Dünyanın ən bahalı şirkətləri tarixi rekord müəyyənləşdiriblər
Apple və Microsoft tarixdə kapitallaşması 1,5 trilyon dolları ötüb keçən ilk şirkətlər oldular. Tarixi rekord, iyunun 10-da NASDAQ birjasında ticarət zamanı müəyyən edilib.
NASDAQ, S&P 500 və Dow Jones birjalarında əsas indekslərin enməsinə baxmayaraq, Amerikanın texnoloji nəhəngləri dünyanın ən bahalı şirkətləri statusunu qoruyub saxlayırlar. Belə ki, son zamanlarda Amazon şirkətinin qiyməti 1,3 trilyon dollara kimi, Google şirkətinə məxsus Alphabet-in qiyməti isə bir trilyon dollara qədər yüksəlib.
Barron’s qeyd edir ki, bu artım, koronavirus epidemiyası və ABŞ-da kütləvi etirazlar fonunda investorların səhmlərin etibarlılığına əminlikləri ilə bağlıdır. Eyni zamanda, onların hər biri öz işlərinin əsas xüsusiyyətlərinə görə bu qədər qazanc əldə edə biliblər.
Microsoft şirkətinin əməkdaşların məsafədən işləməyə keçmələrindən ötrü tələb olunan texnologiyalara malik olması, ona yüksək qazanc gətirən əsas amillərdən biri olub. Amazon şirkəti ənənəvi mağazaların bağlanması və elektron ticarətin genişlənməsi hesabına əlavə gəlirlər əldə edib. Alphabet isə reklamlardan yaxşı qazana bilib. Apple şirkətinə gəldikdə, bu texnologiya nəhənginin qiymətinin yüksəlişi yeni, 5G statuslu iPhone smartfonunun istehsalı ilə əlaqələndirilir.
Bununla yanaşı, maliyyəçilər koronavirus epidemiyası, iqtisadiyyatda və cəmiyyətdəki problemlər fonunda ABŞ bazarlarının bu cür böyüməsindən şübhələnirlər. Onlar portfellərə yenidən baxmağı məsləhət görürlər. Çünki bu 2000-ci ildə baş verən maliyyə qovuqcuqlarının partlaması vəziyyətinə bənzəyir.

Başladığından bu yana heç də pozitiv hallarla qarşılaşmasaq da növbəti dövrün faydalı olacağına ümid etdiyimiz 2020-ci il ölkə başçısının sərəncamı ilə gənclərə diqqətin artırılması üçün könüllü ili olaraq müəyyən edildi.
ABŞ iqtisadiyyatında nəhəng yüksəliş olacağı proqnozlaşdırılıb
Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində keçirilən əməliyyat zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Gəncə şəhər Kəpəz rayon Dövlət Sosial Müdafiə şöbəsinin daha 3 əməkdaşının saxlanıldığı bildirilir.