Yeni vergi rejimində sahibkarlar iqtisadi artımda daha fəal iştirak etmək imkanı qazanacaqlar

posted in: Xəbər | 0

sahibkarlar vergi məcəlləsiMillət vəkili Vüqar Bayramov Vergi Məcəlləsi-nə edilmiş dəyişikliklərlə bağlı açıqlamasında vergi güzəştlərinin tətbiqinin iqtisadiyyatın inkişafı baxımından çox vacib olduğunu vurğulayıb.

Əslində, bu, müvəqqəti tədbir kimi deyil, dövlətin sahibkarlara postpandemiya dövründə dəstəyi kimi xarakterizə olunmalıdır. Dövlət sahibkarlara yalnız güzəştli kreditlər və digər yardımlarla deyil, eləcə də təşviq paketi olaraq vergi dərəcələrinin endirilməsi ilə dəstək olur. Bu da, onların xərclərinin azaldılması və investisiya imkanlarının genişləndirilməsi baxımından vacibdir. Yeni vergi rejimində sahibkarlar daha az vergi ödəməklə xərclərinə qənaət edə biləcəklər.

Vergi Məcəlləsi-nə edilən son dəyişikliklər postpandemiya dövründə iqtisadi aktivliyin daha tez bərpa edilməsi və ümumi daxili məhsuldakı (ÜDM) pozitiv trendin qorunub saxlanması üçün əhəmiyyətlidir. 2020-ci ilin ilk 4 ayının yekunlarına əsasən, Azərbaycan ÜDM-dəki artım tempini qoruyub saxlaya bilib: ÜDM-də 0,2 faiz, qeyri-neft sektorunda 16 faiz artım qeydə alınıb. Beləliklə, Azərbaycan pandemiya dövründə iqtisadi artımı qoruyub saxlayan az sayda ölkələrdən biridir. Ona görə də güzəştlərin tətbiq edilməsi həm də postpandemiya dövrü üçün strateji yanaşmanı nümayiş etdirir.
Bir müddət öncə təsdiq edilən iqtisadi dəstək paketi sahibkarlara uzunmüddətli dövr üçün dəstəyi nəzərdə tutur. Bunlar onu deməyə əsas verir ki, sahibkarlar postpandemiya dövründə daha böyük dövlət dəstəyindən istifadə etməklə öz fəaliyyətlərini genişləndirmək və bununla da iqtisadi artımda daha fəal iştirak etmək imkanı qazanacaqlar.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ünvanlı sosial yardımın şərtləri yumşaldılır, əhatəsi genişlənir

posted in: Xəbər | 0

Ünvanlı sosial yardımÜnvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qəbul edilən yeni qanun layihəsi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sosial yardım proqramının şərtlərinin yumşaldılmasına və proqramın əhatə dairəsinin genişlənməsinə xidmət edir. Sənəddə Qanunun 5 maddəsinə 11 dəyişikliyin edilməsi və 10-cu maddənin yeni redaksiyada verilməsi əksini tapır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzərdə tutulan yeniliklərdən biri budur ki, ailə tərkibində baş vermiş dəyişiklik və bu dəyişikliyə görə məlumat verilməməsi sosial yardım təyinatından imtinaya və ya ailəyə təyin edilmiş yardımın ödənişinin dayandırılmasına səbəb olmayacaq. Yəni ailə tərkibində deyil, ailənin yalnız gəlirlərində baş verən dəyişiklik nəzərə alınacaq. Ailənin gəlirlərində baş verən dəyişiklik barədə məlumat verilməsi üçün müddət də uzadılır, ailə bu barədə artıq 5 iş günündən 15 iş gününə qədər məlumat verə biləcək.

Həmçinin sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da layihədə yer alıb.

Eyni zamanda, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər layihəsi də artıq hazırlanıb.

Bu Qaydalarda da ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması nəzərdə tutulub. Hazırda ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumuna nisbəti 10 faizdən çox olduqda sosial yardım təyinatından imtina edilir.

Bu istiqamətdə də dəyişiklik kimi, həmin nisbət 10 faizdən 15 faizə çatdırılır.

Daha bir yenilik kimi, ünvanlı sosial yardım üçün müraciət edərkən tələb olunan məlumatların sayı da əhəmiyyətli dərəcədə azaldılacaq. Yəni elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların vətəndaşlar tərəfindən ərizə-bəyannamədə bəyan edilməsi tələbi aradan qalxacaq. (Məsələn, ailəni təmsil edən şəxsin sosial yardım üçün müraciət edərkən onun özünün və ailə üzvlərinin pensiya, müavinət, təqaüd və s. ilə təmin edilib-edilmədiyinə dair məlumatları daxil etməsinə ehtiyac qalmayacaq).

Beləliklə, həm ünvanlı sosial yardımın aztəminatlı ailələr üçün əlçatanlığı asanlaşacaq, həm də ünvanlı sosial yardım təyin olunmuş ailələrin özünüməşğulluq proqramı vasitəsilə kiçik biznesə çıxışına və gəlir imkanlarını artırmağa şərait yaradılacaq.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlıq sahəsində yeni sosial sığorta haqları (qanunvericiliyə edilmiş dəyişikliklər üzrə məlumat)

posted in: Xəbər | 0

Bu yazımızda Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Sosial Sığorta haqqında” Qanuna edilmiş dəyişikliklər üzrə sahibkarlara tətbiq ediləcək məcburi dövlət sosial sığorta haqqı ödənişləri, həmçinin güzəştlər barədə məlumat verməyə çalışacağıq.

Müvafiq dəyişikliklər aşağıdakı kimidir:

1) 01.04.20-01.01.21-ci ilədək tikinti və ticarət sahələrində çalışan sahibkarlar minimum aylıq əmək haqqının (250 AZN) 25%-i = 62.5 manat, digər sahələrdə çalışanlar 15%-i = 37.5 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcək. Qeyd edək ki, Sumqayıt və Gəncə şəhərlərində bu məbləğin 90%-i (56.25 manat və 33.75 manat), digər şəhərlərdə 80%i (50 manat və 30 manat), qəsəbələrdə 60%-i (37.5 manat və 22.5 manat), kənd yerlərində 50%i (31.25 manat və 18.75 manat) miqdarında sosial sığorta haqqı ödəniləcək. 2021-ci ildən isə 5 il müddətinə bu məbləğ regionlar üzrə faiz nisbəti dəyişmədən qalmaqla, tikinti sektoru üçün minimum aylıq əmək haqqının 50%-i = 125 manat, digər sektorlar üzrə 25%-i = 62.5 manat həcmində tutulacaq.

2) Muzdlu işçi cəlb etmədən fərdi qaydada sahibkarlıqla məşğul olan şəxslər üçün yeni sığorta haqları müəyyən ediləcək

– şənliklərdə aparıcı, çalğıçı, rəqqas, aşıq, məzhəkəçilik edənlər minimum aylıq əmək haqqının 5%-i = 12.5 manat

– fərdi foto, audio-video xidməti üzrə fəaliyyət 5% = 12.5 manat

– çəkməçi, pinəçi, saat, məişət avadanlığı təmirçisi, ev və mənzillərdə işləyən qulluqçu, bağban, aşpaz, gözətçi, dayə, fərdi bərbər, dərzi, fərdi sürücü, iaşə müəssisəsində ofisiant, nəqqaşlıq emalatxanasının fəaliyyəti 3% = 7.5 manat

– kənd təsərrüfatına yararlı torpağa görə 5 hektar üçün 2% = 5 manat, 5-10 hektar üçün 6% = 15 manat, 10+ hektar üçün 10% = 25 manat

Torpağı olanlardan başqa digər ödəyicilər üçün bu əmsal Bakı şəhərində 2yə, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində isə 1.5ə vurulacaq. Bu dəyişiklik 2026-cı ilədək qüvvədə olacaq.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib.

Müraciətdə deyilir ki, qurumun Sabunçu, Qaradağ, Binə, Sədərək, Binəqədi, Nərimanov 1 və 2, Lənkəran, Sumqayıt, Sumqayıt (inzibati bina), Gəncə, Yeni Gəncə xidmət mərkəzlərinin fəaliyyəti bu gün saat 14:00-dan iyunun 8-i saat 09:00-a qədər dayandırılır.

Xidmət mərkəzlərində bu gün saat 14:00-dan 18:00-a qədər yazılmış növbələr etibarsız hesab olunur. Növbəyə yazılmış şəxslərdən növbəti iş günləri üzrə növbəyə yazılmaları xahiş olunur.

Onlayn növbə tutmağa və yaxud öncədən tutulmuş növbəni ləğv etmək üçün aşağıdakı klinklərdən istifadə etmək lazımdır:

Onlayn növbəyə yazılmaq: https://www.e-taxes.gov.az/ebyn/novbe/

Online növbənin ləğvi: https://e-taxes.gov.az/ebyn/novbe/ordercancel.html

Elektron xidmətlər üzrə istifadəçi təlimatı: https://www.e-taxes.gov.az/help/telimat/diger_teli…

Onlayn növbəyə yazılmış şəxslər xidmət mərkəzinə yaxınlaşdıqda özləri ilə şəxsiyyət vəsiqələrini (Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya qaçqın vəsiqəsini) və ya Fiziki şəxsin uçotu haqqında şəhadətnaməni (Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə və s.), müraciət edən şəxs elektron xidmətin istifadəçisinin səlahiyyətli nümayəndəsi olduqda müvafiq qaydada təsdiq olunmuş etibarnaməni və onlayn növbəyə yazılma ilə bağlı elektron poçt ünvanına göndərilmiş bildirişi mərkəzin məsul şəxsinə təqdim etməlidirlər.

Tibbi maskasız xidmət mərkəzinə müraciət edənlərin qəbulu həyata keçirilmir.

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etmələri xahiş olunur.

Xatırladaq ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin qərarı ilə iyunun 5-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-a qədər qısaldılmış iş rejimi müəyyən edilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun