Daha çox8
Daha çox8

6 aylıq sığorta stajı olmadan müavinət almaq mümkündürmü?

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarına əsasən, Qayda ilə tənzimlənən sosial sığorta ödəmələri aşağıdakılardır:

әmәk qabiliyyәtinin müvәqqәti itirilmәsinә görә müavinәt (qanunvericiliklә müәyyәn olunmuş dövr üçün) (Maddә 1.3.1);

– hamilәliyә vә doğuma görә müavinәt (Maddә 1.3.2);

– uşağın anadan olmasına görә birdәfәlik müavinәt (Maddә 1.3.3);

– 3 yaşınadәk uşağa qulluğa görә müavinәt (Maddә 1.3.4);

– dәfn üçün birdәfәlik müavinәt (Maddә 1.3.5);

– sığortaolunanların sanatoriya-kurort müalicәsi üzrә xәrclәrinin tam vә ya qismәn ödәnişi (Maddә 1.3.6).

6 aylıq sosial sığorta stajı məsələsinə gəlincə, Qaydanın 1.5-ci maddəsində qeyd edilir ki, 1.3.1-ci və 1.3.2-ci yarımbəndlərdə nəzərdə tutulmuş müavinətləri almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan sığortaolunanlara şamil edilir. Həmin müavinətlər təyin edilərkən sosial sığorta stajı kimi sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınır.

Digər sosial sığorta ödəmələri (əmək pensiyası istisna olmaqla) təyin edilərkən qanunvericiliyə uyğun olaraq sosial sığorta stajı tələb edilmir.

Maddədə diqqət yetirilməli məqamlara aydınlıq gətirək.

Birinci məqam odur ki, ən azı 6 ay sosial sığorta stajı yalnız iki sosial sığorta ödəməsi üçün tələb edilir:

– әmәk qabiliyyәtinin müvәqqәti itirilmәsinә görә müavinәt;

– hamilәliyә vә doğuma görә müavinәt.

Misal 1

İşçi 10 fevral tarixində əmək qabiliyyətini müvəqqəti itirib. Onun ümumi sosial sığorta stajı 3 aydır. Bu halda işçi işə gəlməsə də ona müavinət hesablanmayacaq. Çünki ümumi sosial sığorta stajı 6 aydan azdır.

Misal 2

İşçi 13 fevral tarixində 126 təqvim günü müddətinə hamiləliyə və doğuma görə məzuniyyət hüququndan istifadə edir. İşçi son iş yerində 2 aydır çalışsa da onun ümumi sosial sığorta stajı 2 ildir. Bu halda müavinət hesablanacaq. Çünki 6 aylıq tələb son iş yeri üzrə deyil, ümumi sosial sığorta stajı üzrə müəyyən edilir.

İkinci məqam isə “sosial sığorta stajı” dedikdə sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınır.

Misal 3

İşçinin ümumi əmək fəaliyyəti müddəti 7 aydır, lakin son iki ayı tam olaraq ödənişsiz məzuniyyətdə olub. Ödənişsiz məzuniyyət dövründə əmək haqqı hesablanmadığı və sosial sığorta haqqı ödənilmədiyi üçün həmin dövr sosial sığorta stajına daxil edilmir.

Bu halda işçi 8-ci ayda əmək qabiliyyətini müvəqqəti itirsə, onun sosial sığorta stajı faktiki olaraq 5 ay təşkil etdiyindən müavinət hüququ yaranmayacaq.

Üçüncü məqama gəlincə isə digər sosial sığorta ödəmələri (əmək pensiyası istisna olmaqla) təyin edilərkən qanunvericiliyə uyğun olaraq sosial sığorta stajı tələb edilmir.

Misal 4

Ümumi sosial sığorta stajı 2 ay olan işçi qismən ödənişli sosial məzuniyyət üçün müraciət edib. Bu halda müvafiq qanunvericiliyə uyğun olaraq 3 yaşınadək uşağa qulluğa görə müavinət ödənilə bilər. Bu müavinət üzrə 6 aylıq staj tələbi tətbiq edilmir.

Qeyd edək ki, artıq 2026-cı il mayın 1-dən bütün sadalanan müavinətlər proaktiv qaydada təyin edilir. Hər hansı səbəbdən həkimə müraciət edən işçinin müavinət almaq hüququ yaranırsa, bunun üçün tibbi rəyin elektron sistemə yerləşdirilməsi kifayət edir. Digər qərarlar elektron qaydada yoxlanılaraq verilir. Bəs hansı hallarda müavinətin proaktiv qaydada təyin edilmədi mümkün olmayacaq?

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 1.8-ci bəndində qeyd edilir ki, sənədin tələblərinə uyğun olaraq təyinatın avtomatlaşdırılmış (proaktiv) qaydada aparılması mümkün olmadıqda, habelə aşağıdakı sığortaolunanlar üzrə sosial sığorta ödəmələri müraciət əsasında təyin edilir:

– Azәrbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrәli Fәrmanı ilә tәsdiq edilmiş Siyahıda nәzәrdә tutulan vәzifәlәrdә çalışan şәxslәr (Maddә 1.8.1.)

Həmin Fərmanla “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı” təsdiq edilib. Siyahının təsdiq edilməsində məqsəd ondan ibarətdir ki, göstərilən vəzifələr üzrə əmək müqavilələrinin ӘMAS altsistemi üzərindən elektron qaydada bağlanmasına yol verilmir. Bu vəzifələr xüsusi kateqoriyaya aid edildiyi üçün əmək müqavilələrinin kağız daşıyıcıda bağlanmasına icazə verilir. Məsələn, prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi orqanlarında xüsusi rütbəli vəzifələr, habelə xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr üzrə əmək müqavilələrinin bağlanması həmin Fərmanla tənzimlənir.

Göründüyü kimi, bu şəxslər üzrə əmək müqavilələri ӘMAS altsistemi üzərindən bağlanmadığı üçün DSMF-nin işçinin gəlirləri barədə məlumatları avtomatik əldə etməsi mümkün olmur. Bu səbəbdən müavinətin proaktiv qaydada təyin edilməsi həyata keçirilmir və işəgötürən müvafiq dövlət orqanına müraciət etməlidir.

– Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsinin 6-cı maddәsinin
“a”, “b”, “c” vә “d” bәndlәrindә nәzәrdә tutulan şәxslәr (Maddә 1.8.2.)

Әmək Məcəlləsinin 6-cı maddəsinə əsasən aşağıdakı şəxslərə Məcəllənin müddəaları şamil edilmir:

– hәrbi qulluqçulara;

– mәhkәmә hakimlәrinә;

– Azәrbaycan Respublikasının Milli Mәclisinin deputatlarına vә bәlәdiyyәlәrә seçilmiş şәxslәrә;

– xarici ölkәnin hüquqi şәxsi ilә hәmin ölkәdә әmәk müqavilәsi bağlayıb әmәk funksiyasını Azәrbaycan Respublikasında fәaliyyәt göstәrәn müәssisәdә (filialda, nümayәndәlikdә) yerinә yetirәn әcnәbilәrә;

– podrat, tapşırıq, komissiya, müәlliflik vә digәr mülki-hüquqi müqavilәlәr üzrә işlәri yerinә yetirәn şәxslәrә.

Bu şəxslər üzrə münasibətlər əmək qanunvericiliyi ilə deyil, xüsusi qanunvericilik və ya mülki-hüquqi müqavilələrlə tənzimləndiyindən, müavinətin proaktiv qaydada tətbiqi mümkün olmur.

– “Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddәsindә nәzәrdә tutulan şәxslәr (Maddә 1.8.3)

“Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsi muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrini tənzimləyir.

Bu kateqoriyaya, əsasən, fərdi sahibkarlar və digər özünüməşğul şəxslər daxildir. Onlar üzrə müavinətin dövlət tərəfindən proaktiv qaydada təyin edilməsi həyata keçirilmir. Həmin şəxslər Qaydada nəzərdə tutulmuş sənəd və məlumatları müvafiq dövlət orqanına təqdim etməlidirlər.

– Sosial sığorta stajı ilә bağlı hallar (Maddә 1.8.4)

Qaydanın 1.3.1-ci və 1.3.2-ci yarımbəndlərində nəzərdə tutulmuş müavinətlər (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət) üzrə ümumilikdə 6 aydan çox, lakin 2005-ci il dekabrın 31-dən sonra 6 aydan az sosial sığorta stajı olan şəxslər üçün proaktiv təyinat mümkün olmaya bilər.

Qeyd etdiyimiz kimi, həmin müavinətlər üzrə minimum 6 ay sosial sığorta stajı tələbi mövcuddur. Lakin mümkündür ki, şəxsin əvvəlki illərə aid sosial sığorta stajı dövlət informasiya sistemlərində əks olunmasın.

Misal 5

İşçi 2004-cü ildə 1 il sosial sığorta stajına malik olub, sonradan isə uzun müddət işləməyib. 2026-cı ildə yeni iş yerində 2 ay çalışdıqdan sonra 20 gün müddətinə əmək qabiliyyətini müvəqqəti itirib.

İşəgötürən yalnız cari dövr üzrə (2 ay) məlumatı gördüyü üçün müavinətin hesablanmayacağını bildirə bilər. Lakin işçi 2005-ci il dekabrın 31-dək olan sosial sığorta stajını təsdiq edən sənədləri təqdim etdikdə, işəgötürən müvafiq dövlət orqanına müraciət etməli və əvvəlki dövrlərə dair məlumatların nəzərə alınmasını təmin etməlidir. Bu halda dövlət qurumu tərəfindən təyinat işəgötürənin müraciəti əsasında aparılır.

Qeyd edək ki, Qaydarın tələblərinə əsasən, işəgötürən həmin işçi ilə bağlı əmək kitabçasının surəti də təqdim etməlidir.

Mənbə: vergiler.az

Bu şəxslər üçün yeni vergi güzəşti tətbiq olunacaq

Bu şəxslər üçün yeni vergi güzəşti tətbiq olunacaq

posted in: Xəbər | 0

İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, 2026-cı il yanvarın 1-dən 7 il müddətində texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində bu sahə üzrə işləyən mütəxəssislərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi aylıq gəlirin 5 faizi həcmində tutulur.

Layihəyə əsasən, 2026-ci il iyulun 1-dən 20 il müddətində bu mütəxəssislərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi tutulmayacaq, vergi dərəcəsi 0 faiz olacaq.

Mənbə: iqtisadiyyat.az

Naxçıvanda xammal idxalı ƏDV-dən azaddırmı?

Naxçıvanda xammal idxalı ƏDV-dən azaddırmı?

posted in: Xəbər | 0

Müəssisəmiz Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir və emal sənayesi ilə məşğul olur. Xammal və materiallar xarici ölkələrdən idxal edilir. 2026-cı ildən Naxçıvan Muxtar Respublikasının rezidenti olan vergi ödəyicilərinə müəyyən güzəştlərin verildiyini nəzərə alaraq, həmin xammal-materialların idxalı ƏDV-dən azad edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2026-cı ilin yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 227.2-1 – 227.2-3-cü maddələrinə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidentlərinə idxalda tətbiq edilən ƏDV-dən azadolma investisiya təşviqi sənədini almış, habelə Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin, sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlara münasibətdə müəyyən olunub.

Buna əsasən, Naxçıvan Muxtar Respublikasının rezidenti olan müəssisənin investisiya təşviqi sənədi olduğu, yaxud Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin, sənaye və texnologiyalar parklarının rezidenti olduğu halda, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında idxal etdiyi xammal və materiallara ƏDV-dən azadolma tətbiq oluna bilər.

Əsas: Vergi Məcəlləsinin 227.2-1-ci, 227.2-2-ci və 227.2-3-cü maddələri.

Mənbə: vergiler.az

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

posted in: Xəbər | 0

Bu il iyunun 1-nə Azərbaycanda 1 709 921 vergi ödəyicisi olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, bu, ötən il iyunun 1-i ilə müqayisədə 5,2 % çoxdur.

Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 5,1 %, idarə, müəssisə və təşkilatların sayı isə 5,9 % artıb.

Bu il aprelin sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 6,5 % çox – 209 205 vahid təşkil edib.

Mayda 910 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,2 %-i yerli investisiyalı, 11,8 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 84,3 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 97,1 % təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 %-i MMC formasında yaradılıb.

Mənbə: report.az

İlk rübdə cari əməliyyatlar balansı profisitlə bağlanıb

1 5 6 7 8 9 10 11 2. 406
error: Content is protected !!