Tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müddəti uzadıldı
Tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müddəti uzadıldı
Nazirlər Kabienti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.
Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq daha bir ay uzadılaraq 2020-ci il iyulun 1-dək olan müddət üçün ödəniləcək.
Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:
– tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;
– təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;
– pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
Mənbə: report.az

Kapital Bank-ın 1 milyondan artıq yüklənən, ölkənin ən məşhur tətbiqi olan BirBank mobil tətbiqində Kapital Bank-ın Visa kartları ilə ödəniş edərək, keşbek qazanmaq mümkün oldu. Bu aksiya Kapital Bank-ın Visa International şirkəti ilə tərəfdaşlığı çərçivəsində təqdim olunub.
Əsas vergi nəzəriyyələri və onların müasir şərhi
Mühasibat balansı üçün labüd olan tələblər