birbank biznes
gəlir vergisi, vergilərTarixi ölçülərə görə gəlir vergisi çox yeni bir fenomendir: sivil ölkələrin əksəriyyəti əhalinin geniş kütlələrinə münasibətdə bunu yalnız 20-ci əsrdə tətbiq etməyə başlayıb.  Bundan əvvəl isə o, bir qayda olaraq, müharibə dövrünün məhsulu kimi fövqəladə bir tədbir idi.

Vergi yeniliklərinin qısa tarixi

Vergitutma sisteminin inkişaf məntiqi belə olub: könüllü ianələrdən icbari ödənişlərə keçid, ardından məsələn, körpüdən keçid üçün gediş haqqı kimi primitiv vergilərdən, aksiz vergiləri kimi dolayı vergilərə, daha sonra isə dolayı vergilərin yığılmasından gəlir vergisinə aid olan birbaşa vergilərin toplanmasına keçid olmuşdur.

Əhali üçün tətbiq olunan ilk vergilərdən biri adambaşına vergi olub. Belə bir vergi yalnız bütün üzvlərin rifah səviyyəsinin təxminən eyni olduğu cəmiyyətlərdə yaxşı işləyə bilər. Sosial differensiasiyanın güclü olduğu yerlərdə isə bəziləri üçün adambaşına düşən vergi məsxərəyə çevrilir, digərləri üçün isə dözülməz hal alırdı.

Və o, mutasiya edərək, sinfi vergiyə çevrilib: onun dərəcəsi ödəyicinin əmlakından asılı olmağa başlayıb. Çoxsaylı istisnalar olduğundan, sosial ədalət pozulurdu. Adambaşına düşən vergidən azad etmək halları hələ Qədim Romadan başlamışdı. Orta əsrlərdə isə məşhur adamlar və ruhanilər özlərinə vergi imtiyazları əldə etməyə çalışırdılar. Fransada isə bu sistem lap absurda qədər gedib çatmışdı: vergi ödənişindən azadlığı hətta pulla satın almaq mümkün idi.




Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun