Azərbaycanda maliyyəçilərin orta aylıq əmək haqqı 2000 manatı ötüb

posted in: Xəbər | 0

əmək haqqıBu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 2 003,8 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici dövlət sektorunda 1 732,8 manat, özəl sektorda isə 2 067,1 manat olub.

Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə işçilərin orta aylıq nominal əmək haqqı 14%, o cümlədən dövlət sektorunda 15,7%, özəl sektorda isə 13,8% artıb.

Qeyd edək ki, cari il mayın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 676,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 926,6 min nəfər, qeyri-dövlət sektorunda isə 749,5 min nəfər təşkil edib. Bu il mayın 1-nə maliyyə sahəsində işçilərin sayı 28,6 min nəfər (5,5 min nəfər dövlət, 23,1 min nəfər özəl) olub.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib keçmişdə və gələcəkdə (4-cü hissə)

posted in: Xəbər | 0

MühasibMühasib keçmişdə və gələcəkdə

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz

Protaqor

Analitik fəlsəfədə qəbul olunduğu kimi şagirdin müəllimlə söhbətinin formasının parodiyasını təsəvvür edək.

Şagird. Debet nədir?

Müəllim. Latın sözüdür, bizim dilə tərcümədə bu mənanı verir: o, borcludur.

Şagird. Aydın olmadı. Məsələn, əgər kassaya pullar daxil olub, pul kimi rubl və qəpiklər kiməsə, nəsə borcludur?

Müəllim. Düzgün qeyd etdiniz. Buna görə də, əgər əsrlər deməsək, bir çox onilliklər ərzində debet dedikdə, sadəcə, dəyərlərin gəlməsi başa düşülürdü.  Və görkəmli fransız mühasib E. Deqranj (1768-1818) belə bir qayda irəli sürmüşdü: “Kim alırsa – borclanır, kim verirsə – kreditlənir”.

Şagird. Bəz onda niyə zərəri debetə qeyd edirlər?

Müəllim. Cavab vermək çətindir. Bunun dəyərlərin zəif yerləşdirilməsi ilə izah etməyə çalışdılar. Eyni pula mal ala bilərsiniz və bu debet olacaq, yəni, malların daxil olması kimi, lakin pul oğurlana bilər və sonra pul və malların əvəzinə (debeə) zərər əldə edə bilərik.

Şagird. Lakin, dəyərlər – mallar və ya onların pulunun daxil olması bu bir ayrı məsələdir və aydındır,  zərər isə – bu sadəcə heç nədir!

Müəllim. İlk dəfə bu cür fikirləşən təkcə sən deyilsən. Səndən əvvəl də ağıllı adamlar olub: Qərbdə (1846-1924-cü illərdə), bizdə (1857-1956-cı illərdə). Onlar belə öyrədiblər və indi də öyrətməkdə davam edirlər ki, debet – bu, istənilən mühasibatlıq hesabının yalnız sol tərəfidir.

Şagird. Bu düzgündür?

Müəllim. Şübhələr var. Xüsusilə hesabları hesablamaqla bağlı. Hesabı götürək: “Təchizatçılar və podratçılarla hesablaşma”. Onun debet və (və ya) kredit saldosu ola bilər. Birinci halda hesab aktivdir və göstərir ki, bizim kontragentlər bizə borcludur, məsələn, ilkin ödəniş edilib, ikinci halda isə – hesab passiv olur və bu o deməkdir ki, biz onlara borcluyuq. Burada bəzi rahatsızlıqlar var.

Şagird. Bəlkə, sadəcə tədarükçülər mal veriblər, bu səbəbdir və malların göndərilməsi faktı isə bu səbəbin nəticəsidir?

Müəllim. Sizin fərziyyəniz zahirən inandırıcıdır. Məhz, 1866-1935-ci illərdə bu cür öyrədiblər. Lakin bütün bunlara 1894-1952-ci illərdə öyrətdikləri kimi digər tərəfdən də baxmaq olar. Malların daxil olması faktı (səbəbi) kredit borcunun yaranması ilə nəticələndi. İki güzgüdəki kimi bərabər dəyərli və qarşılıqlı kəskin izahlar.

Şagird. Yəni, sol tərəf ən həssas izahatdır?

Müəllim. Ən pis də demək olar. İndi bunu optimal adlandırırlar. Onun böyük mənfiliyi var: bu, debetin məzmununu açıqlamır, prosedurun təsviri ilə iqtisadi həyat faktlarının mahiyyətini dəyişdirərək ondan uzaqlaşır. O debetin nə olduğunu bildirmir, sadəcə qeydlərin necə aparılmasını nəql edir.

Şagird. Lakin, əgər biz deyiriksə ki: debet hesabın sol tərəfidir, müvafiq olaraq kredit də – sağ tərəfidirsə, onda niyə onların yeri dəyişdirilməsin?

Müəllim. Dəyişdirilib. Qədimdə C. Kardano (1501-1576), bizim zamanda isə (1895-1980) krediti sol, debeti isə sağ tərəfdə yerləşdirmişdilər. Və, onu da deyim ki, hər şey baş tutmuşdu. Təsadüfi deyil ki, mühasiblərimizin (1863-1931) ən məşhurlarından biri bunu nifrətlə feldfebel izahı adlandırmışdı (sol, sağ – irəli marş).

Şagird. Bəs sizcə debet nədir?

Müəllim. Vicdanla söyləsək, bilmirəm.


Mühasib keçmişdə və gələcəkdə (5-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı fərmanda dəyişiklik edilib

posted in: Xəbər | 0

Sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı fərmanda dəyişiklik edilib

lisenziyalar icazeler

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1603-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1132; 2016, № 8, maddə 1384, № 10, maddə 1633; 2017, № 4, maddə 565, № 11, maddə 1997; 2019, № 2, maddələr 247, 249, № 3, maddə 415, № 4, maddə 621, № 6, maddə 1032; 2020, № 3, maddə 243) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə “qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı” sözlərindən sonra “yoxlamalara, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyi sahəsində yoxlamalara,” sözləri əlavə edilsin.

2. 3.2-ci bənddə “1.6 və 1.7-ci bəndlərində” sözləri “1.7-ci bəndində” sözləri ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 1.6-cı bəndi ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyun 2020-ci il.

Mənbə: president.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məişət zorakılığı ilə mübarizə

posted in: Xəbər | 0

məişət zorakılığıBu yazımızda psixoloji vəziyyətin mənfi təsirlərini də nəzərə alaraq məişət zorakılığı barədə ətraflı məlumat verməyə çalışacağıq.

Əvvəla qeyd edək ki, hətta uşaqlara qarşı törədildiyi halda valideynlik hüququndan məhrum etmə ilə nəticələnən məişət zorakılığına görə aşağıdakı kimi sərt məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur.

– Şəxsin öz əmlakından, gəlirlərindən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına və ya belə asılılıqdan sui-istifadə edilməsinə görə 100-300 manatadək cərimə

– Şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə 300-500 manatadək cərimə

– Şəxsin məişət zorakılığı daha ağır (döymə, sağlamlığa xəsarət yetirmə, öldürmə) dərəcədə olarsa, bu halda şəxsin inzibati tənbeh yaxud cinayət əməlinə görə inzibati qaydada həbslə yanaşı, hətta müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulmuşdur.

Bəs məişət zorakılığı nədir?

Anlayışla bağlı qanunvericiliyin verdiyi izaha görə yaxın qohumluq münasibəti və birgə yaşamaqdan sui-istifadə etməklə digər şəxsə qarşı qəsdən fiziki və ya mənəvi zərər vurulması məişət zorakılığı olaraq qəbul edilir. Məişət zorakılığına məruz qalan şəxslər kimi ailə üzvlərindən başlayaraq yaxın qohumlar, nikaha xitam verilmiş şəxslər, qəyyum və himayəçilər təyin olunan qəyyumluq və himayədə olanlar, nikahda olmadan birgə yaşayan şəxslər tanınır.

Məişət zorakılığı barədə araşdırma ya birbaşa şəxsin müraciəti üzrə, ya da fiziki və ya hüquqi şəxslərdən, kütləvi informasiya vasitələrindən daxil olmuş məlumatlar üzrə aparılır.

Məişət zorakılığı üzrə şikayətdə cinayət tərkibi əlamətləri olarsa, cinayət prosessual qaydada hüquq-mühafizə orqanları tərəfindən, həmin əlamətlər olmadıqda isə şəxsin yaşadığı yerin yerli icra hakimiyyəti orqanı tərəfindən baxılır.

Hər bir halda müraciət araşdırılarkən məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyi qorunmalı, psixoloji yardım göstərilməli, bu halın təkrarlanmaması üçün zəruri işlər görülməli, zərərçəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə əlaqədar tədbirlər görülməli, məlumatların məxfiliyi gözlənilməlidir.

Müraciətə daha çox yerində baxılması qaydasında araşdırma aparılmalı və müvafiq qərarlardan biri qəbul edilməlidir:

– məişət zorakılığı törətmiş şəxsə məsuliyyəti izah edilməklə bu halın təkrarlanmaması barədə xəbərdarlıq edilməsi

– şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və məhkəməyə məhdudlaşdırma barədə müraciət edilməsi

– inzibati və ya cinayət məsuliyyəti tətbiq edilməsi üçün səlahiyyətli orqanlara müraciət edilməsi

– qısamüddətli, uzunmüddətli mühafizə orderinin verilməsi

– zərərçəkmişin yardım mərkəzində sığınacaqla təmin edilməsi.

Məişət zorakılığı halı müəyyən edildikdə tərəflərlə ayrılıqda hüquqşünas və psixoloq söhbəti olur. Əgər bu tədbirlər effekt verməzsə, hadisəni törətmiş şəxsə xəbərdarlıq edilir və zərərçəkmişə 30 günədək müddətə qısa müddətli mühafizə orderi verilir. Bu orderlə əməlin təkrarlığı, zərərçəkmişin yeri bilinməyəndə axtarılması, zərərçəkmişi narahat edən hərəkətlər qadağan edilir.

Qısamüddətli orderə  ya xəbərdarlığa əməl olunmazsa, 30-180 günədək məhkəmə qaydasında uzunmüddətli order verilir. Bu orderlə isə əməli törədənin yetkinlik yaşına çatmayan uşaqları ilə ünsiyyət qaydaları, yaşayış sahəsindən, birgə əmlakdan istifadə, əməli törədənin inzibati yaxud cinayət məsuliyyətinə cəlb olunması qaydaları müəyyən edilir.

Zərərçəkmişlərin yardım mərkəzləri ilə təmin edilməsi hüququ var. Bu mərkəzlərdə hüquqi və tibbi yardım, işlə təmin, peşə hazırlığı, psixoloji kurların təşkili, müvəqqəti sığınacaqlarla (3 ay yetkinlik yaşına çatmayanlar, digər şəxslər 2 ay) təchiz etmə və digər yardımçı xıdmətlər həyata keçirilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Könüllü fəaliyyəti barədə bilmədiklərimiz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun