Rəqabətli innovasiyanın yeddi növü (1-ci hissə)

posted in: Xəbər | 0

rəqabətli innovasiyaRəqabətli innovasiya və onun yeddi növü

1-ci hissə

SEB böyümə proqramında iştirak edən sahibkarlara etdiyi çıxışında Avropa İnnovasiya akademiyasının prezidenti Alar Kolk, biznesin inkişafına tətbiq edilə biləcək yeddi növ yeniliklərdən bəhs edib.

Bununla yanaşı, o vurğulayıb ki, heç vaxt yalnız bir növ yeniliklə kifayətlənməməliyik, çünki bu, rəqiblərə sizi ötüb keçmək imkanı verə bilər.

Daha sonra Alar Kolk hər bir yenilik növünün mahiyyətini ətraflı şəkildə izahatını verib.

1.Müştəri

Burada müştərilərin davranışlarında dəyişikliklərin yeni bir seqmentin yaranmasına gətirib çıxardığını anlamaq vacibdir. Bu, on il əvvələ aid bir nümunə ilə yaxşı təsvir edilmişdir.

O zaman kameraya qanad bağlamaq ideyasına yalnız bir neçə nəfər ciddi yanaşmışdı. Lakin, DJI firması başa düşdü ki, ekstremal idman növləri ilə məşğul olan insanlar bu üsulla öz nailiyyətlərini əks etdirmək istəyirlər. Beləliklə, pilotsuz uçan aparatlar (dron) ideyası ortaya çıxdı, onları idarə etmək asandır və  hazırladıqları videolar dostlarla paylaşıla bilər. İndi bu ideyadan yararlanmaqla, iqtisadiyyatın çox ciddi bir sahəsi ortaya çıxıb.

Tezliklə kütləvi istifadə mövzusu olacaq insansız avtomobillərə baxın. Heç bir şübhə yoxdur ki, onların görünüşü istehlak vərdişlərini əhəmiyyətli dərəcədə dəyişdirəcək və müştərilərin tamamilə yeni bir seqmentini meydana gətirəcək.

Əlbəttə ki, yeni istehlak modelinin formalaşması çox vaxt tələb edir, ona görə də hansısa yeni bazar haqqında danışmaq tezdir. Bununla birlikdə, hansı tendensiyaların artdığını rəqiblərdən əvvəl yüksəlişdə olduğunu dərk edə biləcəyimiz sual altındadır. Amma, istehlak davranışının dəyişməsini ilk olaraq dərk edə biləcəyimiz də kifayət deyil: rəqiblər dərhal bizi təqlid etməyə başlayacaq. Öz mövqeyinizi gücləndirmək üçün digər növ innovasiyalardan da istifadə etmək lazımdır.

2.Funksionallıq

Buraya məhsul və ya xidmətin xüsusiyyətləri və funksiyaları ilə əlaqəli hər şey daxildir. Açar söz – məhsulun inkişafıdır. Məs, hansısa məmulat daha möhkəm olub, hanssa xidmət – müştərilərlər üçün daha rahatdır və s.

Və əgər yalnız bununla kifayətlənsək, onda yenə də çox təhlükəli bir innovasiya növündən söhbət gedir. Axı, bu cür qərarlar çox sadə yolla kopyalanır. Yalnız bir sahə var ki, orada innovasiyalar uzunmüddətli üstünlüklər verir – bu, farmakologiyadır, orada yeni preparat uzun illər üçün patentlə müdafiə olunur.


Rəqabətli innovasiyanın yeddi növü (2-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nə istədiyinizi bilmirsinizsə, peşə seçimi necə olmalıdır? (4-cü hissə)

posted in: Xəbər | 0

peşə seçimiNə istədiyinizi bilmirsinizsə, peşə seçimi necə olmalıdır?

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz

Bu gün insan həyatında ən vacib olan peşə seçimi haqqında danışaq. Bu seçimə, xüsusən də uşaqlarınıza aid olduqda, çox məsuliyyətlə yanaşmalısınız. Burada giriş məlumatları çoxdur.
Test before invest! Öncə testdən keçir, sonra sərmayə yatır!

Həyatınızın illərinə  və təhsilinizə minlərlə dollar investisiya qoymazdan öncə maraqlandığınız (və ya uşağınızın maraqlandığı)  peşə haqqında daha çox məlumat toplamağa və ilk praktik təcrübə əldə etməyə çalışın. Əmək bazarını, maaşları, peşəyə olan öhdəlikləri və tələbləri öyrənin. 1-2-3 aylıq ödənişsiz praktika keçmək üçün işə düzəlməyə çalışın.

Övladınızla bağlı olan halda, yaxınlarınızın birindən (bu peşədən olan) onunla (uşağınızla) müəyyən zaman keçirməsini və sözügedən peşə barədə ona müəyyən şeyləri izah etməyi xahiş edin.

Daha çox təcrübə!

İnsanın güclü və zəif tərəfləri yalnız praktikda, əməli işdə özünü göstərir. Bacarıqları və istedadı üzə çıxır, vərdişləri formalaşır. İnanın, əgər bir şəxsin hansısa işdə ciddi uğurları varsa, onun qarşısına “Kim olmalı?” sual heç vaxt çıxmır.

Uşağın vəziyyətində, mümkün olan bütün yollarla ona bu təcrübəni əldə etməyə kömək edin. Pul qazanmaq, təşəbbüskarlıq, maraq, hobbi və s. üçün edilən hər hansı bir təşəbbüsü təşviq edin.

Öncədən (maliyyə baxımından) hazır olun

Uşağınızın neçə yaşı olması və ya onun ali məktəbə neçə ildən sonra gedəcəyi əhəmiyyət daşımır. Təhsili kredit hesabına əldə etmək – pis ideyadır.  Yığım etmək, sizin seçim etmənizdən ötrü əla ideyadır! Ehtiyat məbləği toplamağa nə qədər tez başlasanız, sizdən ötrü daha çox faiz toplanar və təhsil məssisəsinin seçimi də daha geniş olar.

Yekun

Peşə seçimi insan həyatındakı ən vacib seçimlərdən biridir. Ancaq bunun bütün həyat üçün bir seçim olmadığını başa düşmək lazımdır. Ona görə, özünüzü (və ya uşağınızı) bu seçimin mühümlüyü ilə bağlı yükləmək lazım deyil. Özünüzü və ya övladınızı çevik bacarıqların formalaşmasına, müstəqil iş və təşəbbüskarlıq cəhdlərinə təşviq edin. Eləcə də həddən bahalı ali məktəblərdən və kreditlə təhsil almaqdan uzaq durun. İnanın, hər şey yaxşı olacaq!  


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ezamiyyə vərəqi olmayanlar postlardan buraxılmayacaq

posted in: Xəbər | 0

Ezamiyyə vərəqi olmayanlar postlardan buraxılmayacaq

“Ötən həftə də sərtləşdirilmiş karantin rejimi ilə bağlı vətəndaşların rayona getməməsi üçün müraciət etmişdim”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K. Əliyev deyib ki, ancaq buna baxmayaraq, rayonlara axın olub: “Onların əksəriyyəti postlardan geri qaytarıldı. Bəziləri torpaq yolla keçməyə cəhd etdi və buna nail oldu. Artıq texniki vasitələrdən istifadə etməklə, bu kimi halların da qarşısını almağa çalışacağıq. Əgər bir postdan keçən avtomobil digər postda görünməyəcəksə, deməli, torpaq yola keçib və həmin avtomobillər, onların sürücüləri aşkarlanacaq”.

BDYPİ-nin şöbə rəisi qeyd edib ki, Nazirlər Kabinetinin qərarı ilə bir sıra xidmət sahələrinin fəaliyyətinə icazə verilib: “Bu da müəyyən sayda avtomobilin sərbəst hərəkəti deməkdir. Ümumiyyətlə, onu da deyim ki, hərəkətinə icazə verilən şəxslərin ezamiyyə vərəqi olmalıdır və ezamiyyə vərəqi olmayanlar postlardan buraxılmayacaq. Ezamiyyəyə gedənlər də avtomobildə ailə üzvlərini aparmağa cəhd etməsinlər”.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib keçmişdə və gələcəkdə (5-ci hissə)

posted in: Xəbər | 0

MühasibMühasib keçmişdə və gələcəkdə

5-ci hissə

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz

Bizim halda şagird nəzəriyyəçi idi. O, suallar verirdi. Bu da yaxşı insan olmaq, elmə yiyələnmək və onun vəzifələrini uğurla həll etmək yoludur. Müəllim də nəzəriyyəçi idi, lakin, böyük təcrübəyə malik idi. Ortaya qoyulan suallara mümkün cavabların icmalını verdi. Başa düşürdü ki, son, mütləq şəkildə tamamilə düzgün cavab ola bilməz. Çünki K. Popperin saxtalaşdırma meyarından keçən hər bir nəzəriyyə bəzi həqiqətləri izah edə bilər, digərlərini isə izah edə bilməz.

O səbəbdən Deqranj və Şerin hər iki nəzəriyyəsi elmin tələblərinə cavab verir. Beləliklə, ilk nəzəriyyə bütün hesabları hesablama hesabları kimi başa düşməyə gətirib çıxarır. Yəni, onun üçün hər bir hesab aktiv-passivdir və öz vəsaitlərinin hesablarında təsərrüfat həyatının faktlarını müəyyənləşdirməkdən başqa bütün qeydləri mükəmməl şəkildə izah edir. İkinci nəzəriyyə, bütün hesabları aktiv və passivə bölməklə, şəxsi vəsaitlər hesabında (nəticə hesabları da daxil olmaqla) qeydlərin yaxşı izahını verir. Amma, hesablaşma hesablarının uçotunun açılması zamanı çox vaxt gücsüz olur. Ona görə, bu nəzəriyyələrdən birinin yaxşı, digərinin pis olduğunu söyləmək olmaz. Onlar bir-birini tamamlayır, dolğunlaşdırır. Onlarda hər biri eyni zamanda yaxşı və pisdir. Hər ikisi lazımlıdır.

İnsanın elmə yanaşmasının bütün mənası bundadır. Zira çox şey bilir və insan həqiqətlərinin nə qədər ziddiyyətli və nisbi olduğunu yaxşı başa düşür. Hətta riyaziyyatın özü bütünlüklə paradokslardan ibarətdir. Yəqin ki, yeni zamanda ilk dəfə C. Berkli (1685-1753) sadə bir nümunədə bunu göstərmişdir: 12 ′ 0 = 0; 13 ′ 0 = 0. Burada 12 ′ 0 = 13 ′ 0. Əgər idarəetmənin hər iki hissəsinə sıfra bölsək, belə olacaq: 12 = 13.  Buradan görünür ki, qüsursuz məntiq absurd nəticələrə gətirib çıxarır.

Oxşar paradokslar bütün mühasibatlığı alt-üst edir:

– gəlir var, amma, firma müflis elan edilir;

– hazır məhsulların maya dəyəri nə qədər yüksək olarsa, sabit və ya artmaqda davam etməyən istehsalatda balansda daha çox mənfəət olur;

– zərər tam hüquqlu əmlakın tərkibinə daxildir; müəssisənin bazar dəyəri onun hissələrinin dəyərinə bərabər deyil; və digər bir sıra paradokslar.

Paradokslar müəyyən paradiqma çərçivəsində mövcuddur. Göstərilən mühasibat paradoksları ikili qeydiyyat postulatından irəli gəlir və imtina edildikdə, ortadan qaldırılacaq. Lakin yeni paradiqmada da paradokslar az olmayacaq. Və əslində hələ hansı paradiqma daha yaxşıdır, sualı da var.

Bizim halda bu suala cavabı bizim elmin tarixində tapmaq mümkündür.

Tarix lazımdırmı: həm hə, həm yox

Bəzən deyirlər: qədim yunanlar böyük bir xalq idilər, çünki bizimlə müqayisədə tarixləri yox idi. Lakin bu zaman unudurlar ki, tarix elmini məhz, onlar yaradıblar. O vaxtdan ziyalı adamlar Heredotun (e.ə. 480-425-ci illər) və Fukididin (e.ə. 460-400-cü illər) əsərlərini oxuyurlar. Qeyri-ziyalılar isə adətən deyirlər ki, bizim həyatımızda – tarix təcrübə üçün heç nə vermir və təhsil proqramlarını yalnız ağırlaşdırır.

Vaxtilə bir yerdə işləmək səadəti nəsib olmuş professorlardan (1904-1983) birinin söylədiyi sözləri xatırlayıram. O tez-tez belə deyirdi: “Nə vaxtsa olub, amma, bu keçmişdə qalıb, cəhənnəm olsun”, yaxşı sözlərdir, amma, qızıl sözlər deyil. Zira keçmişdə də bizim günlər üçün əhəmiyyət daşıyan çoxsaylı, ən müxtəlif və rənagarəng, əla ideyalar olub. Amma, keçmişin xatirəsini saxlamaq lazımdır və orada çox yetkin və təsirli ideyalar var.

Onlar bir çoxlarına kömək edə bilər, bəzilərinə isə əhəmiyyətli kömək göstərə bilər. Xatirimdədir, aspirant olduğum illərdə öz elmi rəhbərim olan professorun (1896-1981) yanına gəldim və soruşdum ki, veksellər mühasibat uçotu metodologiyasına necə təsir göstərib. Ağsaçlı müəllim dedi: “Bunu unut! Veksellər var idi, səhmlər var idi, kim bilir daha nələr var idi və artıq bunların heç biri yoxdur və olmayacaq. Başını köhnə şeylərlə doldurma. İrəliyə bax!” Mən də inandım. Sağlam skeptisizmi ilə fərqlənən və elm adamı üçün zəruri olan tarixi sevən dostum isə buna inanmadı. Veksellərlə bağlı köhnə kitabları qarşısına töküb oxumağa başladı, hər şeyi diqqətlə öyrəndi. Bu zaman isə yenidənqurma dövrü başlandı. Həmin öyrəndiklərinin hesabına o dövrdə nələr qazandı, bir Allah bilir. Qazancını çemodanlarla daşıyırdı.


Mühasib keçmişdə və gələcəkdə (6-cı hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun