Daha çox8
Daha çox8

Maliyyə hesabatlarının şəffaflaşmasında məcburi auditin rolu

posted in: Audit, Xəbər | 0

məcburi auditSon günlərdə kütləvi informasiya vasitələrində dərc edilmiş məcburi audit subyektlərinin auditdən keçməsi ilə əlaqədar istər Maliyyə Nazirliyinin internet saytındakı müraciətində, istərsə də iqtisadi ekspertlərin bu məsələ ilə əlaqədar təhlili bir daha sübut edir ki, ölkə qanunvericiliyinə görə öz maliyyə hesabatlarını müstəqil auditor rəyi ilə birlikdə dərc etdirməli olan, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda məcburi auditdən keçməli olan təsərrüfat subyektləri bir çox hallarda qanuna əməl etmirlər. Bunun da nəticəsində auditdən keçmənin vəziyyəti aşağı səviyyədə qalmaqda davam edir.

Bu sözləri Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov deyib.

O qeyd edib ki, son dövrlərdə Prezident İlham Əliyevin müdrik rəhbərliyi və siyasi iradəsi ilə ölkəmizdə şəffaflığın artırılması investisiya cəlbediciliyinin yüksəldilməsində mühüm rol oynamaqla iqtisadiyyatımızın şaxələndirilməsi, davamlılığın möhkəmləndirilməsi və rəqabətqabiliyyətliliyin artırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Korrupsiyaya qarşı mübarizə və onun profilaktikası baxımından şəffaflıqla birbaşa bağlı olan təsərrüfat subyektlərinin maliyyə hesabatlarının vaxtında hazırlanması və açıqlanması prosedurlarının genişləndirilməsi mühüm rola malikdir. Bununla yanaşı, beynəlxalq standartlar əsasında maliyyə hesabatlarının hazırlanması və müstəqil auditor rəyi ilə birlikdə ictimaiyyətə tam və vaxtında açıqlanması sahəsində mövcud olan problemlərin həlli zərurəti bir sıra tədbirlərin işlənib hazırlanmasını və tətbiqini tələb edir.

“Aparılan araşdırmalar göstərir ki, 2019-cu ilin nəticəsinə görə, ölkə üzrə 46 min 282 məcburi audit subyektlərindən 3745 təsərrüfat subyekti məcburi auditdən keçib ki, bu da 8,09 faiz təşkil edir. Məhdud məsuliyyətli cəmiyyətlər və səhmdar cəmiyyətlər üzrə hesabatların hazırlanması və təqdim etməsi üzrə dolğun və tam statistika mövcud olmadığı kimi, həmin hesabatların kənar auditor tərəfindən təsdiq edilməsi səviyyəsi də çox aşağıdır. Məsələn, 2019-cu il üzrə səhmdar cəmiyyətlərin məcburi auditdən keçmə səviyyəsi 47,8 faiz, məhdud məsuliyyətlərin isə daha az, yəni 3,9 faiz təşkil edib. Halbuki inkişaf etmiş ölkələrdə hesabatların gec təqdim edilməsinə görə şirkətlər üçün ciddi cərimə məbləğləri nəzərdə tutulub. Beynəlxalq praktikadan fərqli olaraq ölkəmizdə bir sıra hüquqi şəxslərin, o cümlədən məhdud məsuliyyətli cəmiyyətlərin öz illik maliyyə hesabatlarının təsisçidən başqa hər hansı bir orqana təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. İctimai əhəmiyyətli qurumların, bankların, sığorta təşkilatlarının, səhmdar cəmiyyətlərin və digər hüquqi şəxslərin maliyyə hesabatları isə ayrı-ayrı tənzimləyici qurumlarda toplanılır. Bu isə Azərbaycanda hüquqi şəxslərin maliyyə hesabatlarının toplanması, ümumiləşdirilməsi, təhlili və açıqlanması sahəsində müəyyən problemlərin mövcudluğuna gətirib çıxarır. Yeri gəlmişkən, bu günlərdə fəaliyyəti geniş müzakirə obyektinə çevrilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) üzə çıxarılmış maliyyə pozuntularının mövcudluğunda müəyyən mənada fondun qanunvericiliyin tələblərinə baxmayaraq (Qanun bütün fondların məcburi auditdən keçməsini tələb edir) öz fəaliyyəti dövründə bir dəfə də olsun auditor yoxlamasından keçməməsini öz maliyyə fəaliyyətinin nəticələrinin ictimailəşmədən yayınmasıdır”, – deyə S.Gülməmmədov bildirib.

İcraçı direktor deyib: “Auditorlar Palatası məcburi auditdən keçməklə əlaqədar müvafiq qurumların rəhbərlərinə, kütləvi informasiya vasitələrinə, iqtisadi ekspertlərə bir daha öz təşəkkürünü bildirməklə bərabər bir daha iqtisadi subyektlərin rəhbərlərinin nəzərinə çatdırır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün hər il müstəqil (kənar) auditor cəlb etməlidirlər. Belə olan halda hər birimiz ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının keçirilməsində yaxından iştirak etmiş olarıq”.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nazirlər Kabineti həftəsonu qadağası qərarında dəyişiklik etdi

posted in: Xəbər | 0

Nazirlər Kabineti həftəsonu qadağası qərarında dəyişiklik etdi

Həftəsonu qadağasıNazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 9 iyun tarixli 196 nömrəli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, qeyd olunan ərazilər üzrə sərt karantin günlərində fəaliyyət göstərəcək iş və xidmər sahələri artırılıb.

Qərasa əsasən, xəstəxanalar və təcili tibbi yardım müəssisələri ilə yanaşı, habelə dərman vasitələrinin sifarişlə ünvanlara çatdırılmasını həyata keçirən apteklər də fəaliyyət göstərəcək.

Bununla yanaşı, rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri də fəaliyyət göstərəcək.

Bu xidmətlə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı əsasında yol verilir. Fermer tərəfindən müvafiq arayış xüsusi karantin rejiminin sərtləşdirilməsinin nəzərdə tutulduğu günədək əldə edilir və arayışda fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, hərəkətinə icazə verilən ərazi və arayışın qüvvədə olduğu müddət göstəriləcək.

Qərarla sərt karantin günlərində rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı fəaliyyət, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətlər göstərən kənd təsərrüfatı texnikalarının hərəkətinə də icazə verilir.

Qeyd edək ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əsas vergi nəzəriyyələri və onların müasir şərhi (1-ci hissə)

posted in: Xəbər | 0

vergi nəzəriyyələriƏsas vergi nəzəriyyələri və onların müasir şərhi

1-ci hissə

Vergi nəzəriyyələri vergilərin mahiyyəti və əhəmiyyəti haqqında elmi biliklərin müəyyən sistemini, yəni, bu və ya digər təyinatlı verginin tanınmasından asılı olaraq dövlətdə vergitutma modellərinin müxtəlif variantlarını nəzərdə tutur.

Vergi münasibətlərinin nəzəri əsaslarını müəyyən etmək ehtiyacı obyektiv səbəblərlə şərtlənir. Bu onunla bağlıdır ki, vergitutma praktikası maliyyə elmini qabaqlayıb və o, vergi tutulmasının ədalətliliyinə dair ictimai rəy hazırlamayıb. Ona görə də vergilərin nəzəri əsaslandırılmasının zəruriliyi ortaya çıxıb.

Vergitutmanın təbiəti haqqında təsəvvürlərin formalaşmasının bir neçə mərhələsini ayırmaq olar. İlk mərhələlərdə vergi əsasən iqtisadi kateqoriya kimi çıxış edib və yalnız son mərhələdə vergi hüquqi məzmun almağa başlayıb.

Vergitutmanın ilkin formalarından biri məğlub olmuş xalqdan tutulan töycü idi. Vergilərin ilk prototipi – o məğlub olanlara tətbiq edilən vergi olub. Qədim Misirdə və digər Şərq despotiyalarında vergiləri dövlət başçısına məxsus olan torpaqdan istifadəyə görə icarə haqqı kimi alırdılar. Erkən feodal dövlətlərində vergiyə dövlət başçısına hədiyyə kimi baxılırdı. Sonradan ona, əhalinin öz dövlətinə yardımı kimi yanaşılmağa başlanıldı.

Vergitutmanın tam nəzəri əsaslandırılması dərin tarixi köklərə malik deyil. XVII əsrə qədər vergilər haqqında bütün təsəvvürlər təsadüfi və sistemsiz xarakter daşıyırdı ki. Bu da onları bu sahədə ciddi nəzəri işlərə aid etməyə imkan vermirdi. Müvəqqəti və fövqəladə vergilərin müntəzəm və ümumi ödənişlərə dəyişdirilməsi onların əhali tərəfindən qəbul edilməməsinə səbəb oldu. Bu vəziyyət maliyyə elmindən vergilər kimi bir fenomenin nəzəri əsaslandırılmasını tələb etdi. Əsas vergi nəzəriyyələri XVII əsrdən başlayaraq elmi konsepsiyalar kimi formalaşmağa başlamış və burjua elmində ən mühüm prinsip və müddəalar toplusu kimi “vergilərin ümumi nəzəriyyəsi” adını almışdır. Ümumiyyətlə, vergi nəzəriyyələri dedikdə, vergilərin mahiyyəti və əhəmiyyəti, onların yeri, cəmiyyətin iqtisadi və sosial-siyasi həyatında əhəmiyyəti haqqında elmi biliklərin bu və ya digər sistemini anlamaq lazımdır. Başqa sözlə, vergi nəzəriyyələri bu və ya digər təyinatlı verginin tanınmasından asılı olaraq, dövlətin vergi sistemlərinin qurulmasının müxtəlif modellərini təşkil edir.

Daha geniş mənada vergi nəzəriyyələri istənilən elmi-ümumiləşdirilmiş inkişafları (ümumi vergi nəzəriyyələri), o cümlədən ayrı-ayrı vergitutma məsələlərini (özəl vergi nəzəriyyələri) təşkil edir. Özəl vergi nəzəriyyələrinə müxtəlif vergi növlərinin, o cümlədən vergilərin nisbəti, onların keyfiyyət tərkibi, vergitutma dərəcəsi və s. haqqında təlimlər aiddir.

Beləliklə, əgər ümumi vergi nəzəriyyəsinin istiqamətləri bütövlükdə vergitutmanın təyin edilməsini müəyyənləşdirirsə, onda özəl vergilər hansı növ vergilərin müəyyən edilməli olduğunu, onların keyfiyyətli tərkibinin necə olmalı olduğunu və sair əsaslandırırlar. Vergilərin ümumi nəzəriyyələrini nəzərdən keçirək.

Əsas vergi nəzəriyyələri və onların müasir şərhi (2-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məşğulluq xidmətləri sahəsində yeni innovativ layihələr hazırlanır

posted in: Xəbər | 0

Məşğulluq xidmətləri sahəsində yeni innovativ layihələr hazırlanır

Məşğulluq xidmətləriMüasir çağırışlar məşğulluq sahəsində elektron xidmətlərin tətbiqinin genişlənməsini və e-platformalar üzərində yeni xidmət modellərinin qurulmasını daha da aktuallaşdırır. Bu məqsədlə hazırda məşğulluq sahəsində yeni innovativ layihələr hazırlanır. Belə layihələrdən biri də “İş və xidmətlərin mübadiləsi üzrə Əmək Birjası Platforması” layihəsidir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Məşğulluq məsələlərinə dair işçi qrupun videokonfrans formatında keçirilən iclasında bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən son illərdə əmək bazarı və məşğulluq sahəsində ardıcıl islahatların aparıldığını qeyd edən S.Babayev “Məşğulluq” altsisteminin dövlət məşğulluq xidmətlərinin elektron müstəvidə çevikliyini və keyfiyyətinin artırılmasını təmin etdiyini deyib. Aktiv məşğulluq tədbirlərinin təşkili mexanizmlərinin təkmilləşdirilməsi, bu məqsədlə e-texnologiyalardan daha geniş istifadənin təmin olunması ilə bağlı bir sıra hədəflər də müəyyən olunub.

Nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinin, məşğulluq xidmətlərinin, peşə hazırlığı sisteminin və peşəyönümü məsləhət xidmətlərinin, qanunvericiliyin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Qeyri-formal məşğulluğun qarşısının alınmasına yönələn tədbirlər, əmək bazarında işçi qüvvəsi ilə əlaqədar tələb və təklifin mütəmadi olaraq öyrənilməsi mexanizmləri təhlil olunub. Aktiv məşğulluq, o cümlədən özünüməşğulluq, peşə hazırlığı, haqqı ödənilən ictimai iş yerlərinin təşkili və digər proqramların genişləndirilməsi üçün aparılan işlərdən bəhs edilib.

Həmçinin Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyət istiqamətləri, əmək bazarı və sosial müdafiə sahələrində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanması və s. sahələrdə aparılan işlər müzakirə olunub.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

error: Content is protected !!