Azərbaycan vətandaşları üçün şəxsi sığorta kabineti yaradılıb

posted in: Xəbər | 0

Azərbaycan vətandaşları üçün şəxsi sığorta kabineti yaradılıb

şəxsi sığorta kabinetiAzərbaycanda COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı çağırışlar, bu istiqamətdə Mərkəzi Bankın qərar və tövsiyyələri elektron xidmət vasitələrindən istifadənin əhatə dairəsini genişləndirib.

Bu barədə İcbari Sığorta Bürosundan məlumat verilib.

Bildirilir ki, sığorta sektorunun inkişafı üçün Mərkəzi Bankın hazırlamış olduğu layihələrin tərkib hissəsi kimi sığorta xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədi ilə elektronlaşma hədəflərinin yerinə yetirilməsi üzrə İcbari Sığorta Bürosu (İSB) işləri uğurla davam etdirir. Bu məqsədlə İSB sığorta şəhadətnamələri və sığorta hadisələri barədə məlumatların elektron qaydada əldə edilməsi üçün elektron şəxsi kabinet xidmətini vətəndaşların istifadəsinə təqdim edib.

Şəxsi kabinetdən istifadə etmək üçün vətəndaş ilk növbədə İSB-nin rəsmi internet səhifəsinə (www.isb.az) daxil olaraq, “E-xidmət” bölməsindən öz elektron imza avadanlığına uyğun olan “Asan İmza” və ya “e-İmza” düymələrindən birini seçir. Seçdiyi elektron imza növü vasitəsi ilə sistemə daxil olur və şəxsi sığorta kabinetinin “Sığorta məlumatlarım” menyusunda şəhadətnamələrini görür.

Beynəlxalq təcrübəyə əsaslanan şəxsi sığorta kabineti vətəndaşlara sığorta sirri, fərdi məlumatların məxfiliyinin qorunması kimi üstünlüklər verməklə yanaşı sığorta hadisələri zamanı vaxt itkisinin qarşısının alınmasına da kömək edəcəkdir.

Şəxsi sığorta kabinetində ilkin olaraq elektronlaşmış iki sığorta növü – “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta” üzrə məlumatların əldə edilməsi mümkündür.

Vətəndaşlar şəxsi sığorta kabinetinə daxil olaraq avtomobillərinin icbari sığorta tarixçəsi, həmçinin sığorta şəhadətnamələrinin müddəti barədə məlumat əldə edə bilərlər.

Vətəndaşlarımız İSB-nin istifadəyə verdiyi elektronlaşdırılmış digər sığorta növü üzrə işəgötürən tərəfindən hansı dövr ərzində sığortalandığı, müvafiq sığorta məbləği, ödənilən sığorta haqqı və s kimi ətraflı məlumat əldə edə bilərlər. Bu növ üzrə sığorta təminatının mövcud olub-olmaması qeyd olunan kabinetdə öz əksini tapmaqdadır.

Qeyd edək ki, İSB-nin informasiya sistemində 5 icbari sığorta növü mövcuddur: “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, “Sərnişinlərin icbari fərdi qəza sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.” Bu növlərin ikisi artıq elektronlaşdırılaraq istifadəyə verilib, digər növlərin elektronlaşdırılması istiqamətində Mərkəzi Bank və İSB intensiv işlər aparmaqdadır və yaxın vaxtlarda yeniliklərin içtimaiyətə təqdim edilməsi nəzərdə tutulur.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyada əmək haqqı ABŞ-dakı maaşlara nə vaxt daha yaxın olub?

posted in: Xəbər | 0

əmək haqqıSovetlər Birliyi dönəmində maaşların ABŞ-dakı əmək haqlarına daha yaxın olduğu vaxtlar 1950-ci il ilə 1960-cı illər arası dövrə təsadüf  edib. Belə ki, həmin zamanlarda RSFSR-də o vaxtkı əmək haqqı ilə ABŞ-dakı maaşlar arasında nisbi fərqi 1,8 dəfə olub, – “Neskuçnaya ekonomika” saytının yaradıcısı, iqtisad elmləri namizədi Mixail Solovyev belə söyləyir. – Lakin, 1961-ci ildə SSRİ-də pul islahatı ilə yanaşı, həm də rublun devalvasiyası həyata keçirildi. Sovet pul vahidi məzənnəsinin dollara qarşı aşağı salınması, xammal ixracından rublla gəlirləri artırmağa imkan verdi. Lakin iki ölkənin nominal (hesablanmış) əmək haqqı arasında dollar ekvivalentində ifadə edilmiş fərq dərhal yüksəldi. 1970-ci ildə həmin fərq RSFSR-də artıq 3,8 dəfəyə yüksəlmişdi. Müasir Rusiyada isə bu fərq 2019-cu ilin yekunlarına görə, 6 dəfəyə yüksəlib.

Onu da qeyd etmək lazımdır ki, SSRİ-də rublun valyuta məzənnəsi direktiv şəkildə müəyyən edilmiş və iqtisadi prosesləri əks etdirməmişdir. Sovet maaşlarının Stalin və Xruşşev dövründə real alıcılıq qabiliyyəti kapitalist dünyasında lider olan ölkələrdən xeyli geri qalırdı. Məsələn, RSFSR-in orta statistik sakini 1950-ci ildə öz maaşı ilə orta amerikalıdan 37 dəfə az çörək ala bilərdi. Sonra isə bir neçə onillik ərzində rubl və dolların alıcılıq qabiliyyəti əksinə, aşağı düşmüşdü. 1990-cı illərdə, SSRİ-nin dağılması və həmişə effektiv olmayan islahatlar nəticəsində yaranan böhran dövründə Rusiyada həm nominal, həm də real əmək haqqı kəskin şəkildə aşağı düşdü.  Sonra isə yenidən yüksəliş başlandı. 2019-cu il statistikasına görə, eyni çörəyi alarkən, Rusiya maaşlarının alıcılıq qabiliyyəti Amerikadakından 4 dəfə geri qalır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Zəruri ərzaq məhsullarının ƏDV-dən azad edilməsi

posted in: Vergi, Xəbər | 0

Zəruri ərzaq məhsullarının ƏDV-dən azad edilməsi

ƏDVVergi Məcəlləsinə əlavə edilən 18-ci fəslin 224.4-cü maddəsinə əsasən, müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məhsul (mal) növlərinin idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı Prezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixli fərmanında Nazirlər Kabinetinə 224.4-cü maddəyə uyğun olaraq əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə idxalı ƏDV-dən azad olunan məhsul (mal) növlərinin siyahısı ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, zəruri ərzaq məhsullarına vergi güzəştinin tətbiq edilməsi ölkədə ərzaq təhlükəsizliyinin qorunub saxlanılması baxmından əhəmiyyət kəsb edir: “Bu azadolma və tətil paketi sahibkarlıq subyektlərinə qənaət olunan vəsaitdən biznesi qorumaq və inkişaf etdirmək üçün istifadə etməyə imkan verir”.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Britaniya hakimiyyəti vergilərin köməyi ilə rekord büdcə kəsrini azaltmağı planlaşdırır

posted in: Xəbər | 0

vergiİngiltərə hökuməti koronavirus pandemiyası səbəbiylə bu il proqnozlaşdırılan büdcə kəsirini 337 milyard funt sterlinq (414.8 milyard dollar) azaltmaq üçün vergiləri kəskin şəkildə artırmaq məcburiyyətində qalacaq.

Yaxın bir neçə ayda maliyyəçilər tərəfindən atılan addımlar arasında gəlir vergisinin artırılması, dövlət sektorunda maaşların indeksləşdirilməsinin 2 illik dondurulması və dövlət qulluqçuları üçün pensiyaların artımının məhdudlaşdırılması daxildir. Sənəd müəllifləri belə bir tədbirin həyata keçirilməsi zəruriliyini sürətli bir iqtisadi bərpa olunma baş verməzsə, ölkənin “suveren borc böhranı” ilə üzləşə biləcəyi ehtimalı ilə əsaslandırırlar.

Mütəxəssislərin fikrincə, bu il büdcə kəsiri 2008-ci ildə krallıqda “sərt qənaət” rejimində on illik xərcləmələrin azaldılmasına səbəb olan maliyyə iflasından sonrakı eyni rəqəmdən iki dəfədən çox ola bilər.

Nəşrin məlumatına görə, Maliyyə Nazirliyinin sənədi, maliyyə naziri Rişi Sunak, Britaniya hökumətinin, koronavirus pandemiyası səbəbindən iş yerlərini itirmə riski altında olan ölkə sakinlərinə maddi yardım müddətinin oktyabr ayının sonuna qədər uzadılması ilə bağlı qərarını parlamentdə elan etməsindən sonra ictimaiyyət üçün açıqlanmışdı. Hal-hazırda, İngiltərə hökuməti 1 milyona yaxın müəssisəyə maliyyə dəstəyi göstərir. Yeni koronavirus xəstəliyi səbəbiylə işəgötürənlərin məcburi məzuniyyətə göndərdiyi 7.5 milyon ölkə sakinlərinə maaş verir. Bu özünə məşğulluqla fəaliyyət göstərənlər nəzərə alınmadan bütün işləyən britaniyalıların dörddə birindən çoxdur.

Ölkə hakimiyyəti işdən çıxarılma riski olanların əmək haqqının 80% -nin ödənişini təmin edir. Lakin bu, adambaşına ayda 2,5 min funt sterlinqdən (3.1 min dollar) çox deyil. Biznesə hökumət hələ mart ayında 400 milyard dollardan artıq kredit zəmanəti verib. Maliyyə dəstəyi üçün hökumətə həmçinin özünəməşğulluq şəraitində işləyənlər də müraciət edə bilər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun