» » » Dünyanın ən bahalı şirkətləri tarixi rekord müəyyənləşdiriblər

Dünyanın ən bahalı şirkətləri tarixi rekord müəyyənləşdiriblər

posted in: Xəbər | 0
birbank biznes

tarixi rekordApple və Microsoft tarixdə kapitallaşması 1,5 trilyon dolları ötüb keçən ilk şirkətlər oldular. Tarixi rekord, iyunun 10-da NASDAQ birjasında ticarət zamanı müəyyən edilib.

NASDAQ, S&P 500 və Dow Jones birjalarında əsas indekslərin enməsinə baxmayaraq, Amerikanın texnoloji nəhəngləri dünyanın ən bahalı şirkətləri statusunu qoruyub saxlayırlar. Belə ki, son zamanlarda Amazon şirkətinin qiyməti 1,3 trilyon dollara kimi, Google şirkətinə məxsus Alphabet-in qiyməti isə bir trilyon dollara qədər yüksəlib.

Barron’s qeyd edir ki, bu artım, koronavirus epidemiyası və ABŞ-da kütləvi etirazlar fonunda investorların səhmlərin etibarlılığına əminlikləri ilə bağlıdır. Eyni zamanda, onların hər biri öz işlərinin əsas xüsusiyyətlərinə görə bu qədər qazanc əldə edə biliblər.

Microsoft şirkətinin əməkdaşların məsafədən işləməyə keçmələrindən ötrü tələb olunan texnologiyalara malik olması, ona yüksək qazanc gətirən əsas amillərdən biri olub. Amazon şirkəti ənənəvi mağazaların bağlanması və elektron ticarətin genişlənməsi hesabına əlavə gəlirlər əldə edib. Alphabet isə reklamlardan yaxşı qazana bilib. Apple şirkətinə gəldikdə, bu texnologiya nəhənginin qiymətinin yüksəlişi yeni, 5G statuslu iPhone smartfonunun istehsalı ilə əlaqələndirilir.

Bununla yanaşı, maliyyəçilər koronavirus epidemiyası, iqtisadiyyatda və cəmiyyətdəki problemlər fonunda ABŞ bazarlarının bu cür böyüməsindən şübhələnirlər. Onlar portfellərə yenidən baxmağı məsləhət görürlər. Çünki bu 2000-ci ildə baş verən maliyyə qovuqcuqlarının partlaması vəziyyətinə bənzəyir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun