Azərbaycanda icazə verilən işçi sayına məhdudiyyət tətbiq ediləcək
Fəaliyyətinə icazə verilən bir sıra sahələrdə işə cəlb olunan işçilərin sayı 50 faizdən çox olmamalıdır.
Bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.
Qeyd edilib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; mühəndislik və layihələndirmə xidmətləri; qablaşdırma məhsullarının istehsalı; daş, metal və taxta məhsullarının istehsalı; mebel istehsalı və təmiri; zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; onlayn satışlar; kimyəvi təmizləmə; mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; avtomobillərin təmiri; avtomobil yuyulma məntəqələri; heyvan sığınacaqları; tərcümə xidmətləri sahəsində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.
Qeyd olunan iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.
Mənbə: apa.az

Çin istisna etmir ki, ABŞ sanksiya təzyiqini gücləndirmək məqsədilə onun dollar ilə hesablaşma vasitəsi kimi istifadə etməsinə qadağa qoyuması ilə bağlı qərar verə bilər. Bunu ÇXR qiymətli kağızlara nəzarət Komitəsinin sədr müavini Fan Sinhay bəyan edib.
“Son günlərdə koronavirus infeksiyasına yoluxanların sayında ciddi artım müşahidə olunur. Təhlil və müşahidələr göstərir ki, müəyyən olunmuş xüsusi karantin qaydaları, sanitar-epidemioloji tələblər gözlənilən nəticələri vermir”.
Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər.