Könüllü fəaliyyəti barədə bilmədiklərimiz

posted in: Xəbər | 0

Könüllü fəaliyyəti barədə bilmədiklərimiz

Könüllü fəaliyyətiBaşladığından bu yana heç də pozitiv hallarla qarşılaşmasaq da növbəti dövrün faydalı olacağına ümid etdiyimiz 2020-ci il ölkə başçısının sərəncamı ilə gənclərə diqqətin artırılması üçün könüllü ili olaraq müəyyən edildi.

Bu yazımızda da sırf bu istiqamətdə məlumat verməyə çalışacağıq.

Könüllü dedikdə öz iradəsinə və sərbəst seçiminə əsasən əvəzsiz ictimai faydalı fəaliyyəti (Eurovision 2012, I Avropa oyunları Baku 2015, IV İslam Oyunları 2017) həyata keçirən fiziki şəxslər başa düşülür.

Azərbaycan Respublikasında könüllülərin fəaliyyəti kifayət qədər diqqət mərkəzində olduğu üçün bu fəaliyyətlə bağlı qanunvericilikdə də tənzimlənmələr həyata keçirilmişdir. Qanunvericiliyə görə könüllü fəaliyyətini dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli-özünü idarə orqanları və qeyri-hökumət təşkilatları təşkil edə bilər.

Bu fəaliyyət həssas əhali qrupuna (əlilliyi olan şəxslər, aztəminatlı ailələr, məcburi köçkünlər və digər), maarifləndirməyə, idman, ətraf mühit, sağlamlıq, mədəni sərvətlər və mədəniyyətə, fövqəladə halların aradan qaldırılmasına kömək və digər qadağan olmayan istiqamətlərdə həyata keçirilir. Könüllü şəxs öz iş yerində, işçi çatışmazlığının aradan qaldırılması üçün və kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətinə cəlb edilə bilməz. Bu fəaliyyət gəlirsiz olduğu üçün heç də çətin işlərin əvəzsiz icrasına imkan verilmir.

Könüllü fəaliyyəti üçün tərəflər arasında müqavilə bağlanmalı, yetkinlik yaşına çatmayanlar (18 yaşdan az olan) valideynləri və ya qanuni nümayəndələrinin razılığı ilə bu fəaliyyətə cəlb edilirlər.

Könüllülərin fəaliyyəti təlimatlandırılmalı, həyat və sağlamlıqları sığorta edilməli, təhlükəli sahələrdə könüllülük halında təhlükəsizlik təlimatlandırmaları olmalı və könüllülərə arayışlar verilməlidir. Həmçinin könüllülər daimi yaşadıqları yerdən uzaqda bu fəaliyyətə cəlb olunurlarsa, gündəlik xərcləri tələb edə bilər. Könüllü öz əmlakından bu fəaliyyəti həyata keçirmək üçün istifadə edirsə, istifadə üçün kompensasiya da tələb etmək hüququna malikdir.

Bununla yanaşı könüllülər də təhlükəsizlik və intizam qaydalarına riayət etmək, vurulan zərərə görə maddi məsuliyyət daşımaq, məlumatları konfidensial saxlamaq kimi öhdəliklərə malikdir.


Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ iqtisadiyyatında nəhəng yüksəliş olacağı proqnozlaşdırılıb

posted in: Xəbər | 0

ABŞ iqtisadiyyatında nəhəng yüksəliş olacağı proqnozlaşdırılıb

Ağ Evin Milli iqtisadi şurasının rəhbəri Lourens Kadlou 2020-ci ilin ikinci yarısında ABŞ iqtisadiyyatında böyük artım olacağını proqnozlaşdırıb. Bu fikirləri o, cümə axşamı Fox Business telekanalına verdiyi müsahibədə bölüşüb. Bu haqda TASS agentliyi məlumat verib.

Onun sözlərinə görə, cari ilin üçüncü və dördüncü rüblərində ABŞ iqtisadiyyatı 20 faiz yüksəliş göstərəcək. “Bu gün səhər bazarlardakı vəziyyəti nəzərə alaraq, artım tendensiyası müşahidə olunur”, – o belə söyləyib. Beləliklə, o, ABŞ federal ehtiyat sisteminin (FES) sədri Cerom Pauelin ABŞ iqtisadiyyatının “gələcəklə bağlı böyük qeyri-müəyyənliyi”  barədə söylədiyi sözləri şərh edib.

Bundan əlavə, o, 2021-ci ildə ABŞ iqtisadiyyatının artımının 4 faizdən az olmayacağını gözləyir.

Bundan bir qədər əvvəl məlum olmuşdu ki, ABŞ-ın dövlət borcu 26 trilyon dollara çatıb və mütləq rekord vurub. Həmin borc bir ay ərzində trilyon dollar artıb. Maliyyə Nazirliyi bildirir ki, kəskin artım koronavirus pandemiyası və vergi ödənişlərinin təxirə salınması ilə mübarizə üçün ayrılan büdcə xərcləri ilə bağlıdır. Donald Tramp Ağ evə rəhbərlik etdiyi dönəmdə dövlət borcu altı trilyon artıb. Beynəlxalq valyuta fondunun (BVF) dəyərləndirməsinə görə, 2020-ci ildə dövlət borcu ÜDM-nə 131,1 faizinə qədər yüksələ bilər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəncədə DSMF-nin vəzifəli şəxsləri saxlanıldı

posted in: Xəbər | 0

Gəncədə DSMF-nin vəzifəli şəxsləri saxlanıldı

həbsAzərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində keçirilən əməliyyat zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Gəncə şəhər Kəpəz rayon Dövlət Sosial Müdafiə şöbəsinin daha 3 əməkdaşının saxlanıldığı bildirilir.

Şöbənin baş mühasibi və rəis müavininin də saxlanıldığı qeyd olunur.

Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və orada çalışan daha bir nəfər – Elçin Ələkbərov saxlanılıblar.

Onlar işlərində ciddi nöqsanlara yol verməkdə və vətəndaşlara saxta yolla ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinirlər.

DSMF-nin Kəpəz rayon Şöbəsinin rəisi Ülfət Əhmədov isə tutduğu vəzifədən azad olunub.

Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.

Əməliyyat tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və orada çalışan daha bir nəfər – Elçin Ələkbərov saxlanılıblar.

Onlar işlərində ciddi nöqsanlara yol verməkdə və vətəndaşlara saxta yolla ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinirlər.

DSMF-nin Kəpəz rayon Şöbəsinin rəisi Ülfət Əhmədov isə tutduğu vəzifədən azad olunub.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasiblər bunları mütləq bilməlidir

posted in: muhasibat, Məqalə, Xəbər | 0

MühasiblərMühasiblər bunları mütləq bilməlidir

Bazar münasibətlərinin inkişafı və iri şəxsi şirkətlərin meydana gəlməsi, müxtəlif istiqamətlər üzrə fəaliyyətlərin inkişaf etməsi ilə mühasib peşəsinin əhəmiyyəti yeni çalar alıb. Mühasibat uçotu üzrə öz işlərini vicdanla və yüksək peşəkarlıqla yerinə yetirən mütəxəssislərə ölkəmizin müxtəlif şəhərlərində xüsusilə daha çox tələbat duyulur. Uzun illər ərzində “uçot və audit” üzrə mütəxəssislərin yenə də  mühüm əhəmiyyət kəsb etməsi, bir daha təsdiq edir ki, bu peşələr öz aktuallıqlarını qoruyub saxlamaqdadır. Ali təhsil müəssisələrinə bu ixtisalar üzrə qəbulun abituryentlər arasında populyarlığı da bir daha bunu təsdiq edir.

Mühasiblər öz müəssisələrinin maliyyə şöbələrinin fəaliyyət göstərməsinə görə böyük məsuliyyət daşıyırlar. Tarixən elə olub ki, sözügedən sahədə çalışan mütəxəssislərin doxsan faizindən çoxunu zərif cinsin nümayəndələri təşkil ediblər.

Yüksək səviyyəli mütəxəssislər tərəfindən keçirilən vergi konsultasiyaları bir çox hüquqi və fiziki şəxslərə müəyyən məqamları özləri üçün aydınlaşdırmağa kömək edəcək. Bu konsultasiyalar həm şifahi, həm də yazılı şəkildə aparıla bilər, onlar yenicə mühasibliyə başlayan şəxslərdən ötrü xüsusilə aktuallıq kəsb edir.

Şifahi konsultasiyalar istənilən əlaqələr üzrə bağlanılan bütün müqavilə dövründə keçirilə bilər. Yazılı konsultasiyalar əllə və ya kompüterdə çəkilmiş müxtəlif cədvəllər və hesabatları özündə  ehtiva edir. Vergi konsultasiyaları vergi və 1C mühasibat uçotu proqramı üzrə biliklərə yiyələnmək istəyənlərdən ötrü xüsusilə zəruridir. Mühasibat sahəsində əsl mütəxəssislər daim öz biliklərini təkmilləşdirməli və yeni texnologiyaları izləməlidirlər. Həmçinin ƏDV ödənilməsi qaydaları üzrə də konsultasiyalar keçirilə bilər, belə ki, bu, ən mürəkkəb vergilərdən biri hesab olunur.

Bundan əlavə, vergi və mühasibat sahəsində konsultasiyalar bir çox digər məsələlərdə də kömək edə bilər. Misal üçün, idxal və ixrac mallarının ilkin sənədləşdirilməsi və ya hesabatlarının tərtibatı zamanı. Hesabatların vaxtında hazırlanmasından ötrü bu biliklər mühüm əhəmiyyət kəsb edir. Sahibkarların vergi tutmaya cəlb olunan müqavilələrin xüsusiyyətləri və kassa aparatının qeydiyyata alınmasından imtina etmənin qaydasını bilmələri çox zəruridir.

Hesabatların aparılması ilə məşğul olan mühasiblər vergi tutma sahəsində baş verən istənilən dəyişikliklərdən xəbərdar olmaları çox vacibdir. Onlar öz biliklərinin səviyyəsinin yüksəldilməsinə diqqət yetirməli və həmin sahədə baş verən yeniliklərdən xəbərdar olmalı və bütün incəliklərə doğru olduqca sərbəst şəkildə istiqaməti seçməyi bacarmalıdırlar.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun