» » » Müxtəlif ölkələrdə orijinal müasir vergilər (2-ci hissə)

Müxtəlif ölkələrdə orijinal müasir vergilər (2-ci hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergilər vergiMüxtəlif ölkələrdə orijinal müasir vergilər

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Hava, yağış, qeyri-formal münasibətlər və qəbirüstünə tətbiq edilən vergilər… Vergi orqanlarının büdcə kassasını artırmaq üçün potensial mənfəətin yeni mənbələrini axtarmaq üçün yanaşmasının nə qədər yaradıcı ola biləcəyinə baxın. Ən qeyri-adi və bəzən çox ekzotik vergiləri aşkara çıxarmaq üçün dünyanın müxtəlif ölkələrinin vergi qanunlarını araşdırdıq.
  1. Sülhə görə vergi. Qvineya ərazisində artıq çoxda hərbi əməliyyatların getməməsinə baxmayaraq, bu kasıb ölkənin sakinləri sülhə görə vergi ödəməyə borcludurlar. Qvineya sakinlərinin əksəriyyətinin kasıblıq həddindən aşağı səviyyədə yaşamasını, kofenin bir kiloqramının qiymətinin isə cəmi yarım avro təşkil etməsini nəzərə alsaq, bu vergi növünün illik kvotası 17 avro ölçüsündədir ki, bu da onlardan ötrü çox ağır bir yük hesab olunur.
  2. İtlərə görə vergi. Bu vergi növü hələ 2008-ci ilin əvvəlində ləğv edilib. Lakin, üstündən bir neçə il keçdikdən sonra Krakov şəhərindən olan məmurlar yenidən insanların bu dördayaqlı dostlarının vergiyə cəlb olunması ideyasına qayıdıblar. Beləliklə, Krakovda itlərə görə vergi tətbiq edilib və həmin vergi il ərzində təxminən 10 dollar təşkil edir.
  3. Ölümdən sonrakı vergi… Xoşbəxtlikdən belə bir vergi ölülərə deyil, dirilərə aiddir.  Qərbi Almaniyanın Essen şəhərinin hakimiyyət dairələri vəfat etmiş yaxınlarının qəbirləri üstünə qoymaq üçün güllər və əklillər alan şəxsləri vergiyə cəlb etmək barədə qərar qəbul ediblər. “Grabschmucksteuer” adlanan vergini əklil və güllərin satışı ilə məşğul olan satıcılar ödəməlidirlər. Hamıya məlumdur ki, həmin vergi malın qiymətinə əlavə olunur. Buna baxmayaraq, yenə də sözügedən vergi növü tətbiq olunub və qəbirüstü üçün satılan gül və əklillərin tutduğu hər kv.metr yerə görə həmin vergi 3,8 avro təşkil edir.


    Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

    Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

    Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun