Konstitusiya Məhkəməsi Mülki Məcəllə ilə bağlı müraciətə baxacaq

posted in: Xəbər | 0

Konstitusiya MəhkəməsiKonstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

İclasda Mülki Məcəllənin 407.2-ci maddəsinin şərh edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 15-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, Mülki Məcəllənin 407-ci (Müqavilənin bağlanması anı) maddəsinin 2-ci bəndinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

Mənbə: report.az

Teleqram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Böyük Britaniya yarım əsr ərzində rekord məbləğdə borca düşüb

posted in: Xəbər | 0

Böyük Britaniya yarım əsr ərzində rekord məbləğdə borca düşüb

vergiBöyük Britaniya rekord miqdarda borca düşüb – may ayında dövlət borcu yarım əsr ərzində ilk dəfə ÜDM həcmini ötüb keçib. Bu barədə dövlət Milli statistika xidmətinin (ONS) saytında məlumat verilib.

Dövlət borcunun miqdarı 1.9 trilyon funt sterlinqə (2.4 trilyon dollar) və ya krallığın ÜDM-in 100.9 faizinə çatıb. 2019-cu ilin may ayından bu yana 173,2 milyard funt sterlinq (214 milyard dollar) və ya 20.5 faiz bənd artıb. Bu səviyyəyə göstərici 1963-cü ildən bəri ilk dəfə çatıb.

Borcların artması istehsalın kəskin aşağı düşməsi və koronavirus pandemiyası ilə mübarizə üçün çəkilən xərclərin artması ilə bağlıdır. Təkcə may ayında xərclər bir il əvvəllə müqayisədə təxminən 50 faiz artıb və gəlirlər isə 28 faizdən çox azalıb. May ayında borcların həcmindəki artım 55,2 milyard funt (68 milyard dollar) sterlinq təşkil edib.

İngiltərə Bankının proqnozlarına görə, bu il ölkənin ÜDM-in azalması 14 faizə çata bilər ki, bu da 1706-cı ildən bəri ən pis göstərici olacaqdır. İqtisadiyyata dəyən zərbə Böyük Britaniyadakı hər bir ailənin doqquz min funt sterlinq (11 min ABŞ doları) itirməsinə bərabər bir itki olacaq. Bu il işsizliyin səviyyəsi dörd faizdən doqquz faizə qalxacaqdır.

Teleqram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Misir koronvirusa görə yeni vergi tətbiq edir

posted in: Xəbər | 0

Misir vergiMisir parlamenti koronavirusa qarşı mübarizə aparmaq üçün əlavə vergi tətbiq etməklə bağlı qanun qəbul edib. Həmin vergi əməkhaqqının 1 faizini təşkil edəcək və iyul ayının birindən başlayaraq, bir il ərzində tutulacaq.  Pensiyalardan isə həmin  0,5% həcmində tutulacaq. Ayda 2000 funt (115 avro) və bundan aşağı  qazanc əldə edənlər sözügedən vergidən azad olunurlar. Bu haqda  Newsru saytı məlumat verib.

Epidemiyadan iqtisadi zərər çəkən şəxslər də yeni verginin ödənilməsindən azad olunacaqlar. Misir hökumətinin mətbuat xidmətinin məlumatına görə, vəsait koronavirusdan zərər çəkmiş müəssisələrin və vətəndaşların dəstəklənməsinə və səhiyyə sisteminin inkişafına yönəldiləcək.

Misirin Baş naziri Mustafa Matbuli bütün karantin normalarına ciddi riayət olunmasının zəruriliyini xatırladıb. O, normal həyata qayıtdıqdan sonra da maska taxılması kimi ehtiyat tədbirlərinin uzun müddət məcburi olacağını qeyd edib.

Teleqram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

KOB subyektləri arasında sorğu keçirilir

posted in: Xəbər | 0

KOB subyektləri arasında sorğu keçirilir

KOB subyektləri

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.

KOBİA-dan bildirilib ki, koronavirus (COVID-19) pandemiyasının işgüzar fəallığa təsirinin öyrənilməsi və real sektorun monitorinqi məqsədilə sahibkarlıq subyektləri arasında sorğu keçirilir. Sorğunun keçirilməsində məqsəd ölkə iqtisadiyyatının sabitliyinin, davamlılığının və xarici təsirlərə dayanıqlılığının təmin edilməsi və iqtisadiyyatın inkişaf perspektivlərinin qorunmasıdır.

https://forms.gle/GP2KRdFafGxs91dZA linki vasitəsilə sorğuda iştirak etmək olar.

Mənbə: vergiler.az