» » » ABŞ iqtisadiyyatında nəhəng yüksəliş olacağı proqnozlaşdırılıb

ABŞ iqtisadiyyatında nəhəng yüksəliş olacağı proqnozlaşdırılıb

posted in: Xəbər | 0
birbank biznes

ABŞ iqtisadiyyatında nəhəng yüksəliş olacağı proqnozlaşdırılıb

Ağ Evin Milli iqtisadi şurasının rəhbəri Lourens Kadlou 2020-ci ilin ikinci yarısında ABŞ iqtisadiyyatında böyük artım olacağını proqnozlaşdırıb. Bu fikirləri o, cümə axşamı Fox Business telekanalına verdiyi müsahibədə bölüşüb. Bu haqda TASS agentliyi məlumat verib.

Onun sözlərinə görə, cari ilin üçüncü və dördüncü rüblərində ABŞ iqtisadiyyatı 20 faiz yüksəliş göstərəcək. “Bu gün səhər bazarlardakı vəziyyəti nəzərə alaraq, artım tendensiyası müşahidə olunur”, – o belə söyləyib. Beləliklə, o, ABŞ federal ehtiyat sisteminin (FES) sədri Cerom Pauelin ABŞ iqtisadiyyatının “gələcəklə bağlı böyük qeyri-müəyyənliyi”  barədə söylədiyi sözləri şərh edib.

Bundan əlavə, o, 2021-ci ildə ABŞ iqtisadiyyatının artımının 4 faizdən az olmayacağını gözləyir.

Bundan bir qədər əvvəl məlum olmuşdu ki, ABŞ-ın dövlət borcu 26 trilyon dollara çatıb və mütləq rekord vurub. Həmin borc bir ay ərzində trilyon dollar artıb. Maliyyə Nazirliyi bildirir ki, kəskin artım koronavirus pandemiyası və vergi ödənişlərinin təxirə salınması ilə mübarizə üçün ayrılan büdcə xərcləri ilə bağlıdır. Donald Tramp Ağ evə rəhbərlik etdiyi dönəmdə dövlət borcu altı trilyon artıb. Beynəlxalq valyuta fondunun (BVF) dəyərləndirməsinə görə, 2020-ci ildə dövlət borcu ÜDM-nə 131,1 faizinə qədər yüksələ bilər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun