Ölkədə xarici valyuta üzrə mübadilə əməliyyatlarına yeni qayda tətbiq edilirmi?

posted in: Xəbər | 0

Xarici valyuta mübadilə əməliyyatlarıHazırda bütün dünyada koronavirus (COVID 19) infeksiyasının yayılması nəticəsində bir çox məhdudiyyətlər tətbiq edilir. Bununla əlaqədar olaraq, ölkəmizdə tətbiq edilən müvafiq məhdudiyyətlərə baxmayaraq, banklar yaranmış riskli şəraitdə vətəndaşlarımıza xidmət göstərməyə davam edir, mümkün qədər müştəri məmnuniyyətinin təmin edilməsi və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri çərçivəsində vətəndaşların bütün növ bank xidmətlərinə, o cümlədən xarici valyutaya olan tələblərinin tam ödənilməsi üçün fasiləsiz çalışırlar. Bu barədə Azərbaycan Banklar Assosiasiyasına istinadən xəbər verilir. “Son günlərdə bəzi mətbu orqanlarında və sosial şəbəkələrdə banklar tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni tələbləri çərçivəsində xarici valyuta əməliyyatlarının həyata keçirilməsi üzrə yeni məhdudiyyətlərin tətbiq edilməsi barədə məlumatlar və müzakirələr yer alıb.

Bildiririk ki, banklar tərəfindən hazırkı dövrdə xarici valyuta üzrə mübadilə əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar hər-hansı bir yeni qayda tətbiq edilmir. Bununla bağlı banklara hər-hansı yeni prosedurların müəyyən edilməsi ilə əlaqədar Mərkəzi Bankdan sənəd daxil olmamışdır. Hazırda ölkəmizdə həyata keçirilən kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflığın təmin edilməsi tədbirləri çərçivəsində banklar mövcud qanunvericliklə onlara həvalə edilmiş vəzifələrini tam həcmdə həyata keçirilməsini təmin edirlər.

Vətəndaşlarımız Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş karantin rejiminin tələblərinə əməl etməklə istənilən bankda valyuta mübadiləsi əməliyyatlarını mövcud qanunvericiliyin tələbləri çərçivəsində, heç bir əlavə məhdudiyyət və maneə olmadan tam həcmdə həyata keçirə bilərlər”, – məlumatda deyilir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ticarət, xidmət və istehsal obyektlərində növbəti monitorinqlər keçirilib

posted in: Xəbər | 0

Ticarət, xidmət və istehsal obyektlərində növbəti monitorinqlər keçirilib

güzəştli

İqtisadiyyat Nazirliyinin xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyunun 20-də keçirdiyi növbəti monitorinqlərdə Binəqədi rayonunda “Arzu market”də, “Dönər-bura”da, Kərim Manafova məxsus “Zərgərlik emalatxanası”nda, Yasamal rayonunda “Xəzər mebel”də, “Salıoğlu” mağazasında, Xətai rayonunda Amalya Əlimovaya məxsus “Oyuncaq mağazası”nda, Asif Şahnəzərova məxsus “Çay evi”ndə, Səbail rayonunda “Breno mağaza”da, Mirkamran Salahova məxsus “Bərbər” xidmət obyektində, Sabunçu rayonunda “Samir market”də, Cəlil Əmirəhmədova məxsus “Xırdavat” mağazasında, Nizami rayonunda “Ləzzət dönər”də, “Çinarlı kafe”də, “Kafe dostlar”da, Elşən Mirzəyevə məxsus “Şaurma”da, Aydın Məmmədova məxsus “Ət mağazası”nda, Rizvan İsgəndərova məxsus “Market”də, Gəncə şəhərində “Elit Kosmetika” mağazasında, “Lider M” MMC-yə məxsus “Merkuriy” xidmet obyektində, Lənkəran rayonunda “Limon Market”də, “Ruslan Market”də, İlham İbayevə məxsus “Ərzaq mağazası”nda, Şamaxı rayonunda “Yarpaq Dönər”də, “Sarvan Market”də, Zərbalı Qədirova məxsus “Avtoehtiyyat hissələrinin satışı”, Fərid İskəndərova məxsus “Qapı satışı” mağazalarında, Füzuli rayonunda “Al Market”də, “Oba Market”də, “Sədərək Ucuzluq” qarışıq mallar mağazasında, Bərdə rayonunda “Eurolux” elektronika mallarının satışı mağazasında, Xaçmaz rayonunda “Quba təndiri” çörək istehsalı müəssisəsində, Sabir Quliyevə məxsus “Un mağazası”nda, ümumilikdə monitorinq keçirilmiş 309 obyektdən 137-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparıb, zəruri qayda və tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

Qeyd edək ki, mayın 22-dən iyunun 22-dək monitorinq keçirilmiş 7855 sahibkarlıq subyektindən 3422-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicilərinin ezamiyyə xərcinin artırılmasından istifadə etmələri

posted in: Xəbər | 0

Vergi ödəyicilərinin ezamiyyə xərcinin artırılmasından istifadə etmələri

Vergi ödəyiciləri Ezamiyyə xərciVergi Məcəlləsinə 1 yanvar 2020-ci il tarixdən əlavə edilmiş 13.2.82-ci maddə ilə qanunvericiliyə riskli vergi ödəyicisi anlayışı gətirilib.

Həmin maddədə qeyd olunub ki, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.

Təcrübədə rast gəlinən risk faktorlarından biri də vergi ödəyiciləri tərəfindən işçilər üzrə ezamiyyə xərclərinin əvvəlki dövrlərlə müqayisədə artırılması yolu ilə əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma halıdır.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin normaları haqqında” nəzərdə tutulan norma daxilində ödənilən məbləğ gəlir vergisi, sosial sığorta və işsizlikdən sığorta məbləğinə cəlb edilmir. Vergidən yayınmağa meyilli vergi ödəyiciləri bu şərtdən sui-istifadə etməyə çalışırlar.

Misal. Tutaq ki, vergi ödəyicisi satış meneceri vəzifəsində çalışan işçiyə 300 manat əməkhaqqı ödəyir. İşçiyə yanvar ayında 180 manat ezamiyyə hesablansa da, fevral ayında bu məbləğ 900 manat olub. Ezamiyyə xərci-nin əvvəlki dövrlərə nisbətən kəskin şəkildə yüksək olması vergi orqanında risk üçün əsaslı şübhə yaradacaq.

Qeyd edək ki, vahid bəyannaməyə qədər “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi” bəyannaməsində vergi ödəyicisi üzrə ezamiyyə xərclərinin məbləği qeyd olunurdu. 1 aprel 2020-cidən tətbiq edilən vahid bəyannamədə işçilər üzrə ezamiyyə xərcinin qeyd olunması nəzərdə tutulmayıb. O səbəbdən bu cür risklərin kameral vergi yoxlaması zamanı müəyyən edilməsi mümkün olmayacaq. Vergi orqanı səyyar vergi yoxlamaları zamanı vergi ödəyicisinin ezamiyyə xərcləri ilə bağlı fəaliyyətini yoxlaya bilər.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Taksi fəaliyyətinə görə ödənilən dövlət rüsumunda artım olubmu?

posted in: Xəbər | 0

taxi fəaliyyətiTaksi fəaliyyətinə görə ödənilən dövlət rüsumunda artım olubmu?

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli müvafiq Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, “Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin ərizəsinə həm də məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, sözügedən Qanunun 2.4-cü maddəsində məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı dəyişikliklərin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” ilə bağlı ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minəcəyi qeyd olunurdu:

“Bildiririk ki, 2020-ci il 8 may tarixli “Azətaxi rbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunlar qəbul edilib. Sözügedən qanunlarda “Fərqlənmə nişanı”nın alınması üçün vergi ödəyicisinin ərizəsinə eyni zamanda məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədinin əlavə edilməsi bir daha təsbit olunub. Yuxarıda qeyd olunanlardan irəli gələrək qeyd edim ki, əvvəlki qanunvericiliyə uyğun olaraq “Fərqlənmə nişanı”nın alınması üçün sadələşdirilmiş vergi və reysqabağı texniki və tibbi müayinə üçün ödəniş edilirdi. Lakin mövcud qanunvericiliyə əsasən isə “Fərqlənmə nişanı”nın alınması üçün əlavə olaraq məcburi dövlət sosial sığorta haqqı da ödənilməlidir. Odur ki, sadələşdirilmiş verginin məbləğində hər hansı dəyişiklik edilməyib”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun