Professor Yaroslav Vasilyeviç Sokolov (1938-2010-cu illər) mühasibat uçotunu və mühasibləri çox sevirdi. “Sevgi – necə gözəl səslənməsinə baxmayaraq, olduqca qeyri-müəyyən sözdür”, – Sokolov yazırdı.
Və yalnız öz işinə olan sevgi, rahat və sakit fərəh hissi verə bilər. Adamlar bir-birinə xəyanət edir, uşaqlar valideynlərini məyus edir, mühasibatlığa olan sevgi isə insanlara həqiqətən istilik verir.
“Nəzəriyyə mövcuddur və istənilən savadlı bir insanın məşğul ola biləcəyi sırf praktiki işdən ötrü o, lazımdırmı?”, – professor Sokolov bizlərdən və sizlərdən soruşurdu və buna üç mümkün cavab variantı təklif edirdi.
Onlardan birincini şərti olaraq praktiki adlandırmaq olar.
“Mühasibatlıq həddən ziyadə praktiki işdir və onu dərk etmək üçün “itirilmiş xartiyaların tozu” (N.S. Qumilyev) arasında eşələnmək lazım deyil, praktiki olaraq işləmək, işləmək lazımdır, sənədlərdən baş çıxarmaq, öz müəssisənin spesifikasını bilmək lazımdır”, – belə cavabın mənası budur.

