdiq olunmuş ildən sonrakı ilin yanvar ayının 1-dən tətbiq olunur. Bu zaman həmin uçot siyasəti bütün filiallar, nümayəndəliklər və harada yerləşməsindən asılı olmayaraq, təşkilatın digər bölmələri (o cümlədən ayrı balansda yerləşənlər də daxil olmaqla) tərəfindən tətbiq olunur.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun