Daha çox8
Daha çox8

İlk rübdə cari əməliyyatlar balansı profisitlə bağlanıb

posted in: Xəbər | 0

2026-cı ilin I rübü üzrə cari əməliyyatlar balansında 1,7 milyard dollar həcmində profisit formalaşıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin l rübü üzrə Tədiyə balansı hesabatında bildirilir.

Hesabat dövründə kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 0,2 milyard dollar artıb, xalis xarici maliyyə öhdəlikləri isə 2 milyard dollar azalıb.

Hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 9,5 faiz təşkil edib ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 0,3 milyard dollar azalıb. Lakin ölkənin strateji valyuta aktivləri dövrün sonuna 117,4 milyon dollar artaraq 85,2 milyard dollara çatıb ki, bu da ölkənin makroiqtisadi dayanıqlığının daha da gücləndiyini və maliyyə resurslarının genişləndiyini göstərir. Bu dövrdə bir barel xam neftin orta qiyməti 79,5 dollar təşkil edib.

Mənbə: vergiler.az

Üfüqi monitorinq vergi ödəyicilərinə hansı imkanları açır?

İxrac xərcləri üçün yeni kompensasiya dəstəyi

posted in: Xəbər | 0

Prezident İlham Əliyev “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Ölkəmizdə istehsal olunan qeyri-neft-qaz mallarının ixracının dəstəklənməsi məqsədilə qərara alınıb ki, Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçılar tərəfindən ödənilmiş gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, həmin malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq, habelə bu Fərmanın 4.1.2-ci yarımbəndinə əsasən müəyyən edilən yuxarı hədd nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödənilsin.

Müəyyən edilib ki, ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarına görə mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ödənilir.

Fərmanın məqsədləri üçün ixrac olunan malların Azərbaycan Respublikası mənşəli olması mənşə sertifikatı əsasında müəyyən edilir, ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödənilir.

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracına münasibətdə gömrük nəzarətinin həyata keçirilməsinə, gömrük müşayiətinə və malların saxlancına görə gömrük yığımlarının məbləğinin artırılmasına yol verilmir.

Mənbə: vergiler.az

Üfüqi monitorinq vergi ödəyicilərinə hansı imkanları açır?

Üfüqi monitorinq vergi ödəyicilərinə hansı imkanları açır?

posted in: Xəbər | 0

Vergi Məcəlləsində 2026-cı il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərdən biri də yeni nəzarət mexanizmi ilə bağlıdır. Bu ildən orta və iri sahibkarlıq subyektləri üçün üfüqi monitorinq sistemi işə düşüb. Yeni vergi nəzarət mexanizminin mahiyyəti orta və iri sahibkar subyektlərinin vergi orqanları ilə daha şəffaf əməkdaşlığının təmin edilməsindən ibarətdir. 

Yeniliyi “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə aparıcı mütəxəssisi Ziya Həmidli şərh edir. 

Üfüqi monitorinq vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarətin yeni formasıdır. Bu mexanizm klassik səyyar və kameral yoxlamalardan fərqli olaraq davamlı informasiya mübadiləsinə, daxili nəzarət sisteminə və vergi risklərinin əvvəlcədən açıqlanmasına əsaslanır. Modelin əsas ideyası dövlət və vergi ödəyicisi arasında açıq əməkdaşlıq qurmaq, riskləri erkən mərhələdə müəyyən etmək və nəzarəti daha proqnozlaşdırıla bilən formada həyata keçirməkdir. Üfüqi monitorinq transfer qiymətləri və xarici dövlət orqanlarından daxil olan məlumatların araşdırılmasını əhatə etmir. Bu istiqamətlər ayrıca nəzarət tədbirləri ilə həyata keçirilir.

Üfüqi monitorinq heç bir iqtisadi fəaliyyət sahəsi ilə məhdudlaşmır. Üfüqi monitorinq yalnız müəyyən meyarlara cavab verən vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur.

1. Orta sahibkarlıq subyekti – işçilərinin orta siyahı sayı 51–250 nəfər, illik gəliri isə 3 milyon – 30 milyon manat arasında olan müəssisələrdir. İri sahibkarlıq subyekti – işçilərinin orta siyahı sayı 251 nəfər və daha çox, illik gəliri isə 30 milyon manatdan yuxarı olan müəssisələr.

2. Mühasibat və vergi uçotu avtomatlaşdırılmış proqram təminatı vasitəsilə aparılmalıdır. Məsələn: 1C, SAP kimi sistemlərdən istifadə edən şirkətlər.

3. Daxili nəzarət sistemi qurulmalı və mümkün vergi riskləri sistemli şəkildə müəyyən edilməlidir.

4. Risklərin idarə olunması prosedurları formalaşdırılmalıdır.

Aşağıdakı hallarda olduğu zaman üfüqi monitorinqə qoşulmaq mümkün deyil:

1. Vergi ödəyicisi riskli vergi ödəyicisi kimi tanınmışdırsa.

2. Vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi mövcuddursa.

Üfüqi monitorinqə qoşulma prosesi vergi ödəyicisinin müəyyən edilmiş müddət daxilində vergi orqanına ərizə təqdim etməsi ilə başlayır. Ərizəyə vergilərin hesablanması və ödənilməsi qaydaları, daxili nəzarət sisteminin strukturu, eləcə də vergi risklərinin siyahısı və onların idarə olunma mexanizmi barədə məlumatlar əlavə edilir. Vergi orqanı təqdim olunmuş sənədləri qanunvericilikdə müəyyən edilmiş müddətdə araşdırır və əsaslandırılmış inzibati qərar qəbul edir. Qəbul qərarı bir dəfə verilir və vergi ödəyicisi sistemdən çıxarılmadığı müddətdə növbəti hesabat dövrləri üçün də hüquqi qüvvəsini saxlayır.

Üfüqi monitorinqin üstünlükləri

Monitorinqə qəbul edilmiş vergi ödəyiciləri üzrə nəzarət fərqli rejimdə həyata keçirilir. Belə ki, monitorinq olunmuş dövr ərzində həmin vergi ödəyiciləri üzrə kameral və səyyar vergi yoxlamaları aparılmır. Bununla yanaşı, qanunvericilik müəyyən hallarda məhdudlaşdırılmış növbədənkənar yoxlama imkanını nəzərdə tutur. Bu hallar yalnız transfer qiymətlərinin tətbiqi ilə bağlı əməliyyatlar, xarici dövlətlərin səlahiyyətli orqanlarından daxil olan sorğular və xaricdə əldə olunan gəlirlərlə bağlı məlumatlar üzrə həyata keçirilir. Bu zaman yoxlama yalnız həmin konkret əməliyyatlarla məhdudlaşdırılır.

Üfüqi monitorinqin əsas yeniliyi ondan ibarətdir ki, vergi nəzarəti “sonradan yoxlama” modelindən çıxaraq davamlı, şəffaf və əməkdaşlığa əsaslanan sistemə çevrilir. Bu isə sahibkarlar üçün bir sıra real üstünlüklər yaradır. Klassik sistemdə sahibkarlar istənilən vaxt səyyar və ya kameral yoxlamaya məruz qala bilirdilərsə, üfüqi monitorinqdə bu yoxlamalar demək olar ki, dayandırılır. Nəticədə şirkətlər öz maliyyə planlamasını daha sabit şəkildə qura bilir.

Digər mühüm üstünlük vergi risklərinin əvvəlcədən aşkarlanmasıdır. Vergi orqanı məlumatlara real vaxtda çıxış əldə etdiyi üçün problem böyümədən müəyyən edilir və sahibkara əvvəlcədən düzəliş imkanı verilir. Bu, sonradan tətbiq edilə biləcək böyük maliyyə sanksiyalarının qarşısını alır.

Eyni zamanda, bu sistem inzibati yükü azaldır. Sahibkar tez-tez yoxlamalarla qarşılaşmır və sənədlərin təkrar-təkrar təqdim edilməsi ehtiyacı azalır. Bütün məlumatlar elektron platforma üzərindən paylaşılır.

Mənbə: vergiler.az

Azərbaycanda POS-terminalların sayının kəskin azalmasının səbəbi açıqlanıb

Azərbaycanda POS-terminalların sayının kəskin azalmasının səbəbi açıqlanıb

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankı bu ilin aprel ayında ölkə POS-terminalların sayının kəskin azalaraq 184 mindən 160 minə düşməsinə aydınlıq gətirib.

Azalma əsasən mobil POS-terminallarda aktivliyin (dövriyyənin olmaması) ilə əlaqədardır.

Odur ki, bank həmin məhsulun rentabelliyini qorumaq məqsədilə aprelin əvvəlində həmin terminalların fəaliyyətini dayandırıb.

Mənbə: report.az

Azərbaycanda ötən il büdcənin sərbəst vəsaitinin idarə edilməsindən daxilolmalar proqnozu üstələyib

1 6 7 8 9 10 11 12 2. 406
error: Content is protected !!