Maliyyə Nazirliyindən daha bir xəbərdarlıq!

posted in: Xəbər | 0

Maliyyə NazirliyiMaliyyə Nazirliyindən daha bir xəbərdarlıq!

Maliyyə Nazirliyi ictimai əhəmiyyətli qurumların, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə müraciət edib.

Müraciətdə deyilir ki, dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər “Mühasibat uçotu haqqında” qanunun müvafiq olaraq 12.2-ci və 12-1.8-ci maddələrinə əsasən illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyi -nə təqdim edirlər.

Adıçəkilən Qanunun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur.

Həmin Qanunun 12-1.9-cu maddələrinin tələblərinə əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən publik hüquqi şəxslərdən, nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan, ölkə prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərdən, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslərdən (dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi istisna olmaqla) illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc etdirməsi tələb olunur.

Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə verilir.

Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonları ilə müraciət edə bilərsiniz:

Tel: 012-404-46-99 (daxili 253. 239. 126).

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda bu şirkətin 1.3 milyon manat vergi borcu var

posted in: Xəbər | 0

vergi borcu“Baku Steel Company” və törəməsinin 1,3 milyon manat vergi borcu var.

Azərbaycanın ən iri polad istehsalçısı olan “Baku Steel Company” MMC-nin dövlət büdcəsinə 601 510,18 manat borcu var.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, bu şirkətlə yanaşı onun törəməsi – “Baku Steel Construction” MMC-nin də 676 276,08 manat vergi borcu var.

Beləliklə, iki şirkətin ümumi borcu 1 277 786,26 manat təşkil edir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məcburi Auditlə bağlı Maliyyə Nazirliyindən MMC-lərə Xəbərdarlıq!

posted in: Xəbər | 0

Məcburi Auditlə bağlı Maliyyə Nazirliyindən MMC-lərə Xəbərdarlıq! 

Maliyyə Nazirliyi xəbərdarlıqMaliyyə Nazirliyi MMC-lərə xəbərdarlıq edib.

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətlər (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit)”.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

Bu Məcəllənin 99.2-ci maddəsinə uyğun olaraq açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur.

Adıçəkilən Məcəllənin 100.3-cü maddəsinə əsasən qapalı səhmdar cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri hamının tanış olması üçün dərc etməyə borcludur.

Həmin Məcəllənin 107.6-cı maddəsinə uyğun olaraq illik hesabatının və maliyyə hesabatlarının (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə təşkilatın internet səhifəsi olduqda, həmin təşkilatın internet səhifəsində və mətbu orqanda dərc etdirməsi tələb olunur.

Eyni zamanda “Mühasibat uçotu haqqında” Qanunun 12-1.9-cu maddəsinə uyğun olaraq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən publik hüquqi şəxslərdən, nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərdən, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslərdən (dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi istisna olmaqla) illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc etdirməsi tələb olunur.

İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

COVİD-19: Gələcəyi necə rəqəmsallaşdırmalı və maliyyələşdirməli (1-ci hissə)

posted in: Xəbər | 0

rəqəmsal maliyyəBill Qeyts kimi dünya məşhurları hesab edirlər ki, biz bu böhranın yalnız üçdə birini dəf etmişik, növbəti 6-12 ay ərzində vəziyyət qeyri-müəyyən olaraq qalacaq. Maliyyə direktorları, maliyyə nəzarətçiləri və mühasibləri tez bir zamanda biznesin qəlbində rəqəmsallaşdırmanı həyata keçirməlidirlər ki, bu da ayaqda qalma və rifah strategiyasının əsasını yaratmaq üçün əsas olacaqdır.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Bizim əlaqədə qalmaq qabiliyyətimiz və bu gün baş verən hadisələrin kursundan xəbərdar olmağımız smartfon vasitəsilə öz əlimizdədir. Sizin uçot sistemi ilə bağlı da eyni şey baş verəcək. O, həmişə aktual olmalıdır və məlumatları real vaxt rejimində biznesdə lazımlı insanlarla bölüşməlidir.

Hər şeyin sadə olması üçün bir məsləhət. Siz bir neçə gün və ya həftə ərzində praktiki olaraq istənilən kiçik və orta virtual sistem vasitəsilə işə başlaya bilərsiniz. Lakin, seçiminizi ehtiyatlı edin. Belə ki, siz artıq bir qədər inkişaf etmisiniz və bir neçə il ərzində sisteminizi dəyişdirmək istəməyəcəksiniz. İdealda yaxın 5 il və daha artıq sizin tələbatınıza uyğun gələn bir sistemi seçin. Sizin virtual uçot sisteminiz brauzer vasitəsilə istənilən yerdən əlçatan, tam yerləşdirilmiş olmalı və profilləndirilmiş istifadəçi izləmə auditi, tam ehtiyat nüsxəsi kimi funksiyaları olmalı, eləcə də müntəzəm və avtomatik şəkildə yenilənməli və istifadəçi dəstəyi olmalıdır. İşiniz böyüdükcə və biznesiniz inkişaf etdikcə onun miqyasının genişləndirilə bilməsi də çox mühümdür.

Sizin gələcək maliyyə funksiyalarınızı necə rəqəmləşdirməli və hesablamalı:
  1. Mütləq şəkildə ən qısa müddətdə işinizə uyğun bir Go Cloud real virtual uçot sistemi əldə edin. Həddən artıq sadə və ya VPN vasitəsilə host-həllə qoşulan yox. Bu çox sadədir və siz əgər istəyirsinizsə, onda bir həftə ərzində işə başlaya bilərsiniz. Bu, maliyyə komandasının növbəti 6-12 ayda qəbul edəcəyi ən vacib qərar olacaq, o səbəbdən bunu təxirə salmayın.
  2. API iqtisadiyyat API – in nə olduğunu və ilk gündə və böyüdükcə işinizə necə kömək edə biləcəyini öyrənin. API – bu, iki sistemi təhlükəsiz birləşdirən və informasiya mübadiləsi etməyə imkan verən tətbiqi proqramlaşdırma interfeysidir. Bu gün bütün müəssisələrə təsir göstərən nümunələr vergi rəqəmsal və açıq bank xidmətlərinin yaradılmasıdır. Hər ikisi, mühasibat sisteminizə ƏDV və bankçılığı üçüncü tərəflə əlaqələndirməyə imkan verən standart API-lərdən istifadə edir.
  3. Bütün məlumatların avtomtik emalı – komandanı avtomatlaşdırmaya yönəltmək (yəni, sistemdən məlumatları klavişlərə minimal toxunma ilə əldə etmək). Bunu tədarükçülərin hesab fakturalarından OCR konnektorlar, maaşların hesablanması üçün konnektorlardan, eləcə də satış nöqtələri, CRM, Power BI və digər kənar sistemlər vasitəsilə etmək olar.
  4. Öz banklarınızı daxil edin – əməliyyatların hər gün müqayisə edilə bilməsi və yoxlanılması üçün gündəlik və həftəlik olaraq real iş kapitalını rəhbərliyə təqdim etmək üçün öz bank hesabınızı daxil edin. Bundan əlavə, ödəniş paylamasını avtomatlaşdıran ödəniş funksiyasından istifadə edərək, təchizatçılara və müştərilərdən pul toplamaq üçün birbaşa debet sistemindən istifadə edə biləcəyinizə əmin olun.
  5. Məhsuldarlığın artırılması funksiyalarından istifadə edin – rəqəmsal uduşlar test etmək üçün asan olan və komandaya kiçik bir müvəffəqiyyət gətirən balaca layihələrdir. Bəzi nümunələr: təchizat sifarişinin həyata keçirilməsi, təsdiqləmə iş prosesi, xərclərin uçotu, əsas vəsaitlərin reyestri. Bütün bunlar hər ay vaxtınıza qənaət etməyə imkan verəcək, buna görə investisiyaların özünü doğrultması həqiqətən əhəmiyyətlidir. Bu həm də maliyyə qruplarına nüfuzlu tərəfdar və iş dəyişikliyinin tərəfdarı kimi sosial valyuta verir.
  6. Real vaxt rejimində hesabatlar. Bütün maliyyə və iş kəşfiyyatı məlumatlarının effektiv olması üçün rəhbərliyə və digər idarəçilərə çatdırmaq bacarığınızın olmasından əmin olun. Bu o deməkdir ki, siz qruplar, şirkətlər, bölmələr, sahələr, şöbələr, layihələrin dəyişdirilməsi üzrə məsələləri qaldıra bilərsiniz. Bütün bu hesabatlar virtual FMS-dən real vaxt rejimində görünməlidir, ixrac edilməməlidir və Excel-də bir komanda tərəfindən yenidən işlənməlidir. Artıq buna ehtiyac yoxdur və real vaxt rejimində virtual FMS ilə əlaqə yaratmaq üçün API əlaqələrini istifadə edən Power BI kimi zahiri hesabat vasitələrindən də istifadə edə bilərsiniz.

    Teleqram qrupumuza üzv olun



    Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

    Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

    Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun