DSMF-nin strukturunda dəyişiklik edilib

posted in: Xəbər | 0

DSMF-nin strukturunda dəyişiklik edilib

DSMF-nin əməkdaşı rüşvətPensiyaçılara xidmətin keyfiyyətinin artırılması və idarəçiliyin təkmilləşdirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.

Nazirlikdən verilən məlumata görə, dəyişikliklə bağlı Nəsimi, Nizami və Suraxanı rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-in həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilib.

Bununla əlaqədar həmin şəxslərə pensiyalarının da iyun ayından etibarən hər ayın 14-16-sı aralığında ödənilməsi təmin olunacaq.

Eyni zamanda, Nəsimi, Nizami və Suraxanı rayonları üzrə qeyd edilən pensiyaçılar (güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslər), habelə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunacaq şəxslər əlavə sualları olduğu təqdirdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə aşağıdakı telefonlardan hər hansı biri vasitəsilə müraciət edə bilərlər: (012) 563-55-46; (012) 563-55-47.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat kurslarını bitirən məşhur müğənni

posted in: Məqalə, Xəbər | 0

Mühasibat kurslarını bitirən məşhur müğənni

Mühasibat55 yaşlı Eros Ramazotti!

Onu dünyada  ən populyar italyan artisti adlandırırlar. Şer və Tina Turner, Co Koker və Andrea Bocelli onunla duet oxumağı özlərinə şərəf bilirlər. Onun özünə aid səsyazma studiyası və banklarda on milyonlarla avro varidatı var. Ümumilikdə götürdükdə, o, gözəl-kişidir və əla oxuyur. Yəqin söhbətin kimdən getdiyini başa düşdünüz, bu xoşbəxtin adı Eros Ramazottidir!

Lakin, buna baxmayaraq, onu taleyin şıltaq etdiyi adam da hesab etmək olmaz. O, 55 il əvvəl, Romanın şəhərətrafı sayılan Cinecitta şəhərciyində işsizlər ailəsində doğulub. Ötən əsrin 60-cı illərinin əvvəlində İtaliyada iqtisadi böhran yaşanırdı. Anası və atası yalnız müavinət hesabına yaşayırdı. Hətta dərdin böyüklüyündən kommunist partiyasına belə üzv olmuşdular. Yeri gəlmişkən, Eros siyasətlə heç maraqlanmırdı. Həyatda ən çox futbol və musiqini sevirdi. Lakin, bu məsələdə də onu uğursuzluqlar gözləyirdi. Onu Latsio futbol komandasının gənclərdən ibarət komandasına götürməmişdilər, sonra isə konservatoriyaya da qəbul etməmişdilər. Bu səbəbdən mühasibat kurslarına yazılmalı oldu, lakin, bu məşğuliyyət də gələcək ulduzun yaradıcı təbiətindən əziyyət çəkirdi.

Küçə (onun böyüyüb başa çatdığı) ona çətinliklərdən və taleyin zərbələrindən qorxmamağı öyrətmişdi. Nəhayət, San-Remoda məşhur festivalın təşkilatçılarının diqqətini cəlb edənə kimi o, gənc ifaçıların çoxsaylı müsabiqələrində inadla iştirak edirdi. Dünya məhz, orada Eros Ramazottinin kim olduğunu öyrəndi.

O, artıq çoxdan kasıblığın nə olduğunu unudub və özünə istənilən kaprizləri layiq görə bilir. Moskva konsertləri zamanı müğənni təkilatçıları çox təəccübləndirmişdi: lüks otel otağında pəncərələrdəki bütün pərdələrin tam şəkildə örtülməsini, gecə-gündüz otaqda müəyyən elektrik gücündə bra lmpalarının yandırılmasını tapşırmışdı. 7 yastıq olmalı idi: ikisi kiçik, ikisi orta və üçü böyük ölçüdə. Otel nömrəsindəki mineral suyun temperaturu isə 36,1 dərəcə olmalı idi. İndi o, hər şeyi haqq edir! Axı, o – Eros Ramazottidir!


Teleqram qrupumuza üzv olun



Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlığın inkişafı üçün güzəştli kredit götürmə qaydaları (sahibkarlığa dövlət dəstəyi)

posted in: Xəbər | 0

Sahibkarlığın inkişafı üçün güzəştli kredit götürmə qaydaları

Sahibkarlığın inkişafı güzəştli kreditKonstitusiyanın 59-cu maddəsinin 1-ci hissəsinə görə hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Göründüyü kimi Azərbaycan Respublikasında vətəndaşların azad sahibkarlıq hüququ Konstitusiya ilə birbaşa tənzimlənmişdir.

Bu yazımızda Azərbaycan Respublikası Prezidentinin 04.06.2020-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi” Qaydasından (https://president.az/articles/39024) irəli gələn başlıca məsələləri izah etməyə çalışacağıq.

Əvvəla qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (edf.gov.az) tərəfindən güzəştli kreditlər sahibkarların ölkədə prioritet təşkil edən istiqamətlər üzrə (Azərbaycan Respublikası Prezidentinin aktları ilə, eləcə də Fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet sahələr, xüsusilə qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə) həyata keçirəcəyi investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə verilir.

Bu növ güzəştli kreditlər üzrə əsas məqamlar aşağıdakı kimidir:

– kredit Fondun müvəkkil kredit təşkilatları (siyahı üçün adres http://edf.gov.az/az/content/31) tərəfindən öz vəsaitləri və öz riskləri hesabına tam və ya mərhələli şəkildə verilir. Sahibkar kredit almaq üçün həmin təşkilatlara müraciət etməlidir.

– Kredit təşkilatları sahibkara müraciətin qeydiyyata alınması barədə sənəd verir və müəyyən edilmiş meyarlar üzrə (biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarları əsasında) investisiya layihəsini təhlil etdikdən sonra maliyyələşdirmənin edilib-edilməməsi barədə qərarını bildirir.

– Müsbət qərar verilmiş layihələr Fonda göndərilir ki, bu layihələr üzrə Fond əlavə sənəd və məlumatlar tələb edə bilər. 10 iş günü müddətində layihələrin ekspertizası aparıldıqdan sonra Fond maliyyələşdirmə barədə öz qərarını kredit təşkilatına bildirir.

– Fonddan da müsbət qərar almış sahibkara vəsaitin verilməsi üçün Fond maliyyələşməni 3 iş günü müddətində kredit təşkilatına edir. Təşkilat isə 5 iş günü müddətində sahibkara vəsaiti köçürür.

– Kreditlər kiçik (5 min – 50 min manat – 3 ilədək), orta (50 min-1 milyon manat – 5 ilədək) və böyükhəcmli (1 milyon-10 milyon manat- 10 ilədək) olaraq verilir.

– Kreditin illik faiz dərəcəsi Fond üzrə 1%, kredit təşkilatı üzrə 4%, ümumilikdə 5%-dək müəyyən edilir.

– Yalnız faizlərin ödəniləcəyi güzəşt müddəti investisiya layihəsi üzrə nağd pulun hərəkəti əsasında məlumata uyğun olaraq müəyyən edilir və kreditdən istifadə müddətinin yarısını əhatə edir. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı Fond tərəfindən müəyyən edilmiş sahələr üzrə isə güzəşt müddəti kreditdən istifadə müddətinin yarısını təşkil edir.

– Sahibkarlar güzəşt müddətində faizi, sonra isə aylar üzrə bərabər hissələrə bölünmüş əsas borcu ödəyir.

– Kredit təşkilatları ildə 2 dəfə investisiya layihəsi üzrə kreditdən istifadənin monitorinqini apara bilər. Əgər kreditin təyinata uyğun olmayan istifadəsi müəyyən edilərsə, kredit təşkilatı kreditin təyinatı üzrə istifadə edilməyən hissəsini və faiz borcunun ödənilməsini vaxtından əvvəl tələb etməlidir.

Onu da qeyd edək ki, sahibkarlar avadanlığı yeniləmək və ya yenisinin alınması üçün (avadanlığın girov qoyulması yolu ilə) də güzəştli kredit ala bilər. Bu növ kredit üzrə şərtlər isə fərqlidir. Həmin şərtləri təqdim edirik:

– Kredit 5000 – 3 milyon manat aralığında olur və 5 ilədək verilir.

– Kreditin illik faiz fərəcəsi 9%-dən (2% Fond, 7% kredit təşkilatı), güzəşt müddəti isə 12 aydan çox olmamalıdır.

– Təminat kimi qoyulan avadanlıqlar kredit təşkilatının xeyrinə yüklü edilir və kredit yalnız yeni avadanlıq alınması üçün verilir.

– Sahibkar avadanlığın satış dəyərinin 20%-i (yerli istehsal avadanlıq üzrə 10%) məbləğində kredit təşkilatına ilkin ödəniş edir. Ümumi məbləğ avadanlığın satıcısının bank hesabına tam və ya hissə-hissə (satış müqaviləsi şərtlərinə uyğun) ödənilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiyanın təsirinə məruz qalan şirkətlərə vergi borcu tətili verilib

posted in: Xəbər | 0

Pandemiyanın təsirinə məruz qalan şirkətlərə vergi borcu tətili verilib

sahibkarlar vergi məcəlləsiCOVID-19 pandemiyasının yayılması ilə bağlı müvəqqəti təcrid tədbirlərinin təsirinə məruz qalan sahibkarlara dəstək məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə zərər çəkmiş vergi ödəyicilərinə müxtəlif güzəştlər, azadolmalar və tətillər verilib. Bunlarla bağlı maraq doğuran məsələləri sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinin 224.7-vi maddəsinə əsasən, bu Məcəllənin 225.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə vergilərin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə bu Məcəllənin 59.1-ci maddəsi ilə müəyyən edilmiş faizlərin hesablanması 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək dayandırılıb. Dayandırılmış müddət Məcəllənin 59.2-ci maddəsində faizlərin hesablanması üçün müəyyən edilmiş 1 illik müddətə daxil edilmir.

Misal 1: Tutaq ki, “AA” MMC pandemiyadan zərər çəkmiş vergi ödəyicisidir. Şəxsi vərəqəsində 31 mart 2020-ci il tarixinə vergi borcu 40.000, faizlər üzrə borcu isə 3.000 manat olub. Bu halda, həmin şirkət üçün faiz hesabalamaları necə olacaq?

Məcəlləyə dəyişikliyə əsasən, 1 aprel 2020-ci ildə 40.000 manat borca görə faizlərin hesablanması dayandırılacaq. 3.000 manat faiz borcu kimi şəxsi vərəqədə qalacaq. Əgər MMC yaranmış borcdan heç bir məbləği ödəməzsə, 1 yanvar 2021-ci il tarixindən başlayaraq yenidən 40.000 manata görə faiz hesablanacaq və faiz borcu artacaq.

Bu halda, daha bir sual meydana çıxır: vergi orqanları “AA” MMC-nin bu borcu ilə bağlı başqa addımlar atacaqmı?

“AA” MMC-nin pandemiyadan zərər çəkmiş vergi ödəyicisi olmasına baxmayaraq, vergi orqanları yaranmış 40.000 manat vergi və 3.000 manat faiz borcunun ödənilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulan bütün addımları atacaq. Çünki hesabatların təqdim edilməsi, cari vergilərin ödənilməsi ilə bağlı tətillər verilib. Amma pandemiya başlayana qədər yaranmış borcların ödənilməsi ilə bağlı heç bir tətil və güzəşt yoxdur.

Məcəllənin 59.2.-ci maddəsinə görə faizlər ancaq bir il müddətinə hesablanmalıdır. Son dəyişikliyə görə 2020-ci il aprelin 1-dən dekabrın 31-dək 9 ay üçün faiz hesablanmır. 1 yanvar 2021-ci ildən əvvəlki dövr də nəzərə alınmaqla faizlərin hesablanması davam edəcək. Məsələn, əvvəldən 10 ay üçün faiz hesablanmışdırsa, sonrakı 9 ay (aprel 2020- dekabr 2020 dövü) üçün hesablanmır.

Misal 2: Tutaq ki, “AA” MMC fəaliyyətinin davamı kimi 01 sentyabr 2020-ci il tarixinə qədər – 31 avqust 2020-ci ildə 2019-cu ilin mənfəət vergisi bəyannaməsini təqdim edib və bəyannaməyə görə onun borcu 30.000 manat təşkil edib. Şirkət faktiki olaraq göstərilən məbləği ödəməyib. Bu halda faizlər hesablanılırmı və şirkət hansı addımları atmalıdır?

İlk baxışda belə başa düşülə bilər ki, faizlərin hesablanmasının dayandırılması ancaq 1 aprel 2020-ci il tarixinə kimi olan vergi borclarına aiddir. Əslində isə belə deyil. Bunun üçün Vergi Məcəlləsinin 224.7-ci maddəsində olan ifadəyə diqqət yetirmək lazımdır: “…..vergilərin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə…” Məcəllə ilə müəyyən edilmiş müddət dedikdə Məcəllənin bütün fəsillərində vergilərin ödənilməsi ilə bağlı müddətlər nəzərdə tutulur. Bu müddətlərdən biri də 18-ci fəsildə koronavirus pandemiyası ilə bağlı verilən müddəalarda göstərilib.

Bu fəslin 223-cü maddəsində hesabatların və ödəmələrin müddəti 1 sentyabr 2020-ci ilə kimi müəyyənləşdirilib. Odur ki, əgər “AA” MMC 1 sentyabr 2020-ci ilə qədər yaranmış əlavə 30.000 manat mənfəət vergisini ödəməzsə, ona 2020-ci ilin sonuna qədər faizlər hesablanmayacaq.

Amma 2021-ci il yanvarın 1-dən başlayaraq həm əvvəlki 40.000 manata, həm də yeni yaranan 30.000 manata görə faizlər hesablanacaq.

Yaxşı olardı ki, vergi ödəyiciləri yaranmış və yaranacaq vergi borclarını vaxtında ödəsinlər ki, sonradan əlavə məsuliyyət tədbirləri yaranmasın.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun