Rusiyada pensiya yaşının azaldılması proqnozlaşdırılır

posted in: Xəbər | 0

pensiya yaşıRusiyada ölkədə işsizlik səviyyəsinin artması halında pensiya yaşı yenidən azaldıla bilər. Bu haqda “Praym” agentliyinə Plexanov adına Rusiya iqtisadiyyat universitetinin “İnsan kapitalının inkişafı” kafedrasının dosenti Fəridə Mirzəbalayeva məlumat verib.

Ekspertin sözlərinə görə, koronavirus epidemiyasından sonra ölkədə vakansiyaların sayı azaldıqda, belə bir tədbir məcburi xarakter daşıyacaq. Bu şəraitdə iş yerlərini pensiyaya çıxma ərəfəsində olan və dövlət tərəfindən müavinət ilə təmin olunmuş şəxslərdən fərqli olaraq, hələ özlərinə qazanc əldə edə bilməyən gənclərdən ötrü azad edilməsi nəzərdə tutulur.

“İşsizliyin yüksəlməsi şəraitində gənclərin işlə təmin olunmasına daha böyük şanslar vermək lazımdır. Düşünürəm ki, işsizlərin sayından asılı olaraq, 1,5-2 milyon adam vaxtından əvvəl pensiyaya çıxmağa ümid edə bilər”, Mirzəbalayeva belə təxmin edir.

O qeyd edib ki, pensiya yaşının azalması differensial və çevik olmalıdır. Lakin istənilən halda düzəlişlərin ola biləcəyini vurğulayıb. Bununla yanaşı, ekspert bildirib ki, çox güman ki, sözügedən dəyişiklikləri bu il gözləməmək lazımdır.

Bundan bir qədər əvvəl, may ayında Rusiya hökuməti pensiyaya vaxtından əvvəl çıxmağın şərtlərinin bir qədər yumşaldıla biləcəyi imkanlarını müzakirə etmişdi. Həmin müzakirələrdə bu ilin sonuna qədər fəxri istirahət yaşına üç il qalanlar, pensiyaya vaxtından əvvəl çıxmağa iddia edə bilərlər. Bu zaman ümumi iş stajı həmin məsələdə heç bir rol oynamayacaq.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan Sahibkarlar Konfederasiyası növbəti dəfə onlayn seminar təşkil edir

posted in: Xəbər | 0

Azərbaycan Sahibkarlar Konfederasiyası növbəti dəfə onlayn seminar təşkil edir

gələcəyin sahibkarı müsabiqəHörmətli Sahibkar!

Sizi, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkil etdiyi növbəti onlayn seminar -da iştirak etməyə dəvət edirik.

Belə ki, 05 iyun 2020-ci il tarixində saat 16:00-da Food CERT şirkətinin təsisçisi Elmar Cəmilovun moderatorluğu ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının Facebook platforması üzərindən “Beynəlxalq sertifikatın sahibkara verdiyi dəyər” mövzusunda canlı yayım baş tutacaqdır.

Canlı yayımda aşağıdakı məsələlər şərh olunacaqdır:
– Qida, kənd təsərrüfatı, sənaye, idarəetmə standartları haqqında ümumi məlumat
– Standartların tətbiqinin mərhələləri
– Beynəlxalq sertifikatın üstünlükləri
– Daxili səmərələr
– Xarici səmərələr

Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsini izləməyinizi xahiş edirik: facebook.com/sahibkarlar

Mənbə: ask.org.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əlilliyi olan şəxslərin hüquqlarını pozanlar cərimələnəcək

posted in: Xəbər | 0

Əlilliyi olan şəxslərin hüquqlarını pozanlar cərimələnəcək

əlillik qruplarıMilli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclasında İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə Məcəlləyə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə (205-1) əlavə edilib.

Təklif edilən yeni maddəyə (205-1) əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına görə:

– əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;

– əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;

– müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

– müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

– əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;

– işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.

Bundan əlavə, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə isə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III (sonuncu) oxunuşda qəbul edilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Parlament sosial yardımın 1 illik təyin olunmasını təsdiqlədi

posted in: Xəbər | 0

sosial yardımMilli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Qanunun 8-ci maddəsinə (Sosial yardımın təyin olunması müddəti) təklif edilən dəyişikliklə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq.

Qanunun mövcud varinatında isə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Digər bir dəyişikliklə isə sosial yardım almaq hüququ olan ailələrin siyahısı genişləndirilir.

Qanunun 3-cü maddəsinə ( Sosial yardım almaq hüququ olan ailələr) təklif olunan dyişikliklə sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malik olacaq.

Qanunun mövcud varinatında qeyd edilib ki, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq III (sonuncu) oxunuşda qəbul edilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun