» » » Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (3-cü hissə)

Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

MühasiblərProfessor Y.V. Sokolovun mühasiblər üçün təlimatları

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Mühasibatlığa və mühasiblərə sevgi

Professor Yaroslav Vasilyeviç Sokolov (1938-2010-cu illər) mühasibat uçotunu və mühasibləri çox sevirdi. “Sevgi – necə gözəl səslənməsinə baxmayaraq, olduqca qeyri-müəyyən sözdür”, – Sokolov yazırdı.

Onlar niyə ortaya çıxır? Bu hər şeydən əvvəl ona görə yaranır ki, insan mühasib işləmək istəmir, lakin buna məcburdur. O, hansısa möhtəşəm bir şey haqqında arzu edir, ona isə deyirlər: düymələri bas və maaşını al, hansı ki, sorğulardan çox aşağıdır”. “Natamamlıq kompleksi, – Sokolov davam edir, – daha böyük bədbəxtliyə  – şəxsiyyətin ikiləşməsinə gətirib çıxarır ki, bu da bəzən şizofreniya ilə nəticələnir”.

Natamamlıq kompleksi böyüklük maniyasına da – “mən etiraf olunmayan istedadam, – transformasiya oluna bilər”.

Öz növbəsində “komplekslər də səhvlərə gətirib çıxarır. Bu sözlə İ.P. Pavlov (1849-1936-cı illər) belə bir halı adlandırıb, – insan nəsə bir şeyi arzulayır, amma, əslində tamamilə başqa bir şey olur”.

Amma, mühasibatlığın böyüklüyü və mühasiblər-in cəmiyyət həyatında rolu ilə bağlı bütün bu maraqlı dəlillərin olmasına baxmayaraq, biz unutmamalıyıq ki, “elə peşələr var ki, yaranır və yoxa çıxır, lakin, elə peşələr də vardır ki, əbədi olaraq mövcuddurlar, həkim və mühasib də onların sırasındadır. Birinci adamları, ikinci isə cəmiyyəti müalicə edir”. Bizim işimizin “əsl iş” olmasından ötrü – professor Sokolov buna əmindir, – idarə işçisinin mühasib olmasından üçün işə bir qədər poeziya qatmaq, bilikləri arzu üzərində çoxaltmaq lazımdır”.

“Öz işimizi və peşəmizi həqiqətən sevməkdən ötrü biz hər şeyi etmişikmi? – Yaroslav Sokolv bizdən soruşurdu. – Biz başa düşürükmü ki, mühasibatlıq – bu sadəcə sütünların yorucu doldurulması deyil, əsl elmdir?” Professor Sokolov bunu başa düşürdü və digərlərinin də bunu dərk etməsindən ötrü çox işlər görmüşdü. Onun işləri Rusiyada mühasibat uçotu nəzəriyyəsi ilə bağlı məsələləri tamamilə yeni səviyyəyə çıxardı.

Praktiklər, praqmatiklər və romantiklər

“Nəzəriyyə mövcuddur və istənilən savadlı bir insanın məşğul ola biləcəyi sırf praktiki işdən ötrü o, lazımdırmı?”, – professor Sokolov bizlərdən və sizlərdən soruşurdu və buna üç mümkün cavab variantı təklif edirdi.

Onlardan birincini şərti olaraq praktiki adlandırmaq olar.

“Mühasibatlıq həddən ziyadə praktiki işdir və onu dərk etmək üçün “itirilmiş xartiyaların tozu” (N.S. Qumilyev) arasında eşələnmək lazım deyil, praktiki olaraq işləmək, işləmək lazımdır, sənədlərdən baş çıxarmaq, öz müəssisənin spesifikasını bilmək lazımdır”, – belə cavabın mənası budur.


Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (4-cü hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun