» » » Böyük Britaniya yarım əsr ərzində rekord məbləğdə borca düşüb

Böyük Britaniya yarım əsr ərzində rekord məbləğdə borca düşüb

posted in: Xəbər | 0
birbank biznes

Böyük Britaniya yarım əsr ərzində rekord məbləğdə borca düşüb

vergiBöyük Britaniya rekord miqdarda borca düşüb – may ayında dövlət borcu yarım əsr ərzində ilk dəfə ÜDM həcmini ötüb keçib. Bu barədə dövlət Milli statistika xidmətinin (ONS) saytında məlumat verilib.

Dövlət borcunun miqdarı 1.9 trilyon funt sterlinqə (2.4 trilyon dollar) və ya krallığın ÜDM-in 100.9 faizinə çatıb. 2019-cu ilin may ayından bu yana 173,2 milyard funt sterlinq (214 milyard dollar) və ya 20.5 faiz bənd artıb. Bu səviyyəyə göstərici 1963-cü ildən bəri ilk dəfə çatıb.

Borcların artması istehsalın kəskin aşağı düşməsi və koronavirus pandemiyası ilə mübarizə üçün çəkilən xərclərin artması ilə bağlıdır. Təkcə may ayında xərclər bir il əvvəllə müqayisədə təxminən 50 faiz artıb və gəlirlər isə 28 faizdən çox azalıb. May ayında borcların həcmindəki artım 55,2 milyard funt (68 milyard dollar) sterlinq təşkil edib.

İngiltərə Bankının proqnozlarına görə, bu il ölkənin ÜDM-in azalması 14 faizə çata bilər ki, bu da 1706-cı ildən bəri ən pis göstərici olacaqdır. İqtisadiyyata dəyən zərbə Böyük Britaniyadakı hər bir ailənin doqquz min funt sterlinq (11 min ABŞ doları) itirməsinə bərabər bir itki olacaq. Bu il işsizliyin səviyyəsi dörd faizdən doqquz faizə qalxacaqdır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun